Youtube SEO nədir? SEO necə işləyir? Youtube SEO haqqında ümumi məlumat.

Müəllif
8 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 12

SEO haqqında Google və Youtube üzərində qısa bir araştırma etsəniz yüzlərlə məqalə və video tapa bilərsiniz. Ancaq bu məqalə və videoların böyük əksəriyyəti sistemin necə işlədiyini tam olaraq izah etmir. Bu dərsdə sizə sistemin necə işlədiyini və nələrə diqqət etməli olduğunuzu izah edəcəm.

Youtube SEO nədir?

SEO nədir? Öncə bu sualın cavabına baxaq. SEO İngilis dilində Search Engine Optimization sözlərinin qısaldılmış adıdır. Tərcüməsi isə “ Axtarış motorunun optimallaşdırılması “ deməkdir. Bəs burada söhbət hansı axtarış motorlarından gedir? Demək olar ki bütövlükdə internet üzərində fəaliyyət göstərən axtarış motorları nəzərdə tutulur. Yəni siz Youtube Videonuz üçün bir SEO işi edirsinizsə burada təkcə Youtube axtarış motoru deyil digər axtarış sistemləri üçün də SEO işi etmiş olursunuz. Misal olaraq aşağıdakı axtarış sistemlərini deyə bilərəm

  • Google
  • Yandex
  • Bing
  • Yahoo

Bəzi saytlar varki, bu saytlar ümumilikdə axtarış sistemi deyil ancaq sayt daxilində bir axtarış sistemi mövcuddur. Edəcəyiniz Youtube SEO işi bu cür saytlar daxilindəki axtarış sistemlərində də görünə bilər. Əsas məsələ istifadəçinin, sizin video ilə əlaqəli açar sözü axtarmasıdır.

Youtube SEO necə işləyir?

Ümumilikdə SEO, istər Youtube üzərində, istər saytlar üzərində, istərsə də sosial şəbəkələr üzərində qismən açar sözlər əsasında işləyir. Qismən ona görə deyirəm ki, SEO işi üçün təkcə açar sözlər kifayət etmir. Ancaq SEO işlərinin başlıca keyfiyyəti edəcəyiniz açar söz araşdırmasından başlayır. Youtube videoları üçün açar söz araşdırması adlı dərsimizdə açar söz araşdırması ilə bağlı hər şeyi öyrənəcəksiniz. Düzgün açar sözlər istifadə etməklə axtarışlarda önə çıxa bilərsiniz. Bəs açar sözlər nədir və nə üçün lazımdır? Bu sualın cavabını daha dəqiq başa düşməyimiz üçün ümumilikdə algoritmin necə işlədiyinə baxmalıyıq.

Siz Youtube-a daxil olduğunuz zaman xoşa gəlimli bir interfeys görürsünüz. Hər yerdə videolar, like butonu, abunə ol butonu, video paylaş butonu və bu kimi onlarla seçənək Youtube interfeysini əmələ gətirir. Youtube SEO – nun necə işlədiyini öyrənə bilməyimiz üçün bu interfeysin arxa tərəfini də görməliyik. Yəni kodlarla və botlarla dolu bir dünyanı görməliyik. Bu xoşa gəlimli interfeysin arxasında yüzlərlə, minlərlə bot işləyir. Bu botların hər birinin öz işi var. Botların dünyasına səyyahət etməmişdən əvvəl SEO üçün vacib olan bəzi amilləri sizə izah edim ki, SEO-nun necə işləməsi ilə bağlı beyninizdə qaranlıq məqamlar qalmasın.

Youtube videolarındakı SEO ilə saytlarda istifadə olunan SEO arasında cüzi bir fərq var. Bu dərsin mövzusu Youtube SEO olduğu üçün elə Youtube üzərindən izah edəcəyəm.

Fərz edək ki sizin bir Youtube kanalınız var və siz bu kanala bir video yüklədiniz. Videonu paylaşmazdan əvvəl Youtube studioda video üçün bəzi işlər görülməlidir. Bu işlərin ardıcılığı isə aşağıdakılardır.

  1. Video üçün başlıq yazmaq ( Videonun adı )
  2. Video üçün haqqımda yazısı yazmaq ( Açıqlama )
  3. Hastaglardan istifadə etmək ( #hastag )
  4. Etiketlər yazmaq
  5. Video dilini seçmək
  6. Video kateqoriyyasını seçmək

Burada geyd etdiyim 6 seqmentlə hələlik kifayətlənək. Ancaq Youtube SEO bu 6 seqmentlə bitmir. Digərləri haqqında isə daha sonra məlumat verəcəyəm. Bu 6 seqmentin hər biri videonun nə haqqında olduğunu və kimlər üçün olduğunu botlara izah edir. Fərz edək ki Youtube kanalınıza yüklədiyiniz video bir yemək resepidir. Siz videonu yükləyib yuxarıda qeyd etdiyim 6 seqmenti işlədikdən sonra botların dünyasında proses belə gedir.

  • Birinci bot gəlib soruşur. Bu nədir ?

Cavab : Bu bir yemək resepidir.  ( Bu oldu başlıq )

  • İkinci bot gəlib soruşur. Bu nədir

Cavab : Bu bir yemık resepidir. Bu yeməyin tərkibində filan, filan ərzaqlar var. ( Bu oldu video açıqlaması )

  • Üçüncü bot gəlib soruşur. Bu nədir?

Cavab : Bu bir #yeməkresepi – dir.  ( bu oldu hastag )

  • Dördüncü bot gəlib soruşur. Bu nədir?

Cavab : Bu bir yemək resepidir. ( bu oldu etiket )

Bu minvalla botlar həmin videonu skan edir və nə haqqında olduğunu öyrənir. Mən burada sadəcə 4 bot misalı çəkdim. Ancaq botlar onlarla, bəlkə yüzlərlədir. Hər biri fərqli işi edir. Hər  bot topladığı məlumatı, məlumatlar bazasına aparır. Burada təkcə Youtube botları deyil, yuxarıda geyd etdiyim axtarış sistemlərinin də botları çalışır. Botların əsas məqsədi videonun nə haqqında olduğunu tam öyrənməkdir. Bundan sonrakı proses isə belə olur

  1. İstifadəçi axtarış sistemində “yemək resepi “ yazaraq axtarır
  2. Botlar həmin açar sözü məlumatlar bazasında yoxlayır və həmin açar  sözlə uyğunlaşan videoları istifadəçiyə göstərir
  3. İstifadəçi, ona göstərilən videolardan birini seçib izləyir.

Buradan göründüyü kimi, axtarışlarda ön sıralara çıxmaq üçün ilk növbədə botlara videonuz haqqında ətraflı məlumat verməlisiniz. İstifadəçi video axtararkən onun nə izləyəcəyinə öncə botlar daha sonra isə istifadəçi özü qərar verir. 

Yuxarıda geyd etdiyim 6 seqmentdən ikisi  “ Video dili və video kategoriyyası “ idi. İndi isə bu iki seqmenti incələyək. 

Youtube Video dilini nə üçün seçməliyik.

Burada həm video dili seçənəyi həm də video başlığı və açıqlamasındakı dil seçənəyi çox vacibdir. Botlar, açar sözlərlə yanaşı bu kimi məlumatları da indeksləyirlər. İstifadəçi axtarış edərkən, botlar təkcə açar sözlərlə uyğunlaşmanı deyil həm də həmin istifadəçinin hansı dildə videolar izlədiyini də nəzərə alır. Əgər siz videonuzda heç bir danışıq dilindən istifadə etmirsinizsə, video başlığındakı və video açıqlamasındakı dil seçənəyi sizin videonun globala çıxışı üçün bir açar ola bilər. Çünkü Youtube texnologiyyası bu seçənək vasitəsi ilə videonuzun adını və açıqlama mətnini fərqli ölkələrdə fərqli dillərə çevirir. Istifadəçi Youtube-u hansı dildə istifadə edirsə ona göstərilən videoların böyük əksəriyyəti də həmin dildə olur. Bəzi vaxtlarda xarici videonun adını öz dilimizdə görə bilirik. Bu, dil seçənəklərindən düzgün qaydada istifadə olunduğu üçündür.

Youtube Video kategoriyyasını nə üçün seçməliyik?

Açar sözlər və video dili, bir istifadəçinin nə axtardığını və hansı dildə axtardığını təyin edir. Video kateqoriyyası isə həmin istifadəçin maraq dairəsini təyin edən amillərdən biridir. Youtube alqoritmi istifadəçilərin maraq dairələrini və istifadəçi haqqında digər məlumatları toplayaraq istifadəçi təcrübəsini daha da təkmilləşdirir. Bu təkmilləşdirmənin arxasında isə bir texnologiyya varki bu texnologiyya Google-a məxsus olan Maşınların ( botların ) öyrənmə texnologiyyasıdır. Maşınların öyrənmə texnologiyyası çox geniş mövzu olduğundan bu mövzu haqqında digər bir məqalədə danışacam.  Video kategoriyyası bu texnologiyyanın bir parçasıdır. Botlar bu texnologiyya vasitəsi ilə istifadəçiləri tanıyır və onların nəyi sevib nəyi sevmədiyini ehtimal edir. Bunu açıq aşkar görə bilməyimiz üçün üç ayrı şəxsə məxsus olan üç fərgli cihazda Youtube-a daxil olun. Hər şəxsin cihazındakı Youtube ana səhifəsində görünən videolar fərqli mövzularda olacaq. Çünkü bu 3 nəfərin maraq dairəsi tam fərqlidir.

Dərsin xülasəsi

Bu dərsdə izah olunan sistemin tam olaraq ardıcılığı aşağıdakı kimidir.

  • Siz Youtube-a video yükləyirsiniz.
  • Video haqqında lazım olan bütün məlumatları qeyd edirsiniz.
  • Botlar videonuzu indeksləyir
  • İstifadəçi bir açar söz yazaraq video axtarır
  • Botlar həmin açar söz və sizin geyd etdiyiniz digər məlumatlar əsasında sizin videonun bu axtarışa uyğun olub olmadığını təyin edir
  • Videonuz bu axtarışa uyğundursa axtarış nəticələrində görünür
  • Videonuz istifadəçi tərəfindən izlənir.

Bu ardıcılığı yadda saxlasanız və sistemin necə işlədiyini tam dərk etsəniz Youtube axtarışlarında çox rahatlıqla önə çıxa bilərsiniz. Ancaq bir şeyi unutmayın ki, sadalanan bu ardıcılıqlar. sistemin videonuzu kəşf etməsi üçün lazımdır. ideolarınızın popular olması üçün isə izləyiciləri nəzərə almalısınız. Yəni təkcə botlara deyil izləyicilərə də təsir etməlisiniz. Bunu isə keyfiyyətli məsmunla edə bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş