Google Adsense hesabında şəxsiyyət və adres təsdiqinin edilməsi

Müəllif
4 dəqiqə oxuma

Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 7

Bəzən yeni başlayanlar, Google Adsense-də şəxsiyyət təsdiqi etməkdən, pasportunun və ya digər şəxsiyyət təsdiqi edəcək sənədini göndərməkdən qorxurlar. Ancaq burada qorxmalı bir məsələ yoxdur. Google Adsense hər şəxsə bir dəfə hesab açmağa icazə verir. Bir şəxsin iki və daha artıq Google Adsense hesabı ola bilməz. Həm bu səbəbdən həm də qazanılan qazancın kimə aid olduğunu dəqiqləşdirmək üçün şəxsiyyət təsdiqi edilməldiri. Burada məqsəd tamamı ilə, hesab sahibinin qazanclarını qorumaq və təhlükəsizliyini təmin etməkdir. Onun üçün də şəxsiyyətinizi Google Adsense-də təsdiq etməlisiniz. Bundan başqa hesab sahibinin adresi də təsdiq edilməlidir. Bu da, ödənişlərin düzgün şəxsə və düzgün ünvana göndərildiyindən əmin olmaq üçündür.

Google Adsense-də şəxsiyyət və adres təsdiqi etməsəm nə olar?

Google Adsense hesabınızda 10 dollar qazanc olduqda sistem sizdən şəxsiyyətinizi və adresinizi təsdiq etməyinizi tələb edəcək. Üç ay ərzində şəxsiyyətinizi və adresinizi təsdiq etməlisiniz. Əgər şəxsiyyət təsdiqi etməsəniz reklamlarınız bloklanacaq və nəticədə pul qazanmanız dayandıralacaq. Google Adsense-də şəxsiyyət və adres təsdiqi edilməsi mütləqdir. Tövsiyə edərdim ki, şəxsiyyətinizi və adresinizi vaxtında təsdiqlədəsiz.

Google Adsense-də şəxsiyyət təsdiqi zamanı diqqət edilməli amillər.

Google Adsense-də şəxsiyyət təsdiqi edərkən tövsiyə edərdim ki aşağıdakı amillərə diqqət edəsiniz. Unutmayın ki şəxsiyyət təsdiqi üçün cəmi 3 haqqınız var. Bu 3 haqdan doğru istifadə edin. 

  • Göndərəcəyiniz sənədin ( pasport, sürücülük vəsiqəsi, ölkə daxili şəxsiyyəti təsdiq edən hər hansısa bir sənəd) etibarlılıq müddətinin bitmədiyindən əmin olun
  • Sənədin şəklini telefonla çəkmək yerinə, onu, skaynerdən keçirərək daha şəffaf görüntü alın. Beləcə sənədin oxunması daha rahat olar və daha sürətli təsdiqlənər.
  • Göndərəcəyiniz sənəddəki ad və soyad hesab sahibin ad və soy adı ilə eyni olmalıdır. Əks halda sistm şəxsiyyətinizi təsdiq etməyəcək.
  • 18 yaşdan böyük olmağınız mütləqdir. əgər 18 yaşdan kiçiksinizsə ailə üzvlərinizdən birinin adına hesab açmalı və həmin şəxsin sənədini göndərməlisiniz.

Bütün bunlara diqqət etsəniz çox rahatlıqla şəxsiyyətinizi təsdiqləmiş olacaqsınız. Təsdiq üçün sənəd göndərdikdən 2 həftə ərzində geridönüş alacaqsınız. Adətən  üç dörd gün ərzində cavab gəlir. Ancaq üç dörd gün ərzində cavab gəlməzsə narahat olmayın. Səbirli olun və gözləyin. Əgər şəxsiyyət təsdiqi zamanı hər hansısa bir problemlə qarşılaşsanız, sizə verilən 3 haqdan düzgün istifadə etməsəniz və yeni sənəd göndərmə haqqınız  bitsə narahat olmayın. Google Adsense şəxsiyyət təsdiqi xətasının aradan qaldırılması adlı məqaləmi oxuyaraq probleminizi rahatlıqla həll edə bilərsiniz.

Google Adsense-də adres təsdiqinin edilməsi. Google Adsense-də Pin kodun alınması

Google Adsense-də adres təsdiqlətmək bir az vaxt ala bilər. Çünkü bəzi ölkələrə və ya şəhərlərə Google Adsense tərəfindən göndərilən kodlar gəlmir. Bu da adres təsdiqinin geçikməsinə və nəticədə reklamların blok olmasına gətirib çıxarır. Google Adsense-dən 4 dəfə pin kod tələb edə bilərsiniz. Tələb olunan pin kod gəlməzsə Google Adsense pin kod təsdiqi probleminin aradan qaldırılması adlı məqalədə göstərilən üsullarla adresinizi təsdiq də bilərsiniz. Google Adsense hesabınızda adres təsdiq edərkən aşağıdakılara diqqət etməyinizi tövsiyə edirəm.

  • Adres məlumatlarınızı “ şəhər, küçə, bina, mənzil” kimi məlumatların düzgün yazıldığına diqqət edin.
  • Poçt indeksinizi düzgün geyd edin.
  • Alan şəxsin adına mütləq düzgün qeyd edin
  • Pin kod almadığınız halda hər hansısa kod yazmayın. ( Hesabınız bloklanacaq )

Diqqət: Pin kod, məktub formalı bir zərfin içərisində birbaşa poçtla Google Adsense tərəfindən adresinizə göndərilir. Zərf almadığınız müddətcə Google Adsense hesabınızdakı pin kod hissəsinə heç bir kod yazmayın. Səhv kod yazmağınız, adresinizin təsdiqlənməsində daha dərin problemlərə yol aça bilər.

Google AdSense hesabınızın təsdiqlənməsi həm təhlükəsizlik, həm də qazancınızı qorumaq üçün vacib bir addımdır. Şəxsiyyət və ünvan təsdiqləmə prosesini vaxtında və düzgün şəkildə yerinə yetirsəniz, gələcəkdə heç bir problem yaşamadan ödənişlərinizi ala bilərsiniz. Əsas odur ki, tələb olunan sənədləri dəqiq təqdim edin və səbrli olun. Əgər hər hansı çətinliklə qarşılaşsanız, buraya klik edərək, Google Adsense yardım formuna müraciət etməyinizi tövsiyə edirəm.

Bu məqaləni paylaş
Şərh edilməmiş