Youtube qaydaları haqqında ümumi məlumat.

Müəllif
3 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 2

Bildiyiniz kimi Youtube dünyanın ən böyük video platformalarından biridir. Bu böyüklükdə platformanı hər kəsə faydalı yer ola bilməsi üçün təyin edilmiş bəzi qaydalar vardır. Bu qaydalar, Youtube-un daha da təhlükəsiz, əyləncəli və xoş mühitdə qalmasını təmin edir. Bu dərsdə, Youtube-da video paylaşarkən diqqət etməli olduğunuz əsas qaydaları öyrənəcəksiniz.

Youtube topluluq qaydaları.

Youtube topluluq qaydaları, kanal sahiblərinə hansı növ kontentləri paylaşa biləcəklərini göstərir. Bu qaydalar çərçivəsində video paylaşaraq kanalınızı risklərdən qoruya bilərsiz. Əsas diqqət olunmalı məqamlar aşağıdakılardır.  Youtube aşağıdakı qadağaları qəti şəkildə yoxlamaqdadır.

  •  18+ görüntülər,
  • Təcavüz, zorakılıq və bu kimi davranışlar
  • Pis vərdişlərə təşviq etmək və təbliğ etmək.
  • Kiber zorakılıq və buna bənzər davranışlar.
  • Təhqir etmək, yalnış məlumat vermək və buna bənzər davranışlar.

Qeyd edim ki bu qadağalar Youtube botları tərəfindən aşkarlandığı halda video silinir. Bu cür video silinmələri kanala Telif ihtarı adlı cəzanı verir. Telif ihtarı haqqında daha ətraflı məlumatı Telif hakkı ihtarı nədir? Telif hakkı ihtarının Youtube kanalına zərəri varmı? adlı dərsimizdən ala bilərsiz. Bəzi videolar botların skan prosesindən keçə bilsə də sonradan şikayət əsasında video yoxlanılır və əgər qayda pozuntusu varsa video birdəfəlik silinir. Bu kimi hallardan qaçınmaq, kanalınızı risklərdən qoruyacaqdır.

Müəllif hüquqları

Youtube, kontent sahiblərinin hüquqlarını qorumaq üçün müəllif hüquqları qaydalarını təyin etmişdir. Qısacası, bir başqasına aid görüntünü və ya səsi paylaşa bilməzsiz.  Müəllif hüquqları Content İD alqoritmi tərəfindən orunmaqdadır. Növbəti dərsdə müəllif hüquqları haqqında daha geniş məlumat verəcəm. Bu mövzu ən çox diqqət etməli olduğunuz mövzu olmalıdır. Çünkü, bir başqasına aid hər hansı kontenti paylaşmağınız gələcəkdə heç gözləmədiyiniz nəticələri verə bilər. Əlbətdəki bu nəticələr heç də ürəkaçan olmayacaq. Onun üçün də Youtube müəllif hüquqları ( Telif hakkı ) nədir? dərsinə xüsusi diqqət etməyinizi tövsiyə edirəm.

Youtube monetizasiya ( pul qazanma ) qaydaları

Youtube videolarınızdan qazanc əldə edə bilməyiniz üçün Youtube Partnyor Proqramına yəni YPP – yə qoşulmalısınız. Bu proqram, kanal sahiblərinə videolardan qazanc əldə etmə imkanı verir. YPP-yə qəbul ola bilmək üçün  isə aşağıdakı qaydalara diqqət etməlisiniz.

  • Videolarınız, Youtube topluluq qaydalarına uyğun olmalıdır,
  • Youtube xidmət şərtlərinə uyğun olmalıdır.
  • Müəllif hüquqları pozulmamalıdır.
  • Təkrar istifadə edilən kontent olmamalıdır.

Youtube kanalınızı, pul qazanmaya hazırlayarkən bu qaydaları mütləq diqqətə alın. Unutmayın ki Youtube-dan pul qazana bilmək üçün təkcə lazım olan izlənmə saatı və abunə limitini keçmək kifayət etmir. Həmdə qaydalara riaət etmək lazımdır.

Bu məqaləni paylaş