Google AdSense Hesabı Yaratmaq

Müəllif
4 dəqiqə oxuma

Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 2

YouTube kanalı və ya veb sayt vasitəsilə gəlir əldə etmək istəyirsinizsə, Google AdSense ən vacib və etibarlı reklam şəbəkələrindən biridir. AdSense, hazırda internetdən pul qazanmaq sahəsində özünəməxsus mövqeyi ilə dünyada lider platforma hesab olunur. Həm YouTube, həm də saytlar üçün geniş imkanlar təqdim edən bu servis, istifadəçilərə keyfiyyətli məzmun üzərindən reklam gəliri əldə etmək şansı yaradır.

Əgər sistemin iş prinsipini tam anlamırsınızsa, AdSense niyə ödəniş edir? adlı dərsimizi oxumağınızı tövsiyə edirəm. Bu  dərsdə həm yeni AdSense hesabı yaratmağı, həm də qeydiyyat zamanı düzgün addımlar atmaq üçün bilməli olduğunuz bütün texniki detalları öyrənəcəksiniz. AdSense ilə pul qazanmaq üçün ilk addımınızı bu dərslə atmağınız uğurlu bir başlanğıc olacaq.

AdSense Hesabı Açarkən Diqqət Edilməli Olanlar

AdSense qeydiyyatı zamanı maksimum dərəcədə diqqətli olmalısınız. Səhv atılan bir addım gələcəkdə həm hesabın bloklanmasına, həm də qazanılan vəsaitin çıxarılmasında ciddi problemlərə yol aça bilər. Odur ki, aşağıdakı meyarlara mütləq əməl edin:

  1. Yaş Həddi: 18 yaşdan yuxarı olmağınız mütləqdir.
  2. Hesab Sayı: Bir şəxs adına yalnız bir AdSense hesabı açmaq mümkündür.
  3. Dəqiq Ünvan: Yaşadığınız ölkəni və poçt ünvanınızı tam dəqiq qeyd etməlisiniz.
  4. Şəxsi Məlumatlar: Ad və soyad məlumatları şəxsiyyət vəsiqəsinə uyğun olmalıdır.
  5. Hesab Növü: “Fərdi” (şəxs) və ya “Biznes” (şirkət) hesabı seçiminə qəti şəkildə diqqət edin.

Gəlin bu bəndlərin  təhlükəsizlik baxımından əhəmiyyətini daha dərindən incələyək:

18 Yaş Məhdudiyyəti

Google siyasətinə görə, bir AdSense istifadəçisi mütləq 18 yaşını tamamlamalıdır. Doğum tarixinizi yanlış qeyd etsəniz, gələcəkdə şəxsiyyət təsdiqi zamanı bu üzə çıxacaq və hesabınız təsdiqlənməyəcək. Əgər yaşınız çatmırsa, ailə üzvlərinizdən birinin adına hesab aça bilərsiniz.

Bir Nəfər Üçün Tək Hesab Qaydası

Bir çox istifadəçi giriş məlumatlarını unutduqda yeni hesab açmağa çalışır. Unutmayın ki, Google hər bir şəxsə cəmi bir dəfə AdSense hesab sahibi olmağa icazəsi verir. Dublikat hesablar hər iki hesabın bağlanması ilə nəticələnə bilər. Odur ki, Gmail giriş məlumatlarını və bərpa telefon nömrəsini mütləq qeyd dəftərinizə yazın. Rəqəmsal qeydlərin itmə ehtimalı olduğu üçün kağız üzərində saxlamaq daha etibarlıdır.

Ölkə və Ünvan Seçimi

AdSense hesabı yaradarkən ən çox edilən səhvlərdən biri ölkəni yanlış seçməkdir. Bəzi istifadəçilər ABŞ və ya Böyük Britaniyanı seçdikdə daha çox qazanacaqlarını düşünürlər. Lakin AdSense qazancları hesabın ölkəsinə görə deyil, izləyici kütləsinin yerləşdiyi regiona (CPC və CPM göstəricilərinə) görə müəyyən edilir. Əsas məqam budur ki, Google sizə ödənişləri aktivləşdirmək üçünadresinizi təsdiqləməlidir. Və bunun üçün də sizə poçt vasitəsilə PİN kod göndərəcək. Ünvan səhv olsa, bu kodu ala bilməyəcəksiniz. Hesab yaradıldıqdan sonra ölkə dəyişikliyi mümkün deyil.  Əgər hesabı açarkən səhv ölkə seçsəniz hesabı silib yenidən açmaq məcburiyyətində qalacaqsınız.

Ad və Soyadın Düzgün Yazılışı

Qazancınız 10 dolları keçdikdən sonra ünvan və şəxsiyyət təsdiqi tələb olunacaq. Məlumatları pasportda olduğu kimi qeyd etməlisiniz.

Diqqət: Ad və soyadınızı yazarkən Latın əlifbası simvollarından istifadə etmək tövsiyə olunur. Bəzi sistemlərdə “Ə, İ, Ğ, Ü, Ö” kimi spesifik hərflər xətalara yol aça bilər.

Hesab növünü seçmək

Hesab növünü düzgün seçmək çox vacibdir. Əgər rəsmi qeydiyyatdan keçmiş bir şirkətiniz yoxdursa, mütləq “Şəxs” (Individual) hesabını seçin. “Şirkət” hesabı seçsəniz, Google sizdən həmin müəssisənin vergi və qeydiyyat sənədlərini tələb edəcək. Bu sənədlər olmadıqda hesabı təsdiqləmək mümkün olmur və hesab növünü sonradan dəyişmək funksiyası yoxdur. Əgər hesab növünü səhv seçsəniz hesabı silib yenidən açmaq məcburiyyətində qalacaqsınız.

Yeni AdSense Hesabı Yaratmaq (Video Təlimat)

Bura qədər oxudunuzsa, artıq Google AdSense qeydiyyatı zamanı nələrə diqqət etməli olduğunuzu bilirsiniz. Prosesi daha aydın görmək üçün aşağıdakı video dərsliyi izləyə bilərsiniz. Videonu addım-addım izləyərək öz hesabınızı problemsiz yaradın.

Xoş izləmələr və bol qazanclar!

Bu məqaləni paylaş
Şərh edilməmiş