Youtube shorts video izlənmələrini artırmaq

Müəllif
8 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 11

Youtube kanalı işlədənlərin ən çox narahat olduğu şey videolarının ya az izlənməsi ya da heç izlənməməsidir. Youtube Shorts videolarının izlənmələrini artırmaqğın yolları çoxdur. Əsas olan Youtube Shorts algoritmini bilməkdir. Bundan öncəki Youtube Shorts videolarının alqoritmi neçə işləyir? dərsimizdə ətraflı məlumat vermişdim. Bu dərsdə isə Youtube Shorts videolarını alqoritmə deyil izləyicilərə uyğunlaşdırmağı, yəni izləyicilərin diqqətini çəkməyin yollarını izah edəcəm.

Artıq izləyicilər uzun uzadı videoları deyil qısa vidoları daha çox izləyir. İzləyicilər bir dəqiqə ərzində ortalama 3 – 5 video izləyir. Hər videoda ayrı bir hiss ayrı duyğunu yaşayır. Bir izləyici  izlədiyi qısa videolarla bir dəqiqə ərzində qorxu, həyəcan, sevinc, gülüş, kədər hisslərini yaşayır. Bütün bunları nəzərə alsaq izləyicinin bir videodan digərinə keçdikdə hansı hissi yaşayacağına siz, yəni məzmun yaradıcıları qərar verirsiz.

Hazırladığınız video izləyicidə bir hiss yaratmalı və həmin izləyicini videoda saxlamağı bacarmalıdır. İzləyicilərdə həmin hissi yaratmağın və videoya marağının artmasını təmin etmək üçün aşağıdakılara diqqət etməlisiniz.

  • Videonun ilk 3 saniəsi
  • İlk çümlə və ilk jest
  • Videodakı örtük şəkli
  • Videonun görüntü və səs keyfiyyəti
  • Video başlığı
  • İstifadə edilən musiqi

Bu saydığım detallara diqqət etsəniz Youtube shorts videolarınızın izlənmələrini artıra bilərsiniz. Gəlin bu detalları incələyək və baxaq ki nə üçün biz bu detallara diqqət etməliyik.

Videonun ilk 3 saniəsi, ilk çümlə və ilk jest

Uzun videolardan fərqli olaraq Youtube Shorts videolarında ilk 3 saniədə deyəcəyiniz bir söz, bir cümlə izləyicinin diqqətini çəkməlidir. Həmin 3 saniədə Salam vermək, video haqqında məlumat vermək və buna bənzər vaxt itirəcək şeylər etməyiniz izləyicini bezdirər və videodan çıxmasına səbəb olar. Fərz edək ki, səyyahət videosu paylaşan bir kanalsınız və gündəlik Youtube Shorts videoları paylaşırsınız. Hindistanda başınıza gələn bir hadisə ilə bağlı video çəkirsiniz. Bu zaman videonuzun mətni aşağıdakı kimi olmalıdır.

Salam, dostlar. Mən indi Hindistandayam. Bu gün başıma qəribə bir hadisə gəlib. Hindisda küçədə gəzərkən bir meymun boyumbağımı oğrulayıb qaçdı.

İlk 3 saniədə bu danışıq mətninin yerinə aşağıdakı mətni deməyiniz izləyicidə maraq oyada bilər.

Hindistanda meymun boyunbağımı oğurladı. ( daha sonra başınıza gələn hadisəni danışırsız. )

Əgər videolarınızda danışıqdan istifadə edirsinizsə mütləq şəkildə bu tip diqqət çəkici cümlələrlə videolarınızın ilk 3 saniəsini dəyərləndirin. Youtube Shorts video izlənmələrinizdə artışları bu yolla təmin edə bilərsiniz.

İlk çümlədən başqa ilk şestiniz, ilk davranışınız da qarşı tərəfin diqqətini çəkməlidir. Nümunə üçün aşağıdakı videoya diqqət edin.

Video, balaca bir qızın dişini çıxartmaq üçün istifadə etdiyi bir üsulu təsvir edir. Ancaq videonun ilk 3 saniəsində qızın ikinci mərtəbədən yelləncəyə bənzər iplə aşağı endiyini və daha sonra tərpənən dişini göstərdiyini görürük. Bir izləyici olaraq başa düşürük ki qızın dişi tərpənir və o dişi çıxartmaq üçün qeyri adi bir üsuldan istifadə edəcək. Bu da maraqlı bir addım olduğu üçün videonu izləməyə qərar veririk. Videodakı ilk davranış cəlbedici olduğu üçün video izləyicilərdə maraq oyadıb və milyonlarla baxış toplayıb. Eynən bu kimi ilk davranışlarınızın nə olacağını düşünsəniz və montaj vaxtı həmin anı videoya düzgün yerləşdirsəniz sizin də videolarınz milyonlarla izlənmə alacaq.

Videodakı örtük şəkli

Bu dərslik 2026 ci ildə yazılmışdır. Hal hazırki Youtube qaydalarına görə Youtube Shorts videolarında ayrıca örtük şəkli əlavə etmək mümkün deyil. Ancaq gələcəkdə Youtube qaydalarında dəyişiklik edərsə Örtük şəkilləri də əlavə etmək olacaq. Hazırda mövcud qaydalara görə Youtube Shorts videolarında örtük şəklini video daxilindəki bir görüntüdən seçmək mümkündür. Ona görə də videoları çəkərkən və ya montaj prosesi zamanı örtük şəkli kimi istifadə edə biləcəyiniz bir fraqment əlavə etməlisiz. Bir çox Youtube Shorts kanalları videolarını montaj edərkən videonun önünə, ya da sonuna 0.01 saniə olacaq müddətdə şəkildən istifadə edir. Videonu paylaşarkən həmin şəklin olduğu hissəni seçərək videonun örtük şəklini təyin edir. Ya da videonu çəkərkən maraq oyada biləcək hansısa bir davranış, bir görüntü yaradıb həmin görüntünü videonun örtük şəkli kimi istifadə edir. Aşağıdakı video örtük şəkilləri buna örnək ola bilər.

Videonun görüntü və səs keyfiyyəti

Keyfiyyətli çəkilişə sahib videoların Youtube Shortsda popular olma ehtimalı daha yüksəkdir. Keyfiyyətli çəkilişə sahib videolar həm izləyicilər tərəfindən bəyənilir həm də algoritim tərəfindən tövsiyə olunur. Ona görə də video keyfiyyəti çox böyük rol oynayır. Görüntü keyfiyyəti ilə yanaşı səs keyfiyyəti də yüksək olmalıdır. Aşağı səfiyyəli səs frekansları izləyicidə narahatlıq hissi oyadar və nəticədə izləyici videodan çıxar. Bu cür halların baş verməməsi üçün videolardakı səs keyfiyyətinə də diqqət etməyinizi tövsiyə edirəm. Səs təmizləmək üçün müxtəlif süni zəka alətləri var. Hətta Capcut montaj proqramında da səsi təmizləyə və daha keyfiyyətli etmək mümkündür. Bu üsullardan istifadə edərək səs keyfiyyətini artıra bilərsiniz.

Video başlığı

Youtube Shorts kanallarında video başlıqları da xüsusi rol oynayır. Bəzi vaxtlar doğru dürüst başlığa sahib olmayan ancaq milyonlarca izlənməyə çatan videolar görə bilərsiniz. Bunun səbəbi həmin videonun dərsin bu qisminə qədər izah etdiklərimdən düzgün istifadə etməsidir. Yəni ola bilər başlıq doğru yazılmayıb ancaq videonun görüntü və səs keyfiyyəti yüksəkdir, doğru örtük şəklindən istifadə edib, doğru cümlə, jest və ya davranışdan istifadə edib. Başlıq, açıqlama mətni, heşteq və etiketlər bir videonun botlar tərəfindən daha tez başa düşülməsini, həmin videonun nə haqqında olduğunu izah edilməsini təmin etmək üçün vacibdir.

Bundan başqa başlıqlar videoların axtarış nəticələrində çıxması və Youtube ana səhifəsində görünərkən diqqət çəkərək kliklənməsi üçün də vacib rol oynayır. Youtube Shorts videolarında eyni ilə standart Youtube videoları kimi açar söz araşdırması edilərək başlıq, açıqlama mətni, heşteq və etiketlər yazılmalıdır. Ödənişsiz Youtube pul qazanma kursumuzun SEO haqqında olan dərslərində Youtube videoları üçün açar söz araşdırması.adlı dərsi oxuyaraq, açar sözlər araşdıra və bu açar sözlərlə videolarınızı SEO uyğun edə bilərsiniz.

İstifadə edilən musiqi

Musiqilər Youtube Shorts videoları üçün olmazsa olmazlardan biridir. Bir çox məzmun yaradıcısı Youtube videolarında istifadə etdikləri musiqilərə görə müəllif hüquqları cəzası alır. Ancaq Youtube Shorts videolarında bir üstün tərəf var ki musiqiləri birbaşa montaj vaxtı videoya əlavə etmək yerinə videonu paylaşarkən Youtube üzərindən əlavə etmək olur və bu da müəllif hüququ cəasından yan keçməyə böyük üstünlük verir. Youtube Shorts videolarınızda istifadə edəcəyiniz musiqi, videonuzla uyumlu olmalıdır. Sırf musiqi trenddədir deyə bir musiqidən istifadə etmək düzgün addım deyil. Videonuza uyğun olan trend musiqi varsa istifadə etməyin əks halda video ilə uyumlu olan başqa bir musiqi istifadə etməyinizi şiddətlə tövsiyə edirəm.

Bu dərsimizdə, YouTube Shorts videolarınızın izlənmələrini artırmaq üçün diqqət yetirməniz lazım olan əsas detalları müzakirə etdik. YouTube alqoritmini anlamaq, izləyicilərin marağını çəkəcək videolar hazırlamağın təməlidir. İlk 3 saniyəlik girişdən tutmuş başlıq, səs və görüntü keyfiyyəti kimi kiçik ancaq təsirli detallara diqqət göstərərək izlənmələrinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

Gələcək paylaşımlarımızda YouTube Shorts platformasında uğur qazanmanız üçün daha çox faydalı məsləhətləri və strategiyaları paylaşmağa davam edəcəyik. Youtube Shorts və digər texnoloji yeniliklər haqqında yeni məlumatları menyudakı blog və xəbərlər bölməsindən əldə edə bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş