Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 13
Vidİq, Youtube kanal sahibləri üçün dizayn olunmuş SEO və analiz alətidir. Vidİq SEO aləti ilə Youtube videolarınızı axtarış motorları üçün optimallaşdıra bilər, rəqiblərinizi analiz edə bilərsiniz. Bundan başqa bu alətlə aşağıdakı işləri edə bilərsiniz.
- Açar söz araşdırması,
- Rəqib araşdırması,
- Vidİq SEO dəyərləndirməsi
Bu üç özəllik sayəsində həm Youtube videolarınızı həm də Youtube kanalınızı optimallaşdıraraq video və kanal performansınızı yüksəldə bilərsiniz. Telefonlarda və komputerlərdə istifadə edilə bilir. İstifadəçi dostu interfeysə sahibdi və quraşdırılması çox rahatdır. Aşağıdakı videoda Vidİq SEO alətini veb brauzerinizə necə quraşdıracağınızı öyrənə bilərsiniz.
Diqqət: Youtube videosu 4 dildə istifadə olunur. Əgər video sizə uyğun dildə açılmayıbsa, videonun tənzimləmələr hissəsində Audiotrek seçənəyinə klik edərək video dilini dəyişdirə bilərsiniz.
VidIQ-un əsas xüsusiyyətləri
Yuxarıda VidIQ-un 3 əsas xüsusiyyətini qeyd etdim. Qeyd etmək istəyirəm ki, məhz bu xüsusiyyətlər bir YouTube kanalının inkişafı üçün ən vacib əsaslardır. Lakin VidIQ yalnız bu imkanlarla məhdudlaşmır və istifadəçilərinə bundan daha geniş funksionallıq təqdim edir. Növbəti dərslərimizdə VidIQ-dan daha effektiv və peşəkar şəkildə necə istifadə edə biləcəyinizi addım-addım öyrənəcəksiniz. İndi isə gəlin, dərsin əvvəlində qeyd etdiyim həmin 3 əsas xüsusiyyətə ayrı-ayrılıqda nəzər salaq və onların kanala necə töhfə verdiyini daha detallı şəkildə izah edək.
Açar söz araşdırması
Vidİq SEO aləti ilə açar söz araşdırması edərək axtarışlarda ön sıralarda çıxma şansını əldə edə bilərsiniz. Youtube videolarınıza başlıq, açıqlama və etiketlər yazarkən mütləq açar söz araşdırması edilməlidir. Vidİq bu işdə sizə yardımçı olacaq. Youtube videoları üçün açar söz araşdırması adlı dərsimizdə Vidİq SEO aləti ilə açar sözlərin necə araşdırıldığını və açar söz araşdırarkən nələrə diqqət etməli olduğunuzu öyrənəcəksiniz.
Rəqib araşdırması
Youtube kanalınızı böyütmək üçün sizinlə eyni konseptə sahib olan digər youtube kanallarını, yəni rəqiblərinizi araşdırmalısınız. Rəqib araşdırması edərək sizə rəqib olan kanalların istifadə etdiyi
- Etiketləri,
- Hastagları
- Dəyişdirdiyi örtük şəkillərini
- Video SEO performansını
- Ən güclü açar sözlərini
öyrənə bilərsiniz. Əldə etdiyiniz məlumatlar əsasında youtube videolarınızı və bilavasitə kanalınızı təkmilləşdirə bilərsiniz. Rəqib analizi Youtube kanalınızı böyütmə yolçuluğunda sizin üçün bir mayak rolu oynayacaq. Rəqib araşdırması geniş bir mövzu olduğu üçün Vidİq ilə Youtube rəqib araştırması etmək adlı dərsi xüsusi diqqətlə oxumağınızı tövsiyə edirəm.
Vidİq SEO dəyərləndirməsi
Youtube kanalınızda bir video paylaşdınız və həmin video üçün SEO işləri etdiyinizi düşünün. Etdiyiniz SEO işlərinin hansı səviyyədə olduğunu bilmək istərdinizmi? Vidİq SEO aləti sizə, Youtube SEO işində yardımçı olduğu kimi SEO dəyərləndirmənizi də edəcək. Alət həm videonuzun SEO dəyərləndirməsini həm də videonu performans dəyərləndirməsini edəcək. Həmin dəyərləndirmə xalları videonuzdakı SEO – nun güclü və zəif yanlarını görməyinizi təmin edəcək. Bu dərs Vidİq SEO aləti haqqında ümumi məlumat verdiyi üçün SEO dəyərləndirməsi və performans dəyərləndirməsi haqqında olan məlumatları növbəti dərslərdən əldə edə biləcəksiniz.
Əgər Youtube videolarınızın izlənmələrini artırmaq və performansını yüksəltmək istəyirsinizsə Vidİq SEO alətini mütləq şəkildə istifadə etməlisiniz. Növbəti dərsə keçid edərək Vidİq SEO haqqında daha detallı məlumatları əldə edə bilərsiniz.


