Meta Ads Managerdə reklam kampaniyası məqsədləri

Müəllif
6 dəqiqə oxuma
Dizüstü bilgisayar ekranında Meta reklam analiz grafiği, yanında megafon, Meta logosu, beğeni ve kalp ikonları içeren 3D dijital pazarlama illüstrasyonu.

Ödənişsiz SMM kursu dərs 5

Meta Ads Managerdə reklam verərkən ilk etdiyimiz iş reklamı hansı məqsədlə verdiyimizi seçməkdir. Buna reklam kampaniyası məqsədi deyilir. Başqa sözlə, kampaniya məqsədi  “Mən bu reklamla nə əldə etmək istəyirəm?” sualının cavabıdır. Siz reklam məqsədinizi seçməklə Meta algoritminə reklamınızın hansı nəticəyə fokuslanacağını bildirmiş olursunuz. Məsələn, əgər reklam məqsədi olaraq alış-veriş seçsəniz, Meta sizin reklamınızı alış-veriş etməyə meyilli olan insanlara göstərəcək. Əgər məqsədinizi mesaj almaq, təyin etsəniz, reklamlar daha çox mesaj yazmağa həvəsli istifadəçilərə çatdırılacaq. Qısacası, düzgün reklam məqsədi seçmək reklamlarınızın həm daha effektiv, həm də daha hədəfli şəkildə doğru auditoriyaya yönəlməsini təmin edir.

Buna görə də reklam kampaniyasını planlaşdırarkən ilk addım həmişə düzgün məqsədi seçməkdir. Məqsədi doğru müəyyən etməklə həm reklam büdcənizi daha səmərəli istifadə edə bilər, həm də potensial müştərilərinizə rahatlıqla reklamınızı göstərə bilərsiniz. Aşağıda Meta Ads Managerdə reklam kampaniyası məqsədlərini və onların nə işə yaradığını görə bilərsiniz.

Bilinirlik

Meta Reklam Yöneticisi kampanya amacı seçme ekranında Bilinirlik (Awareness) seçeneğinin işaretlenmesi.

Bilinirlik məqsədi brendinizin daha geniş kütləyə tanıdılmasını təmin edir. Əgər markanızı, məhsulunuzu və ya xidmətinizi yeni auditoriyalara tanıtmaq istəyirsinizsə, bu məqsədi seçə bilərsiniz. Satış qıfının  ilk mərhələsi olan diqqət mərhələsinə məhz bilinirlik reklam məqsədi ilə çata bilərsiniz. Bilinirlik məqsədi ilə reklam vermək, əsasən insanların brendinizi tanımasına və yadda saxlamasına yönəlir. Bu reklam kampaniyası birbaşa satışa deyil, daha çox brend haqqında müsbət təəssürat yaratmağa və uzunmüddətli perspektivdə potensial müştəri bazası formalaşdırmağa fokuslanır. Nəticədə, gələcəkdə brendinizi görən insanların sizə etibar etmə və alış-veriş etmə ehtimalı daha yüksək olur. Qısacası bilinirlik reklam kampaniyası məqsədi markanın gələcək müştərilərini hədəfləməsi üçündür deyə bilərəm.

Trafik

Meta Reklam Yöneticisi panelinde kampanya amacı olarak Trafik hedefinin seçilmesi.

Trafik reklam məqsədi insanların reklamınızı klikləyərək saytınıza, tətbiqinizə, həmçinin WhatsApp, Instagram və ya Messenger vasitəsilə sizə mesaj yazmasına yönəlir. Adından da göründüyü kimi, bu reklam məqsədi auditoriyanı konkret bir ünvana yönəltməklə trafik əldə etməyə xidmət edir. Xüsusilə veb-saytı olan, məhsul və ya xidmətlərini saytda təqdim edən və onlayn satış həyata keçirən bizneslər üçün çox faydalıdır. Eyni zamanda, veb-saytı olmayan bizneslər də bu məqsəddən istifadə edərək potensial müştərilərindən mesajlar ala, onlarla birbaşa ünsiyyət qura bilərlər.

Etkileşim

Meta Reklam Yöneticisi kampanya oluşturma ekranında Etkileşim (Engagement) hedefinin seçilmesi.

Etkileşim, yəni qarşılıqlı əlaqə məqsədi reklamınızla auditoriyanız arasındakı ünsiyyəti artırmağa yönəlir. Bu reklam məqsədi ilə aşağıdakı hədəfləri seçə bilərsiniz.

  • Messenger, Instagram və WhatsAppla müştərilərdən mesaj ala bilərsiniz.
  • Video görüntüləmələri – videonuz, video izləməyə meyilli olan auditoriyaya göstərilir və daha çox izlənmə almış olursunuz.
  • Gönderi etkileşimi – kontentlərinizə reaksiyyanın alınması
  • Dönüşümlər – insanları veb sayt və ya mobil tədbiqinizə yönlədirərək dönüşüm əldə edə bilərsiniz
  • Zənglər – müştərilərdən birbaşa zəng ala bilərsiniz.

Etkileşim reklam məqsədi, kiçik və orta bizneslər üçün ən ideal və ən çox istifadə olunan kampaniya məqsədlərindən biridir. Bu məqsəd sayəsində həm markanızın aktivliyi artır, həm də potensial müştərilərinizlə daha yaxın əlaqə qura bilirsiniz.

Potansiyel Müşteriler

Meta Reklam Yöneticisi kampanya oluşturma ekranında Potansiyel Müşteriler (Leads) hedefinin seçilmesi.

Potensial müştərilər reklam məqsədi ilə siz reklamınızı görən insanlardan mesaj və ya zəng ala, onları veb-saytınıza və ya mobil tətbiqinizə yönləndirə bilərsiniz. Həmçinin, potensial müştərilərdən form ( anket ) doldurmalarını istəyərək onların məhsul və ya xidmətinizlə bağlı fikirlərini öyrənə bilərsiniz. Bu reklam məqsədini seçdiyiniz zaman istifadəçilərə sadə bir anket  təqdim olunur. Bu anket vasitəsilə onların e-poçt ünvanlarını və telefon nömrələrini toplaya, sonra həmin şəxslərlə əlaqə saxlayaraq məhsul və ya xidmətinizi təklif edə bilərsiniz. Eyni zamanda, topladığınız məlumat bazasından (e-poçt və telefon nömrələri) istifadə edərək həmin dataları Meta Ads Manager-ə yükləyə və onlara yenidən reklamlar göstərə bilərsiniz. Beləliklə, potensial müştərilərinizin fikrinə təsir etməyə davam edərək onların alış qərarlarını sürətləndirə bilərsiniz.

Uygulama tanıtımı

Meta Reklam panelinde Mobil Uygulama Yükleme kampanya hedefi seçimi.

Uygulama tanıtımı, yəni mobil tətbiq tanıtma reklam məqsədi, tətbiqinizin daha çox tanınmasına və daha geniş kütlə tərəfindən yüklənməsinə kömək edən reklam kampaniyası məqsədidir. Bu məqsəd daha çox yeni tətbiq istifadəyə verənlər və ya geniş məhsul çeşidinə sahib olan böyük satış platformaları tərəfindən istifadə olunur. Uygulama tanıtımı reklamı ilə istifadəçiləri birbaşa Play Store və ya App Store-a yönləndirərək onların tətbiqinizi asanlıqla yükləməsini təmin edə bilərsiniz. Bundan əlavə, bu reklam məqsədini seçərək mobil tətbiq yükləməyə meyilli olan istifadəçiləri hədəfləyə və reklamlarınızı onların qarşısına çıxara bilərsiniz. Bu sayədə həm yükləmə sayınızı artıra, həm də tətbiqinizin geniş auditoriyaya yayılmasını sürətləndirə bilərsiniz.

Satışlar

Meta Reklam panelinde Dönüşüm ve Satış odaklı kampanya hedefi seçimi.

Satışlar reklam kampaniyası məqsədi, reklamın birbaşa satışa yönəldildiyi kampaniyalar üçün nəzərdə tutulub. Yəni bu reklam məqsədindən istifadə edərək reklamı görən auditoriyanı birbaşa satış saytınıza yönəldə və onlayn satışlarınızı artıra bilərsiniz. Bu məqsəd xüsusilə məhsullarını tez bir zamanda satmaq və gəlir əldə etmək istəyən bizneslər üçün idealdır. Bundan əlavə, satış reklamı sayəsində istifadəçiləri yenidən hədəfləyə, onların alış qərarlarını sürətləndirə bilərsiniz. Doğru hədəfləmə və cəlbedici təkliflər ilə satış reklamları təkcə yeni müştərilər gətirmir, həm də markanıza sadiq olan daimi alıcıların sayını artırır. Nəticədə, reklam büdcəniz satışlarınızı artırmağa və uzunmüddətli uğur qazanmağa xidmət edir.

Gördüyünüz kimi, Meta Ads Managerdə düzgün reklam kampaniyası məqsədi seçmək reklamlarınızın uğuru üçün əsas amildir. Kampaniya məqsədini biznesinizin ehtiyaclarına uyğun şəkildə təyin etməklə həm reklam büdcənizi daha effektiv xərcləyə, həm də auditoriyanıza daha uyğun mesaj çatdıra bilərsiniz. Unutmayın ki, düzgün məqsədlə başlanan kampaniya potensial müştəri qazanmaqdan tutmuş satışların artırılmasına qədər geniş imkanlar yaradır.

Tez-tez verilən suallar

Dərsin sonua çatdınız

Sosial media marketinqini daha dərindən öyrənmək istəyirsinizsə, Ödənişsiz SMM Kursumuza baxmağınızı tövsiyə edirik.

Bu məqaləni paylaş
Şərh edilməmiş