Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 19
Youtube videolarının izlənilə bilən olması üçün müəyyən bir montaj prosesindən keçməsi mütləqdir. Ancaq Youtube – a yeni başlayanların bir çoxu videolarını necə, hansı proqramla montaj edəcəklərini bilmirlər. Bu dərsdə yeni başlayanlar üçün video montaj haqqında bəzi ipuclarında məlumat verəcəm.
Youtube videolarımı hansı proqramla montaj etməliyəm ?
Youtube videolarınızı hansı video montaj proqramında montaj edəcəyiniz, istifadə etdiyiniz cihaza görə dəyişə bilər. Telefonlarda fərqli, komputerlərdə isə fərqli montaj proqramları istifadə edə bilərsiniz. Video keyfiyyətinin yüksək səviyyədə olmamasından narahatlıq keçirirsinizsə, narahat olmayın. Günümüzdə montaj proqramları elə inkişaf edib ki , gündəlik istifadə etdiyimiz zəif parametrli telefonlarda belə yüksək keyfiyyətli videolar montajlamaq olur. Dediyim kimi, hansı cihazdan istifadə etdiyiniz, hansı video montaj proqramını istifadə edəcəyinizi təyin edir.
Telefonlarda istifadə edə biləcəyiniz montaj proqramları
Günümüzdə istifadə edilən texnologiyyalar o qədər inkişaf edib ki artıq video montaj edə bilmək üçün mütləq bir komputerə ehtiyyacınız yoxdur. Gündəlik istifadə etdiyiniz mobil telefonlarınızla da video montaj işlərini edə bilərsiniz. Telefonlarda ən çox istifadə edilən 5 montaj proqramını aşağıda sizin üçün siyahısını verirəm.
Bu siyahıda təqdim etdiyim proqramların hamısı həm Android, həm də iOS istifadəçiləri üçün uyğun olan video montaj tətbiqləridir. Onların arasında mənim şəxsi favoritimin CapCut** olduğunu xüsusi vurğulamaq istəyirəm. Çünki bir montaj proqramında lazım ola biləcək demək olar ki, bütün funksiyalara malikdir və daim yenilənir.
Əgər YouTube kanalınızdan daha yüksək nəticələr əldə etmək istəyirsinizsə, videolarınızı montajdan sonra mütləq yüksək keyfiyyətdə yaddaşa verməlisiniz. Bunun üçün isə CapCut Pro versiyasından istifadə etmək tövsiyə olunur. İlk baxışda CapCut Pro baha görünə bilər, amma əldə edəcəyiniz nəticələri nəzərə alsaq, bu qiymət əslində olduqca münasibdir. CapCut Pro-nu endirimlə əldə etmək üçün bura klikləyin. SocialSkillHub üçün nəzərdə tutulmuş xüsusi endirim kampaniyasından yararlana bilərsiniz.
Komputerlərdə istifadə edəcəyiniz montaj proqramları
Əgər telefonla montaj işləri etmək sizə çətin gəlirsə, maus və klaviatura ilə işləməyi seçirsinizsə aşağıdakı proqramlar sizin işinizə daha çox yarayacaqdır. Aşağıdakı proqramlardan Camtasia Studio 9 və CapCut proqramlarını uzun zamandır ki işlədirəm və deyə bilərəm ki, bu iki proqramla peşəkar montajçılar kimi peşəkar və keyfiyyətli işlər ortaya çıxartmaq mümkündür. Youtube-a yeni başlayanların işini daha da asanlaşdırmaq üçün həvəskarca montaj edib peşəkar nəticəsi ala biləcəkləri 6 montaj proqramının siyahısını verirəm.
Yuxarıda qeyd olunan 6 proqramdan hansının sizin kompüterinizin texniki göstəricilərinə uyğun olduğunu əvvəlcədən araşdırın və yalnız bundan sonra proqramı kompüterinizə yükləyib quraşdırın. Əks halda, proqramı quraşdırdıqdan sonra kompüterinizdə donmalar, yavaşlama və performans problemləri yarana bilər.
Montaj proqramlarını necə öyrənə bilərəm.
Əgər siz heç vaxt video montaj etməmisinizsə ilk montajınız sizin üçün çox çətin olacaq. Ancaq yeni başlayan hər Youtuber kimi siz də bu işin öhdəsindən gələ bilərsiz. Əsas olan istəkli olmağınız və daim öyrənmə həvəsinizin olmasıdır. Bu dərsin məqsədi hansı video montaj proqramlarını istifadə edə biləcəyinizi izah etmək idi. Video montajın necə edildiyini isə bu işin peşəkarlarından öyrənməyinizi tövsiyə edirəm. İstənilən montaj proqramı haqqında Youtube-da kifayət qədər dərs videoları var. Bu videoları izləyərək öyrənə bilərsiniz.


