Google Adsense veb saytlarda trafiki necə dəyərləndirir?

Müəllif
5 dəqiqə oxuma

Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 6

Google Adsense istifadəçilərinin bir çoxu, buradan sadəcə youtube vasitəsi ilə pul qazanıldığını düşünür. Ancaq Google Adsensedən Youtube ilə yanaşı, veb saytınızdan da pul qazana bilərsiniz. Veb saytdan pul qazana bilmək üçün ilk öncə bir veb saytınız olmalıdır. Saytınız olması kifayət etmir. Eyni zamanda bu sayt Google Adsense politikalarına uyğun olmalıdır. Bir veb saytı Google Adsense də təsdiqlətmək üçün diqqət edilməli nüanslar  var. Bu nüanslar haqqında yazdığım Veb sayt üçün Adsense – dən təsdiq almağın 10 qızıl qaydası adlı dərsdə ətraflı izah vermişəm. Bu dərsdə isə veb sayt təsdiq aldıqdan sonra, həm veb saytınızın Google Adsense tərəfindən bloklanmamsıı üçün həm də Google Adsense hesabınızın bloklanmaması üçün saytda etməli və etməməli olduğunuz davranışlar haqqında danışacağam.

Google Adsense sayt trafiklərini necə dəyərləndirir?

Google Adsense sayt trafiklərinə çox böyük önəm verir. Bir veb saytın trafikinin hardan gəldiyi Google Adsense botları tərəfindən dəqiqliklə izlənilir. Google bu yolla reklam vermə şəffaflığını artırır. Google Adsense botları yönləndirilmiş trafiki heç sevmir desəm yerinə düşər. Bir veb saytın trafikinin böyük bir qismi sosial şəbəkələrdə paylaşılan linklər vasitəsi ilə gəlirsə, Google Adsense bu trafiki dəyərsiz trafik olaraq ölçür. Bunun çox tutarlı bir səbi var. Fərz edək ki sizin bir veb saytınız var və siz bu saytda geyimlər haqqında yazılar paylaşırsız. Ancaq məqalələrinizin linkini avtomobillərlə bağlı sosial şəbəkə qruplarında paylaşaraq sayta o qruplardan trafik çəkirsiz. Sizin saytınızda yazılan yazılarla sayta gələn istifadəçinin maraqları üst üstə düşmədiyi üçün, istifadəçi saytı tez tərk edir, həmin saytda göstərilən reklamlar o istifadəçinin maraqlarına uyğun olmur və beləcə reklamlar aidiyyatı olmayan kütlələrə görünmüş olur. Bu da reklamverənlərin pulunun boşu boşuna xərclənməsinə səbəb olur. Reklamverənlərin reklam nəticələrini yaxşılaşdırmaq və daha şəffaf nəticələr verə bilmək üçün Google Adsense veb sayt trafikinin organik olmasına daha çox üstünlük verir

Google adsense üçün dəyərli veb sayt trafiki

Google adsense üçün dəyərli trafik nədir? Hansı trafik google adsense tərəfindən daha dəyərli hesab edilir? Bu iki sual, sayt sahiblərinin ən çox verdikləri suallardandır. Google adsense veb sayt trafiklərində qeyri adi hansısa bir gözlənti tələb etmir. Sadəcə veb saytın organik trafikinin olmasını istəyir. Organik trafik dedikdə aşağıdakıları nəzərdə tuturam

  • Google və digər axtarış sistemlərinin sorğularından gələn trafik
  • Google və digər axtarış sistemlərinin şəkil və video axtarışlarından gələn trafik
  • Google xəbərlərdən (Google News)  gələn trafik
  • Backlinklər vasitəsi ilə gələn trafik
  • Birbaşa sayt domenindən istifadə edilərək gələn trafik ( direkt trafik)

Yuxarıdakı siyahıda göstərilən istiqamətlərdən gələn rafik, google adsense tərəfindən dəyərli trafik hesab edilir. Buralarda çıxa bilmək və veb sayt trafikini dəyərli trafiklə artırmaq üçün veb saytınızda doğru SEO işi etməlisiniz.

Organik trafiklə Google Adsense qazanclarını artırmaq

Bir veb saytın trafiki nə qədər çox orqanik mənbədən gəlirsə, istifadəçilərə göstərilən reklamların dəyəri də bir o qədər yüksək olur. Çünki AdSense gəlirləri əsasən reklamların göstərilməsi və kliklənməsi kimi istifadəçi davranışlarına əsaslanır. Bu səbəbdən, saytımıza cəlb etdiyimiz orqanik ziyarətçilər daha qiymətli reklam görüntülənmələrinə və kliklərinə səbəb olur, bu da nəticə etibarilə AdSense qazancımızın artmasına şərait yaradır. Bunu aşağıdakı örnəklə izah edə bilərəm.

Fərz edək ki, sənin bir yemək reseptləri paylaşdığın veb saytın var. İnsanlar “ən yaxşı şokoladlı tort resepi” axtaranda Google-da sənin saytını tapıb daxil olurlar (yəni orqanik trafiklə gəlir). Bu ziyarətçilər resept axtardıqları üçün saytda göstərilən, məsələn, “peçənyalar üçün şokolad” reklamı onlar üçün maraqlı olur və reklama klikləyirlər. Çünki bu insanlar həqiqətən də yemək bişirməyə maraqlıdırlar və bu  maraqla sayta gəliblər.  Bu klik AdSense üçün daha dəyərli sayılır və sən daha çox qazanc əldə edirsən. Əgər saytına təsadüfi və maraqsız insanlar gəlmiş olsaydı, reklam onlara maraqlı olmayacaq və heç bir reklam kliklənməsi etməyəcəklər və beləcə heç bir qazanc da əldə etmiş olmayacaqsan.

Link paylaşaraq trafik çəksəniz, adsense qazanclarınızda çox böyük azalmalar görəcəksiniz. Yuxarıda izah etdiyim kimi,sosial şəbəkələrdə link paylaşaraq trafik çəkmək istifadəçi maraqları ilə göstərilən reklamların üst üstə düşməməsinə gətirib çıxaracaq. Bu da reklam göstərilmə sayı və kliklənmə sayını azaldacaq. Bundan başqa mütəmadə link paylaşaraq sayt trafikinin böyük bir qismini sosial şəbəkələrdən cəlb etsəniz, Adsense hesabınızda reklam bloklanmaları və məhdudiyyətlər tədbiq olunacaq. Bu kimi hallarla qarşılaşmamaq üçün veb saytınızın trafikinin organik olmasına önəm verməlisiniz.

DİQQƏT: Mütəmadə olaraq sosial şəbəkələrdə link paylaşaraq sayta trafik çəkməyiniz, reklam bloklanmalarına və məhdudiyyətlərə məhəl qoymamağınız Adsense hesabınızın Google tərəfindən bloklanmasına gətirib çıxara bilər. Unutmayın ki bir şəxsin adına bir adsense hesabı ola bilər. Tək şansınız olan hesabı itirməmək üçün lazımsız qruplarda aldadıcı mətnlər və şəkillərlə sayta trafik çəkməməyinizi tövsiyə edirəm.

Bu məqaləni paylaş
Şərh edilməmiş