Adsense ABŞ vergi məlumatlarının göndərilməsi

Müəllif
3 dəqiqə oxuma

Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 8

Adsense hesablarında ABŞ vergi məlumatlarının göndərilməsi mütləqdir. Bu məlumatlar əsasında siz, Adsense-ə ABŞ vətəndaşı olmadığınızı bildirmiş olursunuz. Adsensenin bu tələbi ABŞ qanunvericiliyinə əsaslanır. Bu  dərsdə sizə Adsense hesabında W-8BEN formasının doldurulması və vergi məlumatlarının göndərilməsi ilə bağlı bütün vacib detalları izah edəcəm.

Adsense Abş vergi məlumatlarını ( W-8BEN formunu )niyə göndərmək lazımdır?

Google-un ana şirkəti olan Alphabet Inc. ABŞ-da yerləşdiyi üçün, Adsense gəlirləri də ABŞ vergi qanunlarına tabedir. Google, vergi hesabatı məqsədilə istifadəçilərindən bu məlumatı toplayır. Əgər siz bu məlumatı göndərməsəniz, gəlirlərinizdən 30%-ə qədər avtomatik vergi tutulması mümkündür. W-8BEN formu ABŞ vətəndaşı olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu form vasitəsilə siz Google-a bildirirsiniz ki, ABŞ-da daimi yaşamırsız və ya ABŞ vətəndaşı deyilsiniz və müəyyən vergi güzəştlərinə uyğun gəlirsiniz.

Adsense Abş vergi məlumatlarının, W-8BEN formunun göndərərkən diqqət olunmalı məqamlar.

Öncə bunu yadda saxlayın ki, Adsense ABŞ vergi məlumatlarını göndərməsəniz Youtube kanalınızda və ya əgər varsa veb saytınızda yayımlanan reklamlar dayandıralacaq və pul qazana bilməyəcəksiniz. W-8BEN formunu göndərərək bu cür reklam yayınlanmasının dayandırılmasından, və gələcəkdə qazanclarınızdan %30 vergi stopajı kəsintisinin olmasının qarşısını ala bilərsiniz. Aşağıdakı videonu izləyərək vergi məlumatlarınızı göndərə bilərsiniz. Ancaq bu məlumatları göndərərkən diqqətli olun. Səhv məlumat göndərməyiniz formun qəbul olmamasına və qazanclarınızın dayandırılmasına səbəb ola bilər. Əsasən bu məlumatların doğru olduğunu yoxladıqdan sonra formu göndərin.

  • Adsense hesab sahibinin ad soyadının doğru yazıldığına diqqət edin.
  • Yaşadığınız ölkəni düzgün geyd edin.
  • Sizdən tələb edilən sənədi ( pasport, sürücülük vəsiqəsi, kimliyinizi təsdiq edən digər sənədlərin ) şəklinin bullanlıq olmamasına, kölgəli şəkil olmamasına və yazıların açıq aydın oxunmasına xüsusi diqqət yetirin. Şəkil çəkərkən sənədin dörd küncünün də kadrda olduğundan və parıltı düşmədiyindən əmin olun.
  • AdSense hesabınızda qeyd etdiyiniz yaşayış ünvanı ilə vergi formunda yazdığınız ünvan eynilə üst-üstə düşməlidir. Ünvanı ingilis şriftləri ilə yazmağınız tövsiyə olunur.
  • Əgər ölkənizlə ABŞ arasında vergi müqaviləsi varsa, yerli Vergi kartınızın nömrəsini qeyd edərək vergi dərəcəsini aşağı sala bilərsiniz. Lakin fərdi şəxs kimi çıxış edirsinizsə və bu nömrəniz yoxdursa, bu bölməni boş buraxa bilərsiniz.
  • Formun sonunda ad və soyadınızı tam olaraq, AdSense profilinizdəki kimi daxil etməlisiniz. Bu, sizin rəqəmsal imzanız hesab olunur.

Aşağıdakı videonu izləyərəkAdsense ABŞ məlumatlarını tam doğru şəkildə göndərə bilərsiniz.

Məlumatları Göndərdikdən Sonra Nə Baş Verir?

Formu tamamlayıb “Göndər” düyməsini kliklədikdən sonra AdSense panelində statusun “Yoxlamadadır”   və ya dərhal “Təsdiqləndi”  olduğunu görəcəksiniz. Bəzi hallarda Google əlavə sənəd sübutu tələb edə bilər, bu zaman qeyd etdiyiniz e-poçt ünvanını mütəmadi yoxlamağınız lazımdır.

ABŞ vergi məlumatlarının düzgün təqdim edilməsi təkcə qanuni öhdəlik deyil, həm də gəlirlərinizin qorunması deməkdir. Prosesi təxirə salmadan tamamlayaraq həm ödənişlərinizdə gecikmələrin qarşısını ala, həm də artıq vergi tutulmalarından yayınmış olarsınız. Unutmayın ki, vergi məlumatlarınızda hər hansı bir dəyişiklik (məsələn, ölkə dəyişikliyi və ya hüquqi statusun dəyişməsi) baş verərsə, formun yenidən doldurulması mütləqdir.

Bu məqaləni paylaş
Şərh edilməmiş