Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 20
Youtube-a yeni başlayanların qarşılaşdıqları ən böyük çətinliklərdən biri də video çəkilişi üçün istifadə edəcəkləri avadanlığın hansı olmasıdır. Nəzərə almalıyıq ki, yeni başlayanların böyük əksəriyyəti məhdud büdcə ilə bu işə başlayır. Ona görədə minimum büdcə tələb edən avadanlıq istifadəsi haqqında danışmalıyıq.
Youtube videoları çəkmək üçün kamera tövsiyyəsi
Öncə kamera haqqında danışaq. Müasir dövrün smartfonları günü gündən elə təkmilləşdirilmiş versiyyalarda istehsal olunurki bu smartfonların bir çoxu məşhur kameralardan da keyfiyyətli çəkilişə sahib olur. Yəni işə yeni başladığınız zaman yeni kamera almağa büdcəniz yoxdursa gündəlik istifadə etdiyiniz smartfonla da başlaya bilərsiniz. Bu gün Youtube-da məşhur olan kanalların ilk videolarına baxsanız görərsiniz ki video keyfiyyəti çox aşağıdır. Yəni video keyfiyyəti aşağıdır, telefonum yaxşı çəkmir kimi bəhanələri bir kənara qoyub işə başlaya bilərsiniz. Əgər bir kamera almaq fikriniz varsa aşağıdakı kameraları tövsiyə edə bilərəm.
Bu kameralar yeni başlayanlar üçün sərfəli qiymətə olması ilə yanaşı 4K çəkiliş etmə bacarığına da sahibdir. Dəyişdirilə bilən linzaları və rahat istifadə edilə bilən interfeysi ilə istifadəçinin kameraya rahatlıqla uyğunlaşmasına imkan verir. iyahıdakı kamera modellərinin üzərinə bir dəfə klik etməklə həmin kameraların Amazon satış səhifəsinə keçid edə bilər və kamera haqqında daha ətraflı məlumat ala bilərsiniz.
Youtube videoları üçün mikrofon tövsiyyəsi
Kameradan əlavə sizə mikrofon lazım olacaq. Telefonlarınızın səs yazması yaxşı işləməyə bilər və izləyici sizi başa düşməyə bilər. Ona görə də çalışın büdcənizin imkan verdiyi qiymətdə bir mikrofon sahibi olun. Mikrofon alarkən, aldığınız ikrafonun komputer və ya telefon üçün olduğuna diqqət edin. Əgər siz studio şəraitində deyildə çöl məkanlarında çəkiliş edəcəksinizsə telefon üçün nəzərdə tutulmuş mikrofon almaq sizin üçün uyğun olacaqdır. Günümüzdə Boya, Rode, DJİ və Blue Yeti markaları daha çox istifadə olunur. Ancaq bu markaların fərqli modelləri vardır ki hər modelin də özünə xas xüsusiyyətləri var. Öncə nə cür videolar çəkəcəyinizə qərar verin daha sonra cəkmək istədiyiniz videolar üçün hansı mikrofonun əlverişli olduğuna qərar verin. Mikrofonların səs keyfiyyəti və digər xarakteristikaları ilə bağlı videoları Youtube-dan tapa bilərsiz. Mikrofon incələmə videoları bu işdə sizə yardımçı olacaqdır.
Youtuberlər üçün komputer tövsiyyəsi
Yazının əvvəlində dediyim kimi, müasir dövrün smartfonları günü gündən təkmilləşdirilir. Bəzi smartfonlar komputer qədər istifadəyə yararlıdır. Youtube kanalınızı telefonla idarə edə bilərsiniz. Ancaq bir yerdən sonra sizə komputer lazım olacaq. Ona görə də minimum qiymətə bir komputer almağınızı tövsiyə edirəm. Alacağınız komputer ikinci əl də ola bilər. Mən şəxsi təcrübəmə sığınaraq sizə qəti şəkildə deyə bilərəm ki komputerlə edə biləcəkləriniz smartfonla edə biləcəklərinizdən qat-qat artıqdır. Komputerlə daha rahat videolarınızı montajlaya bilər, örtük şəkillərinizi hazırlaya bilər və youtube kanalınızı idarə edə bilərsiniz. Youtube studio panelində bəzi funksiyyalar var ki onları ancaq komputerlə istifadə etmək mümkündür. Bütün bu saydıqlarımı edə bilməyiniz üçün minimum, aşağıdakı parametrlərə sahib komputer almağınızı tövsiyə edirəm.
Operativ Yaddaş (RAM) 4 GB RAM
Daxili yaddaş 128 GB
Prosessor Intel Core i3
Əməliyyat sistemi Windows 10 veya üstü
Qeyd: Komputerin olmaması bir barier deyil, olması üstenlükdür.
Video çəkiliş
Youtube video çəkilişlərində yaxşı nəticə əldə etmək istəyirsinizsə video çəkiliş texnikalarını öyrənməlisiniz. Bunun üçün pul xərcləyib hansısa kurslara getməyə ehtiyyac yoxdur. Youtube-da peşəkar videoqrafların izahlı videoları var. Bu videoları izləyərək hansı kadrı hansı bucaqdan çəkmək lazımdır, nə cür işıqlandırma etmək lazımdır? Bu kimi diqqət etməli olduğunuz məqamları öyrənə bilərsiniz.
Bu dərsdə YouTube videoları üçün istifadə edə biləcəyiniz minimum avadanlıq və əsas tövsiyələri öyrəndiniz. Unutmayın ki, uğurlu bir kanal yaratmaq üçün ən vacib amil mükəmməl avadanlıq deyil, davamlılıq və yaradıcılıqdır. Bugünkü biliklərinizlə artıq sadə bir smartfon və ya büdcəyə uyğun kamerayla da videolarınızı çəkə və kanalınızı inkişaf etdirə bilərsiniz.
İndi növbəti addım sizdədir: fikirlərinizi kağıza tökün, bir ssenari hazırlayın və ilk videonuzu çəkməyə başlayın. Hər yeni video sizi təcrübə və keyfiyyət baxımından bir addım irəli aparacaq.


