Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 9
Tiktokun yaranmasından sonra bir çox video platforması Tiktoka rəqib ola bilməsi üçün həm video ölçülərində, həm platformanın interfeysində həm də alqoritimlərində dəyişikliklər etmək məcburiyyətində qaldılar. Youtube da bu cür qısa videoların çox izləndiyinin fərqinə vardı və Youtube Shortsu qurdu. Hətta Youtube Pul qazanma funksiyyasında da Youtube Shorts izlənmələri üçün ayrıca bölmə açdı. Bu da Shorts videolarının nə qədər əhəmiyyətli olduğunu başa düşməyimiz üçün vacib bir detaldır. Bir çox insan Shorts alqoritmini anlamaqda çətinlik çəkir. Ancaq əslində Shorts alqoritmi elə də qəliz deyil. Sadə izahla desək, izləyicilərinizi videoda nə qədər çox saxlaya bilsəz bir o qədər videonuz çox izlənər. Youtube Shortsun kanallar üçün bir çox üstünlükləri var. Bunlardan bəziləri aşağıdakılardır.
- Rahat şəkildə abunəçi artırma ,
- Tez bir zamanda pul qazanmağa başlaya bilmə imkanı
- Sadə və tez zamanda video hazırlama imkanı
- Sadə alqoritim üstünlüklıəri
Bəzi blog saytları Youtube shortsun algoritminin qəliz olduğunu vurğulasa da bu belə deyil. Əslində algoritim keyfiyyətsiz videoların önünü kəsmək üçün və keyfiyyətli videoların önünü açmaq üçün işlər görür. Bu işləri də izləyicilərin videoya qarşı olan reaksiyyalarını ölçərək edir. Youtube – nin İzləyici davranışlarını necə ölçdüyünü Youtube algoritmi videolar və kanallar üzərində necə işləyir? adlı dərsimizdə daha detallı izah etmişəm. Əgər həmin dərsi oxumamısınızsa keçid edib oxuya bilərsiniz.
Youtube Shoerts algoritmi hansı faktorlara diqqət edir?
Youtube Shorts algoritmi bir videonun izlənə bilməsi üçün bir çox faktorlara diqqət etsə də əsasən aşağıdakı faktorlara görə videolara qiymət verir.
- İzləyicinin izlənmə keçmişi,
- İzləyicinin videonun neçə faizini izləməsi
- Videonun bəyənmə sayı,
- Videoya yazılan şərh sayı
- Videoya yazılan şərhlərin neqativ ya da pozitiv olması
- Video sayəsində qazanılan abunəçi sayı
- Videonun paylaşılma sayı
Bütün bu faktorlar Youtube Shorts videolarının izlənmə sayına və beləliklə Youtube kanalının inkişafına təsir edir. Gəlin birlikdə bu faktorları incələyək və hansının nə işə yaradığına baxaq.
İzləyicinin izlənmə keçmişi,
İzləyicilərin Youtube – da izlədiyi videolar, onların maraq dairəsini formalaşdırır. Yəni bir Youtube istifadəçisi daimi olaraq oyun videoları izləyirsə Youtube algoritmi ona hər zaman oyun videolarını göstərəcək. Kanalınızda hansı mövzuda videolar paylaşmağınızdan aslı olmayaraq potensial izləyici kütlənizin olduğunu unutmayın. Həmin izləyici kütləsindən daha artığına çata bilməyəcəksiniz. Youtube Shorts algoritmi videonuzun mövzusuna uyğun auditoriyyanı taparaq videonuzu həmin auditoriyyaya göstərəcək. Algoritim videonuzun nə haqqında olduğunu isə video başlığına, açıqlama mətninə, heşteqlərə və etiketlərə yazacağınız açar sözlər vasitəsi ilə öyrənir. Düzgün açar sözlərdən istifadə edərək və bu saydığım bölmələrdən düzgün istifadə edərək videonuzun düzgün izləyici kütləsinə çatmasına nail ola bilərsiniz.
İzləyicinin videonun neçə faizini izləməsi
Youtube shorts videoları maksimum 1 dəqiqəyə qədər ola bilər. ( Bu dərs 2026 cü ildə yazılmışdır. Gələcəkdə Youtube Shorts video müddəti dəyişilə də bilər ancaq məntiq eynidir. ) Fərz edək ki siz 30 saniyəlik bir video paylaşmısız. Youtube analitikasında həmin videonu analiz edərkən videonun ortalama 7, 8 saniyə izləndiyini görürsünüz. 30 saniyəlik videonun ortalama 7, 8 saniə ( %21 %24 ) izlənməsi videonun inkişavına zərər verir. Algoritim videonun istifadəçilərə maraqlı olmadığına qərar verir və digər izləyici kütləsinə göstərmir. Videoların ortalama izlənmələrinin aşağı olmasının bir çox səbəbi ola bilər. Əsas iki səbəb aşağıdakılardır.
- Video müddəti çox uzun mövzu darıxdırıcı ola bilər.
Əgər videolarınızın daimi olaraq ortalama izlənmə faizlərinin aşağı olduğunu görürsünüzsə növbəti videolarınızda videonuzu 30 saniə deyil 15 saniə çəkməyi test edin. Yəni birə bir qısaltmağı sınayın. Ola bilər ki izləyiciləriniz videonuzu bir yerə qədər bəyənir ancaq bir yerdən sonra darıxır və ekranı sürüşdürüb başqa videoya keçir. Bu yolla hansı uzunluqda videoların izləyiciləriniz üçün maraqlı olduğunu təyin edə bilərsiz.
- Video üçün yazdığınız səhf açar sözlər
Ən başda qeyd etdiyim kimi, algoritim videonuzun mövzusunu, həmin videonun başlıq, açıqlama, heşteq və etiketlərində yazdığınız açar sözlərə görə nə olduğunu təyin edir. Əgər düzgün açar sözlərdən istifadə etməsəniz videonuz heç bir aidiyyatı olmayan bir auditoriyaya göstərilər və video mövzusu həmin auditoriyaya maraqlı olmadığı üçün izlənməz. Bu halda videonuz üçün yenidən açar sözlər araşdıraraq ən başdan yazmağınızı tövsiyə edirəm.
Videonun bəyənmə, şərh, paylaşılma və qazandırdığı abunəçi sayı,
Videonuzu izləyənlər videonuza qarşı reaksiyyalar göstərirlər. Biz bu reaksiyyaları bəyənmə, şərh, paylaşılma və qazanılan abunəçi sayı olaraq görürük. Algoritim, videoların ortalama izlənmə faizindən sonra videonun neçə dəfə bəyənildiyinə diqqət edir. Bu yolla videonun istifadəçilərə maraqlı olub olmadığını təyin etmiş olur. Videonuz qarşı tərəfə nə qədər çox müsbət təsir etsə bir o qədər çox bəyənilər. Beləliklə videonuzu algoritmin gözündə bir səviyyə daha yüksəyə daşıya bilərsiniz. Videoya yazılan şərhlər də ən azı bəyənmə sayı qədər önəm kəsb edir. Youtube, öz algoritimlərini o qədər inkişaf etdiribki artıq alqoritim, şərhlərin sayından əlavə həmin şərhlərin neqativ ya da pozitiv olduğunu anlaya bilir. Videonuza şərhlər almaq istəyirsinizsə video zamanı izləyicilərə hərəkətə keçirici bir mesaj verin.
Məsələn : Siz bu video haqqında nə düşünürsünüz? Siz olsaydız nə edərdiz?
Bu kimi suallar verərək izləyicilərin fikirlərini öyrənə bilərsiniz. Beləcə şərh sayını maksimum dərəcədə artıra bilərsiniz. Eyni addımı videolarınızın paylaşılma sayını artırmaq üçün də ata bilərsiniz. Videolarınızın paylaşım sayı yüksək olarsa video həm çox izlənər həm də algoritmin videonu daha çox insana tövsiyə etməsinə səbəb olar. Bunun üçün də videoda hərəkətə keçirici bir mesaj verə bilərsiniz.
Məsələn: Videonu dostuna göndər o da xəbərdar olsun. Videonu dostuna göndər sənə borclu olsun
Bu tib hərəkətə keçirici mesajlar verərək videonuzun paylaşılma sayını ən üst səviyəyə çıxara və izlənmə sayını artıra bilərsiniz. Bu dərsdə Youtube Shorts algoritmi haqqında öyrəndik. Növbəti dərslərdə Youtube shorts video izlənmələrini artırmaq haqqında daha detallı məlumat verəcəm.


