Youtube örtük şəkilləri və video başlıqları haqqında ipucları

Müəllif
5 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 21

Youtube istifadəçiləri bir videonu izləmədən öncə üç addımlı mərhələdən keçirlər. Buna şərti olaraq video izləyicilərinin bir videonun izləmək üçün istifadə etdikləri marşurutu da deyə bilərik. Həmin üç addımlı mərhələ bunlardır.

  • Görmək,
  • Düşünmək,
  • Qərar vermək

İzləyici ilk mərhələdə videonuzu görür, ikinci mərhələdə o videonu izləyib izləməyəcəyi haqqında düşünür, üçüncü mərhələdə isə qərar verir. Youtube örtük şəkilləri və video başlıqları izləyicinin, sizin videoya maraq göstərməsi və düşünmə mərhələsində sizin videonu izləmə qərarını alması üçün vacibdir. Adətən izləyicilərin ilk fikir verdiyi detal videonun başlığı və videonun örtük şəkli olur. Həm örtük şəklini həm də video başlığını düzgün seçsəz videonuzu viral edə bilərsiz.

Cəlbedici Youtube örtük şəkilləri haqqında ipucları

Youtube videolarınız üçün örtük şəkillərini hazırlayarkən aşağıdakı nüanslara diqqət etməyinizi tövsiyyə edirəm.

  • Örtük şəkli video ilə əlaqəli olmalıdır.
  • Rənglər uyumlu olmalıdır.
  • Şəkil üzərində maksimum 3 söz yazılmalıdır.

Örtük şəkli yanıltıcı olmamalı, birbaşa videonun mövzusu ilə əlaqəli olmalıdır. Əgər video ilə əlaqəli olmayan bir örtük şəkli istifadə etsəniz, videolarınız kliklənəcək ancaq izlənən deyil. İzləyici videonu çox qısa müddət izlədikdən sonra videodan çıxacaq. Bu da videonuzun digər izləyicilərin qarşısına cıxmasını əngəlləyəcək. Örtük şəklinizi dizayn edərkən rənglərin biri birinə uyumlu olmasına diqqət edin. Biri birini tamamlamayan rənglər örtük şəklinin görünməsini, diqqət çəkməsini və əgər şəkildə yazı varsa yazının oxunmasını çətinləşdirər. Bu da videoya kliklənmə sayını azaldar. Şəkil üzərində yazı yazacaqsızsa həmin yazı maksimum üç sözdən ibarət olmalıdır. Üç sözü keçməməyinizi tövsiyə edirəm. Yazacağınız yazı video başlıqındakı yazının eynisi olmamalı, qarşı tərəfə bir mesaj ötürməlidir.

Məsələn

Video başlığı: Evdə 5 dəqiqəyə bişirə biləcəyiniz dadlı yeməklər.

Örtük şəklinə yazıla biləcək yazı: Bu yeməklərdən yemisən ?

Youtube studioda videolarınızı yükləyərkən üç fərqli örtük şəkli yükləyərək həmin örtük şəkillərinin hansının daha cəlbedici olduğunu test edə bilərsiniz. Bu da Youtube kanal sahibləri üçün ekstra bir üstünlükdür.

Əgər Photoshop istifadə edə bilmirsinizsə örtük şəkillərinizin dizaynını Canva dizayn aləti ilə dizayn edə bilərsiniz. Canva ilə Youtube örtük şəkillərinizi necə dizayn edəcəyinizi bilmirsinizsə, Youtube – da bununla bağlı çox sayda izahlı video var. Həmin videoları izləyərək örtük şəkillərinizi hazırlaya bilərsiz.

Çəlbedici Youtube video başlıqları yazmaq.

Youtube video başlıqları yazarkən aşağıdakı nüanslara diqqət etməyinizi tövsiyə edirəm.

  • Axtarıla bilən sözlərdən istifadə edilməli ( SEO uyumlu )
  • Böyük hərflərdən və emojilərdən düzgün istifadə edilməli
  • Videonun mövzusu ilə əlaqəli olmalı

Bu üç nüansdan düzgün istifadə etsəniz videonuzun kliklənmə sayını da yüksəldə bilərsiniz. Yazacağınız başlıq SEO uyumlu olmalıdır. Videolarınızın, Youtube axtarışlarında çıxa bilməsi üçün SEO uyumlu başlıqlar çox vacibdir. Video başlıqları yazarkən cümlə quruluşuna və böyük hərflərdən istifadəyə diqqət edin. Bəzi istifadəçilər başlıqdakı bütün hərflərin və ya hər sözün baş hərfinin böyük yazılmasının cəlbedici olacağını düşünür. Ancaq bu, yazıların oxunmasını çətinləşdirir. Bu səhfə yol verməyin. Bir digər səhf addım da video başlıqlarında yerli yersiz emoji istifadə edilməsidir.  Adətən emojilər uşaq videolarında uşaqların diqqətini çəkə bilmək üçün istifadə olunur. Yazacağınız başlıq videonuzu tam açıqlamalı, videonuzla birbaşa uyumlu olmalıdır.

Fərz edək ki videonuzun mövzusu gənc valideynlər üçün, uşaq tərbiyyəsi haqqındadır. Bu videonda gənc valideynlərə uşaqlarını tərbiyyə edə bilməsi haqqında məlumatlar verirsiniz. Aşağıda bu video üçün yazılmış səhv və doğru başlıqları görə bilərsiniz.

UŞAQLARINIZI BELƏ TƏRBİYYƏ EDİN   ❌

Uşaq təbiyyəsinin 7 qızıl qaydası.         ✅

Videolarınızın kliklənməsini artırmaq üçün başlıqlar yalnız söz yığını olmamalı, eyni zamanda bir fikri aydın şəkildə ifadə etməlidir. Bundan əlavə, YouTube başlıqlarında A/B testi tətbiq edə bilərsiniz. Məsələn, eyni videoya üçün fərqli üç başlıq yazın və hansının daha çox diqqət çəkdiyini ölçün. Daha sonra ən uğurlu başlığı videonun rəsmi başlığı kimi istifadə edin.

Nəticə olaraq, YouTube videolarınızın uğuru doğru başlıq və örtük şəklindən başlayır. İzləyici diqqətini çəkən, videonun mövzusunu aydın şəkildə əks etdirən başlıq və vizual dizayn, izləyicilərin videonuzu seçməsinə və daha uzun müddət izləməsinə imkan yaradır. Örtük şəkillərini və başlıqları diqqətlə hazırlamaq, A/B testləri ilə optimallaşdırmaq isə videolarınızın viral olma şansını əhəmiyyətli dərəcədə artırır. Unutmayın ki, uğurlu YouTube strategiyası həm yaradıcı, həm də planlı yanaşmanı tələb edir.

Bu məqaləni paylaş
Şərh edilməmiş