Youtube videoları üçün açar söz araşdırması. Vidİq ilə açar söz araştırması

Müəllif
13 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 15

Youtube videolarının axtarışlarda ön sıralara çıxa bilməsi üçün və daha geniş izləyici kütləsinə xitab edilə bilməsi üçün SEO işlərinin edilməsi vacibdir. Youtube – da SEO işləri üçün istifadə edə biləcəyimiz bir çox SEO aləti var. Bu SEO alətlərindən ən çox istifadə ediləni Vidİq SEO alətidir. Vidİq SEO aləti haqqında Vidİq SEO aləti nədir? Vidİq nə üçün istifadə olunur? adlı dərsimizdə qısa açıqlama vermişdim. Bu dərsdə isə Vidİq SEO aləti ilə necə açar söz araşdırması edə bilərik ? onu öyrənəcəyik.

Niyə açar söz araşdırması etməliyəm? Açar söz araşdırmasının faydaları nələrdir?

İnsanlar bir məlumatı axtararkən, həmin məlumatı təsvir edən sözlərdən istifadə edirlər. Bu sözlər açar sözlərdir. Youtube videolarının axtarışlarda üst sıralarda çıxa bilməsi və videonun tövsiyə olunan videolar arasında çıxa bilməsi üçün düzgün açar sözlərdən istifadə edilməlidir. Açar sözlər videonun izlənmə sayına, Youtube kanalının performansının artmasına və abunəçi sayının artmasına təsir edən əsas amillərdən biridir. Buna görə də açar söz araşdırması etməliyik.

Youtube videoları üçün Açar söz araşdırması necə edilir?

Buraya qədər oxudunuzsa, açar sözlərin nə qədər vacib olduğunu öyrəndiniz deməkdir. İndi isə açar sözləri necə araşdıra bilərik? Açar sözləri harda və necə istifadə etməliyik onu öyrənəcəyik. Fərz edək ki Youtube kanalınız bir səyyahət kanalıdır. Bu gün siz Türkiyyə səyyahətinizdən video paylaşacaqsınız. Gəlin birlikdə bu video üçün açar söz araşdırması edək və həmin açar sözləri videoda istifadə edək.

Youtube Açar söz araşdırması birinci addım

Öncə Youtube – da “səyyahət vlogu” yazaraq axtarırıq. Ekranın sağ tərəfində Vidİq panelini görəcəksiniz. Bu paneldə həmin açar sözlə bağlı məlumatlar verilmişdir. Sayğac şəkilli grafik həmin açar söz ilə SEO işində təxmini əldə edə biləcəyiniz SEO dəyərini göstərir. Bizim açar sözümüz 100 üzərindən 61 xal ilə dəyərləndirilib. Ancaq biz bundan daha yüksək dəyərə çata bilərik.

SEO dəyərləndirməsinin altında isə həmin açar sözün axtarılma həcmi və rəqabət həcmi görünür. Axtarılma və rəqabət həcmləri tamam ayrı fikirləri ifadə edir.

Həcm

Həcmi yüksək olan açar sözlər tez tez axtarılan və istifadəçilərin maraq göstərdiyi açar sözlərdir. Bir açar sözün həcmi nə qədər çox olarsa axtarışlarda çıxmaehtimalı, tövsiyə olunan videolar sırasında çıxma ehtimalı da yüksək olar. Axtarış həcmini ölçərək yeni videolarınızın mövzusunu da araşdıra bilərsiniz. Əgər video mövzusu seçərkən bir neçə mövzu arasında seçim etməli olsanız, açar söz araşdırması edərək həcmi yüksək olan açar sözün mövzusunu ələ ala bilərsiniz.

Rəqabət

Rəqabət göstəricisi bir açar sözün rəqabətini göstərir. Yəni sizdən əvvəl bu açar sözlə nə qədər video paylaşıldığını göstərir. Rəqabəti az həcmi yüksək olan açar sözlər sizə daha çox fayda verə bilər. Ancaq bir açar sözün rəqabəti yüksəkdir deyib əla ola biləcək video fikrinizdən də yayınmayın. Bu göstəricilər sadəcə videonuzla bağlı ehtimalları sizə verir. 

Bir az aşağıda isə axtardığınız açar sözlə bağlı digər məlumatlar yer almışdır. Həmin məlumatlar açar sözün istifadəsi haqqında detallı məlumatı verir

Gəlin bu paneldə olan məlumatları başa düşək

En yüksek Görüntülenme: 

Bu açar sözün istifadə edildiyi bir videonun ən yüksək görüntülənməsini əks etdirir. Yəni bir videoda axtardığınız açar söz istifadə edilib və həmin video maksimum göstərilən sayda izlənib.

Ort. Görüntülenme:  

Bu açar sözün istifadə edildiyi bir videonun ortalama görüntülənməsini əks etdirir.

Ort. Abone :

Bu açar sözün videoya gətirə biləcəyi abunə sayı ehtimalını göstərir. Ancaq çox vaxt bu şkala düzgün işləmir. Ona görə də buranı diqqətə almasaz da olar.

Son 7 Günde Eklendi: 

Son 7 gündə bu açar sözlə neçə ədəd video yükləndiyini göstərir.

Altyazı:

Bu açar sözün yer aldığı videolarda neçəsində altyazı olduğunu göstərir.

Ort. Yaş: 

Bu göstərici çox vaxt səhv düşünülür. Buradakı yaş, izləyicinin yaşını deyil, açar sözün popularlıq yaşını göstərir. Yəni həmin açar söz neçə ildir ki popularlaşıb onu göstərir.

Başlıktaki Sayı:

Bu göstərici, neçə videonun başlığında bu açar sözdən istifadə edildiyini göstərir.

Açıklamadaki Sayı:

Bu göstərici, açar sözün video açıqlamalarında neçə dəfə istifadə edildiyini göstərir.

Baş İçerik Oluşturucu:

Bu göstərici isə həmin açar sözün ən çox istifadə edildiyi və yüksək abunəyə sahib olan kanalı göstərir. Bu göstəricidən istifadə edərək rəqib araşdırması da edə bilərsiniz.

Bu göstəricilərin altında, axtardığınız açar sözün istifadə edildiyi digər Youtube kanallarını görə bilərsiniz. Həmin kanalları da rəqib araştırmasında istifadə edə bilərsiniz.

Tövsiyə olunan kanalların altında isə, araşdırmasını etdiyiniz açar sözlə əlaqəli digər açar sözləri də görə bilərsiniz. Bu hissədə olan açar sözlər videonun başlıq, açıqlama və etiketlərində istifadə edəcəyik. Buradakı bir açar söz işimizə yarayacaq. Həmin açar sözləri kopyalayıb saxlayırıq.

Vidİq SEO alətinin pulsuz versiyyası olduğu üçün üç açar söz görürsünüz. Daha çox açar söz əldə edə bilmək üçün pullu versiyyasını əldə etməlisiniz. Ancaq pulsuz versiyya ilə də yaxşı nəticələr əldə etmək olar. Youtube –  yeni başlayanların məhdud büdcə ilə işə başladığını nəzərə alaraq bu kursdakı dərsləri Vidİq SEO alətinin pulsuz versiyyası üzərindən izah edəcəm. Pullu versiyyasını əldə etmək istəyənlər buraya klikləyərək əldə edə bilərlər.

Youtube Açar söz araşdırması ikinci addım

Videolarınızın montajı tamamladıqdan sonra videoları “video1.mp4” kimi təsadüfi adlarla yaddaşa vermək düzgün yanaşma deyil. Videonu YouTube-a yükləməzdən əvvəl mütləq onun adını dəyişin və məzmununa uyğun açar sözlərdən istifadə edin. Bu, platformanın alqoritminə videonuzun mövzusunu daha dəqiq anlamağa kömək edir və videonuzun düzgün auditoriyaya göstərilmə ehtimalını artırır. Aşağıdakı şəkildə səhv və doğru video adlandırmalarının nümunələrini görə bilərsiniz.

İkinci addımda açar sözlərimizi Youtube Studioda, videonun etiketlər bölməsindən əldə edəcəyik. Bunun üçün video tənzimləmələrindəki etiketlər hissəsinə getmək lazımdır. Etiketlər hissəsinə, əldə etdiyimiz açar sözü yazırıq.

Videonu YouTube-da paylaşmazdan əvvəl, səyahət mövzulu başlıq yazdığımız üçün vidIQ aləti videomuzun mövzusunu avtomatik analiz edir və istifadə edə biləcəyimiz uyğun açar sözləri bizə təklif edir. Lazım olan açar sözün qarşısındakı “+” işarəsinə bir dəfə klik etməklə həmin açar sözü etiketlər siyahısına asanlıqla əlavə edə bilərik.

Açar sözü etiketlərə əlavə etdikdən sonra qarşısındakı vidIQ düyməsinə bir dəfə klik edərək həmin açar sözə yaxın, əlaqəli digər açar sözləri də görə bilərik.

Açılan səhifədə axtarış həcmi yüksək olan açar sözlərin önündəki + işarəsinə klik edərək həmin açar sözləri də əlavə edı bilərik.

Açar sözləri təkcə paylaşacağınız videonun etiketlər hissəsindən deyil, rəqib kanalların videolarındakı etiketlərdən də əldə edə bilərik. Bunun üçün rəqib kanalların videolarından sizə uyğun olanına baxmaq lazımdır. Videonun sağ tərəfindəki Vidİq panelində həmin videonun etiketlərdə hansı açar sözlərdən istifadə etdiyini görə bilərsiniz.

Açar sözlərin olduğu bölmədə yuxarı hissədə yerləşən ox işarəsinə bir dəfə klik etməklə açar sözləri CSV faylı kimi yükləmək mümkündür. Lakin bu funksiya yalnız vidIQ Premium versiyasında aktivdir. Premium versiyadan istifadə etmirsinizsə, bu imkandan yararlana bilməyəcəksiniz. vidIQ Premium versiyanı almaq üçün buraya klik edin. Premium versiya daha çox bu cür vaxt qazandıran qısa yollar təqdim edir. Əgər pulsuz versiyadan istifadə edirsinizsə, ox işarəsinin yanındakı kopyala ikonuna bir dəfə klik edərək bütün açar sözləri toplu şəkildə kopyalaya bilərsiniz.

Açar sözləri kopyaladıqdan sonra YouTube videonuzun etiketlər hissəsinə yapışdıra bilərsiniz. Daha sonra sizə uyğun olmayan açar sözlərin qarşısındakı X işarəsinə klik edərək həmin açar sözləri etiketlər siyahısından silə bilərsiniz.

Açar sözləri seçərkən qrammatik düzgünlüyə mütləq şəkildə bağlı qalmaq vacib deyil. Məsələn, “səyahət” əvəzinə “seyahet” kimi səhv yazılış formaları ilə də axtarış etmək mümkündür və bu üsul bəzən daha çox və fərqli açar söz variantları tapmağa kömək edir. Ümumilikdə YouTube üçün 500 simvola qədər etiket əlavə etmək olar. Buna görə də etiketlərə açar sözləri daxil edərkən həm qrammatik cəhətdən düzgün formaları, həm də istifadəçilərin axtarış zamanı yaza biləcəyi mümkün səhv yazılış variantlarını əlavə etmək tövsiyə olunur.

Məsələn:”seyahet, səyahət, seyyahet, səyyahət ” Videonuza etiket əlavə edərkən bu yazılışa diqqət etsəniz videolarınızın axtarış nəticələrində ön sıralarda çıxma ehtimalını artıracaqsınız.

Açar sözlər təkcə etiketlərdən ibarət deyil, eyni zamanda hashtag-lər də açar söz funksiyasını yerinə yetirir. Hashtag — sosial mediada müəyyən mövzunu bildirmək üçün “#” işarəsi ilə yazılan açar söz və ya açar söz qrupudur. YouTube videolarında hashtag-lardan düzgün istifadə etmək videonun performansının artmasına müsbət təsir göstərə bilər.

Hashtag-ları video başlığında yazmaq əvəzinə, videonun açıqlama (description) hissəsində cümlə içərisində istifadə etmək daha məqsədəuyğundur. Hashtag-ları da məhz açıqlama hissəsində əlavə edəcəyik. Hashtag yazarkən ə, ı, ü, ğ, ş kimi xüsusi Azərbaycan hərflərindən istifadə etmək və sözlər arasında boşluq buraxmaq olmaz. Hashtag-larda sözlər ya bitişik yazılır, ya da iki sözün arasında alt xətt “_” işarəsi istifadə olunur.

Səhv yazılış:        #Səyyahət videoları , #seyahət vlogları

Düzgün yazılış:   #seyahet #seyahetvideoları #seyahet_vloglrarı

Rəqib hesab etdiyiniz kanalların istifadə etdiyi açar sözləri həmin kanallardakı videoların açıqlama (description) hissəsindən də tapmaq mümkündür. Lakin hələlik biz hashtag-ları öz YouTube videomuzun açıqlama bölməsindən araşdıracağıq. Bunun üçün video açıqlama hissəsində axtarmaq istədiyiniz açar sözü qarşısına # işarəsi qoyaraq video ilə bağlı hər hansısa bir söz yazmağınız kifayətdir.

Açar sözü yazdıqdan sonra həmin sözə uyğun hansı hashtag-ların mövcud olduğunu, bu hashtag-ların neçə kanalda və neçə videoda istifadə edildiyini görmək mümkündür. Buradan sizin üçün uyğun və istifadə həcmi yüksək olan hashtag-ları seçə bilərsiniz. Ancaq videonuzla uyğun olmayan, sadəcə çox istifadə olunduğu üçün seçilən hashtag-lar sizə real fayda verməyəcək. Buna görə də mütləq videonuzun mövzusu ilə birbaşa əlaqəli olan hashtag-lardan istifadə edin.

Youtube videolarında açar sözlərin və hastagların istifadə qaydası.

Dərsin bu hissəsinə qədər yalnız araşdırma apardıq. İndi isə əldə etdiyimiz məlumatlardan istifadə edəcəyik. Başlıq və açıqlamada üç-dörd, maksimum beş açar sözdən istifadə etməyi tövsiyə edirəm. Daha çox açar söz əlavə etmək spam kimi görünə bilər. Açar sözləri sadəcə siyahı kimi deyil, cümlənin içində təbii şəkildə istifadə etmək daha təsirli olur. Məsələn, paylaşmaq istədiyimiz video “Türkiyə səyyahəti” ilə bağlı bir vlogdursa, əsas açar sözlərimiz “Türkiyə”, “səyyahət” və “vlog” olacaq. Bu açar sözləri istifadə edərək başlığı belə qura bilərik:

“Türkiyə səyahətimdə başıma belə bir hadisə gəldi – Türkiyə səyyahət vlogum Part 1”

Başlıq yalnız açar sözlərdən ibarət olmamalıdır; həm də izləyicidə maraq oyatmalıdır. Daha sonra videonun açıqlama hissəsini yazmalıyıq. Açıqlamada videomuzla bağlı qısa bir mətn olmalıdır və bu mətn içərisində açar sözləri həm adi söz kimi, həm də hashtag (#) şəklində istifadə etmək lazımdır.

Məsələn:
Bu videoda Türkiyədə başıma gələnləri izləyəcəksiniz. Qeyd edim ki #türkiyyə #səyyahət vlogum davam edir. Növbəti videolarımdan xəbərdar olmaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.

Açıqlama hissəsində yalnız bu cür qısa mətn kifayət deyil. Buraya həm sosial şəbəkə linklərinizi, həm də digər YouTube videolarınızın linklərini əlavə edə bilərsiniz. Beləliklə, izləyiciləri həm sosial şəbəkə hesablarınıza yönləndirə, həm də digər videolarınızı izləməyə təşviq edə bilərsiniz. Bu cür yazılmış açıqlama mətnləri Youtube videolarınızın və bilavasitə Youtube kanalınızın SEO performansını artıracaq. Bu da Youtube dünyasında popular olmağınıza yol açacaqdır. 

Ekstra məlumat

Açar sözləri təkcə Vidİq ilə deyil başqa SEO alətləri ilə də araşdıra bilərsiniz. Açar söz araşdırması edə biləcəyiniz digər saytları aşağıda sıalayıram.

Beləliklə, bu dərsdə YouTube videolarınız üçün açar söz araşdırmasının əhəmiyyətini və Vidİq SEO aləti vasitəsilə açar sözləri necə tapıb istifadə edə biləcəyinizi öyrəndiniz. Bu bilikləri tətbiq edərək videolarınızın axtarışlarda daha görünən olmasını və izləyici sayınızın artmasını təmin edə bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş