Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 3
Youtube kanalının yaradılması ilə bağlı Youtube-da yüzlərlə video tapa bilərsiniz. Əgər sıfırdan youtube kanalı açmaqla bağlı heç bir bilginiz yoxdursa aşağıdakı videonu izləyərək kanalınızı aça bilərsiniz. Bu yazımda kanal açmaqla bağlı addım addım izah verməyəcəm. Ancaq onun əvəzinə kanal açarkən nələrə diqqət etməlisiniz onları nəzərinizə çatdıracam.
YouTube kanalı açmaq üçün əvvəlcə bir Google hesabınız (Gmail) olmalıdır. Əgər hələ Gmail hesabınız yoxdursa və ya yeni bir hesab açmaq istəyirsinizsə, bu videoda Google hesabının necə yaradılacağını addım-addım öyrənə bilərsiniz. Google hesabınızı yaratdıqdan sonra növbəti videoda YouTube kanalınızı necə açacağınızı öyrənəcəksiniz.
Tövsiyə edirik ki, “YouTube kanalı necə açılır” videosunu izləmədən əvvəl, bu dərsi sonuna qədər diqqətlə oxuyun. Dərsdə diqqət etməli olduğunuz məqamları öyrənin, sonra videonu izləyərək YouTube kanalınızı rahatlıqla yaradın.
Kanal açarkən aşağıdakı seqmentləri nəzərə almağınız sizə faydalı olacaq
- Youtube kanal adı
- Sizi tanımlayacaq bir işarə ( Logo )
- Kanal örtük şəkli
- Kanal açıqlaması
- Youtube kanal etiketləriniz.
- İzləyici yaş məhdudiyyəti.
Youtube kanal adı
Youtube kanalı açarkən, kanalınızın adını yadda qalan olmasına diqqət etməlisiniz. Çox uzun və başa düşülməyən adlardan uzaq durun. Kanal adı ya sizin öz ad və soy adınız olmalı ya da çəkəcəyiniz videolarla bilavasitə əlaqəli olmalıdır. Seçdiyiniz kanal kateqoriyyasında olan digər kanal adlarına baxaraq ilham ala bilərsiniz. Bundan başqa ChatGpt və Google Bard kimi süni intelektlərdən də istifadə edərək kanal adınızı yaratmaqda ilham ala bilərsiniz. Bu gün təyin edəcəyiniz bir ad sabah sizin brendiniz ola bilər. Ona görə də ad seçərkən maksimum diqqətli olmalısınız.
Sizi tanımlayacaq bir işarə ( Logo )
Logonuz sizin kanalın gerbi, bir rəmzi olacaq. Əgər logo hazırlamaqla bağlı bacarığınız yoxdursa, Facebookda olan dizayner qruplarında peşəkar dizaynerlərə logo sifarişi edə bilərsiniz. Logonuz yadda qalan, cəlbedici və kanalınızın adına və konseptinə uyğun olmalıdır. Tez tez logo dəyişdirmək sizi yadda qalan etmək əvəzinə insanların sizi tanımamasına yol aça bilər. Onun üçün də bir logo seçərək daimi işlətməyiniz tövsiyyə olunur. İnternet üzərində logo axtararaq ilk tapdığınız logonu Youtube kanalınızda istifadə etməyin. Bu həm etik deyil həm də müəllif hüquqlarının pozulmasına görə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Unutmayın ki real həyatdan fərqli olaraq virtual dünyada hüquqlar tam qorunur.
Kanal örtük şəkli
Kanal örtük şəklinizi istədiyiniz vaxt dəyişə bilərsiniz. Logodan fərqli olaraq örtük şəkli kanal dizaynının bir parçasıdır. Gələcəkdə örtük şəkli hissəsində reklam da yerləşdirə bilərsiniz. Bundan başqa örtük şəkli vasitəsi ilə gələcək planlarınızla bağlı xəbərdar edici bir banner reklamı, ya da xüsusi kompaniyyalar üçün banner reklamı kimi də istifadə edə bilərsiniz. Ancaq çalışın Örtük şəkli hissəsi boş qalmasın.
Kanal açıqlaması
Kanalınız haqqında məlumat verə biləcəyiniz bölmə, kanal açıqlaması bölməsi sayılır. Burada kanalınız haqqında məlumat verə bilər və ya gələcəkdə sizinlə iş birliyi etmək istəyən insanlara əlaqə vasitələrinizi qeyd edə bilərsiniz. Ancaq kanal açıqlaması sadəcə söz yığınından ibarət olan bir mətn olmamalıdır. Bu mətni yazarkən Youtube SEO qaydalarına uyğun yazmaq lazımdır. Yeni açılmış youtube kanallarının axtarış nəticələrində çıxma ehtimialı çox aşağıdır. Doğru yazılmış açıqlama mətni axtarış nəticələrində kanalınızın çıxmasına şans yaradacaq.
Qeyd: Popular kanalların açıqlama hissəsinda çox az yazılmış bir mətn və ya heç bir mətnin olmadığını görə bilərsiniz. Bu sizi təəccübləndirməsin. O kanallar popular olduqları üçün onların SEO uyumlu açıqlama mətninə ehtiyyacı yoxdur. Siz də popular bir Youtube kanalı olduqdan sonra uzun uzadı açıqlama mətnini silib qısa mətnlər əlavə edə bilərsiniz.
Əgər sizin kanal global bir kanal olacaqsa, kanal adını və kanal haqqında yazacağınız mətni fərqli dillərdə qeyd edə bilərsiniz. Aşağıdakı videoda bunu necə edəcəyinizi izləyə bilərsiniz.
Youtube kanal etiketləriniz.
Kanal etiketləri ( Tags ) Kanalın axtarışlarda ön sıralara çıxmasını təmin edən faktorlardan biri və birincisidir deyə bilərəm. Burada siz həm kanalınızın adı ilə bağlı həm də kontentinizə uyğun olan etiketlərdən istifadə etməlisiniz. Əgər kanalınızın adında ə, ö, ü, ı, ş hərfləri varsa kanal adının etiketində həm bu hərflərdən həm də bunları əvəz edən digər hərflərdən ( e, o, u, i, s ) istifadə etməlisiniz.
Örnək: Şərti olaraq kanal adımız “Şərq mədəniyyəti” olsun. Bu kanal üçün aşağıdakı etiketləri yaza bilərik.
Şərq, sərq, serq, mədəniyyət, medeniyyet, şərq mədəniyyəti, sərq mədəniyyəti, serq medeniyyeti,
İzləyici yaş məhdudiyyəti.
Əgər kanalınız uşaqlara özəl kanaldırsa burada yaş məhdudiyyəti təyin etməyiniz və kanalın ümumilikdə uşaqlara özəl olduğunu qeyd etməyiniz lazımdır. Bunun necə edildiyini bilmirsinizsə aşağıdakı addımları izləyərək kanalınızı uşaqlara özəl edə bilərsiniz.
- Addım 1: Youtube Studioya gedin
- Addım 2: Sol tərəfdəki menyudan ayarlara klikləyin

- Addım 3: Kanal bölməsinə klik edin
- Addım 4: Gelişmiş ayarlara klik edin
- Addım 5: Evet, bu kanalı çocuklara özel olarak ayarla. Yüklediğim videoların çoğu çocuklara özel. Seçənəyini seçib Kaydet düyməsinə klik edin.

Əgər uşaqlara özəl videolar çəkmirsinizsə ancaq videolarınız 16 yaş üstü ya da 18 yaş üstü videolardırsa bunu da geyd etməlisiniz. Siz geyd etməsəniz belə Youtube alqoritmi gələcəkdə videonuza yaş məhdudiyyəti təyin edə bilər. Bəzi hallarda yaş məhdudiyyəti olmayan, ancaq təhlükəli videolar çəkən kanallara, youtube həm məhdudiyyət təyin edir həm də kiçik cəzalar tədbiq edir. Gələcəkdə kanalınızda bu kimi hallarla qarşılaşmamaq üçün bu hallara diqqət etməyinizi tövsiyə edirəm.
Atalar sözündə deyildiyi kimi “ Dama Dama göl olar. “ Youtube kanalı açarkən hər xırda detala fikir verin. Edəcəyiniz ən kiçik dəyişiklik və ən kiçik əlavə o, gölü yaradan kiçik bir damcı ola bilər.


