Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 1
Google Adsense, Google tərəfindən istifadəyə verilmiş qlobal bir reklam platformasıdır. Google Adsense; YouTube və veb saytlarda avtomatik reklamlar yayımlayaraq, məzmun yaradıcılarının internetdən pul qazanmalarını təmin edir. Həm YouTube, həm də veb saytlar vasitəsilə qazanılan pullar vahid bir Adsense hesabında toplanır. Toplanan qazanclar daha sonra Adsense platformasından birbaşa bank hesablarına köçürülür. Google Adsense vasitəsilə reklam yayımlamaq üçün bəzi xüsusi qaydalara əməl etməlisiniz:
- Saytınız və ya kanalınız Google Adsense siyasətlərinə uyğun olmalıdır.
- Qaydalara tam əməl edildikdə, sistem sizə reklam yayımlama imkanı verir.
Adsense, məzmun yaradıcıları ilə reklamverənləri bir araya gətirərək hər iki tərəfin maraqlarını qarşılayan əvəzolunmaz bir reklam platformasıdır.
Google Adsense necə işləyir?
Google Adsense-in işləmə məntiqi çox sadədir. Əgər bir YouTube kanalınız varsa, onu Adsense hesabınıza bağlayırsınız. Sistem sizin Adsense hesabınız üçün xüsusi bir yayınçı kodu (PUB-ID) yaradır. Bu kod vasitəsilə sistem reklamların neçə dəfə yayımlandığını və reklamlara neçə dəfə klikləndiyini ölçə bilir
Bu ölçümlərdən əldə olunan məlumatlara əsasən, yayınçının qazancı hesablanır və balansa göndərilir. Minimal ödəniş məbləği adətən 100 dollar olaraq təyin edilir (və ya hesabın valyutasına uyğun ekvivalent). Yəni, vəsaiti çıxarmaq üçün minimum 100 dollar qazancınız olmalıdır.
Veb saytlar üçün Adsense qoşulması
Əgər bir veb saytınız varsa və burada Google reklamları ilə pul qazanmaq istəyirsinizsə, saytın daxilinə Adsense tərəfindən verilmiş reklam kodunu yerləşdirməlisiniz. İşləmə prinsipi YouTube ilə eynidir. Tək fərq ondadır ki YouTube kanalını YouTube Studio üzərindən Adsense hesabınıza bağlayırsınız Veb saytlarda isə kodu saytın strukturuna əlavə edərək inteqrasiya edirsiniz.
İstər sayt sahibi, istərsə də YouTube kanal sahibi olun, Adsense qazancları internetdən gəlir əldə etmək üçün ən vacib addımlardan biridir. Növbəti dərslərdə Adsense hesabının açılmasından yaranan xətaların həllinə qədər bütün detalları paylaşacağam.


