Meta Ads Managerdə reklam kampanyası, reklam seti və reklamı başa düşmək

Müəllif
6 dəqiqə oxuma
Meta reklam strukturu və əsasları: Kampaniya məqsədi, hədəf kütləsi tənzimləmələri və reklam kreativlərinin idarə olunmasını göstərən Azərbaycan dilində konseptual dizayn.

Ödənişsiz SMM kursu dərs 6

SMM sahəsinə yeni başlayanların ən çox çətinlik çəkdiyi mövzulardan biri də Meta Ads Manager panelindəki reklam kampaniyası, reklam seti və reklam anlayışlarını ayırd etməkdir. Bir çox istifadəçi bu üç anlayışın nə demək olduğunu və bir-birindən necə fərqləndiyini tam başa düşə bilmir. Bu dərsdə Meta Ads Managerdə reklam kampaniyası, reklam seti və reklamın nə olduğunu, onların arasındakı fərqləri və necə işlədiyini öyrənəcəksiniz.  Reklam kampanyası reklam seti və reklam arasındakı fərqləri öyrənərək, Meta reklam strukturu ilə necə daha səmərəli işləyə biləcəyinizi öyrənəcəksiz. Əgər siz də SMM sahəsinə yeni addım atmısınızsa və ya mövcud reklam nəticələrinizi yaxşılaşdırmaq istəyirsinizsə, bu dərs sizin üçün vacibdir.

Reklam Kampaniyası  nədir?

Reklam kampaniyası, sizin bütün reklam fəaliyyatinizin əsasıdır. Burada əsasən reklam məqsədi  seçilir. Meta Ads Managerdə reklam məqsədləri adlı sərsdə reklam məqsədləri haqqında detallı məlumat vermişdim. Başqa sözlə, reklam kampaniyası ilə sistemə “Mən bu reklamla nəyi əldə etmək istəyirəm?” sualının cavabını vermiş olursunuz. Məsələn, aşağıdakı reklam kampaniyası məqsədlərindən birini seçə bilərsiz.

  • Bilinirlik ( brendin tanıdılması )  — Markanı daha çox insana göstərmək
  • Trafik — İnsanları saytına və ya tətbiqinə yönləndirmək
  • Satışlar  — Məhsul satmaq, xidmət sifarişi almaq
  • Etkileşim ( Əlaqə ) —  Məsələn, müştərlərdən mesaj almaq

Nümunə: Tutaq ki, bir geyim mağazasının reklamın edirsiz. Və istəyirsiz ki, insanlar məhsulunuz haqqında sizə mesaj yazsın. Onda ” Etkileşim ( Əlaqə )” məqsədini seçə bilərsiniz. Kampaniyanın məqsədi budur, sistem də bütün addımlarını bu məqsədə uyğun qurur.

Reklam Seti nədir?

Reklam seti, reklam kampaniyasının içində yer alır və burada texniki detalları təyin edirsiz. Bir sözlə reklamı kimlərə göstərəcəyinizi, nə qədər büdcə ilə reklam vermək istədiyinizi, reklamın müddətini və reklamın hansı platformalarda hansı hissələrdə görünəcəyini reklam setində təyin edirsiz. Bir reklam kampaniyyasında bir neçə reklam seti aça bilərsiniz. Bu reklam setlərinin hədəf kütlələri, büdcələri və bitiş tarixləri fərqli ola bilər. Bir reklam setinin texniki detalları digər reklam setinə təsir etmir.

Hər reklam seti fərqli auditoriyaya yönələ bilər. Bu sizə, reklamları test etmək imkanı verir. Məsələn, eyni postu  həm kişilərə, həm qadınlara ayrı ayrı reklam setlərində  göstərə bilərsiz və kimin reklamla daha çox maraqlandığını görə bilərsiz. Və yaxutda, hər yaş qrupuna uyğun fərqli reklam setləri hazırlaya bilərsiniz. Aşağıdakı nümunəyə diqqət edin.

Fərz edək ki qadın geyimləri satan mağazanın məhsullarını reklam edirsiz. Reklam kampaniyasının məqsədi “etkileşim ( Əlaqə )” seçmisiz. Və reklam kampaniyasının içində iki reklam seti açırsınız. Mağazanızdakı məhsullar yaş qruplarına görə fərqli olduğundan məhsullarınızı həmin yaş qrupuna uyğun auditoriyaya göstərmək istəyirsiniz. 25 35 yaş arası qadınlar üçün bir reklam setində, 35 – 45 yaş arası qadınlar üçün isə başqa bir reklam setində reklam verirsiniz.

Beləcə kampanya məqsədi eyni olan iki reklam seti açmış oldunuz. Hər reklam seti fərqli auditoriyaya göstərilmiş oldu. Bu təxmini aşağıda göstərilən sxemdəki kimi görünəcək.

Meta reklam kampaniyası quruluşu nümunəsi: Hədəf kütləsi, büdcə, müddət və yerləşdirmə tənzimləmələrini göstərən Azərbaycan dilində infoqrafik.

Reklam nədir?

Nəhayət gəldik son mərhələ olan reklam mərhələsinə. Reklam bölməsi, “nəyi reklam etmək istədiyinizi” təyin edən bölmədir. Yəni reklam kampaniyası ilə, reklamın məqsədini, reklam seti ilə reklamı kimə göstərəcəyimizi, reklamla isə nəyi reklam edəcəyimizi təyin edirik. Reklam bölməsinin əsas elementləri aşağıdakılardır.

  • Reklam vizualını seçmək – Şəkil və ya video
  • Başlıq və açıqlama – reklam mətni
  • Link – klikləyən insan hara yönləndiriləcək
  • CTA düyməsi – “İndi Al”, “Qeydiyyatdan keç”, “Mesaj yaz” və s.

Bütün bu elementlər müştəriyə təsir edə biləcəyiniz elementlərdir. Bu elementlərdən doğru istifadə edərək müştərinin alış qərarına ciddi təsir edə bilərsiniz.

Reklam kampaniyası, reklam seti və reklamı anlamaq üçün aşağıdakı cədvəl və cədvəldəki məlumatlar sizin üçün faydalı olacaq.

Reklam kampaniyasıMəqsədi təyin edirNiyə reklam etdiyini, bu kampaniyadan nə gözlədiyini təyin edir.
Reklam setiKimə, nə vaxt hansı büdcə ilə və harada reklam göstərəcəyini təyin edirDetallı auditoriyya seçmək, büdcə planlamaq, reklamın görünəcəyi yerləri seçmək və müddətini təyin etmək üçün istifadə olunur.
ReklamNəyi reklam edəcəyini təyin edir.Nəyi, hansı vizualla ( video və ya şəkil) reklam edəcəyini və müştərini hara yönləndirəcəyini təyin edir.

Meta Ads Manager-də reklam kampaniyası, reklam seti və reklam birlikdə Meta reklam strukturunu təşkil etdiyini unutmayın. Bu strukturu düzgün başa düşmək, reklamlarınızın daha səmərəli və nəticəyönümlü olmasına kömək edəcək. Bu strukturu daha yaxşı anlamaq üçün başka bir örnəklə, onu mağaza kimi müqayisə edə bilərik.

Bir mağaza düşünün, bu mağazada iki ədəd vitirin var. Hər vitirində fərqli fərqli məhsullar var. Bu təsvirdəki mağaza reklam kampaniyasını, vitirinlər reklam setini, vitirindəki məhsullar isə reklamı təmsil edir. 

Artıq Meta Ads Manager-də reklam kampaniyası, reklam seti və reklamın nə olduğunu və aralarındakı fərqləri daha yaxşı başa düşürsünüz. Bu üç əsas anlayışı düzgün qavramaq, reklamlarınızın daha hədəfli, səmərəli və nəticəyönümlü olmasına birbaşa təsir edəcək.

Tez-tez verilən suallar

Dərsin sonua çatdınız

Sosial media marketinqini daha dərindən öyrənmək istəyirsinizsə, Ödənişsiz SMM Kursumuza baxmağınızı tövsiyə edirik.

Bu məqaləni paylaş
Şərh edilməmiş