Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 23
Bundan öncəki dərslərimizdə, Youtube-dan pul qazanma məntiqini izah etmişdim. Əgər həmin dərsi oxumamısınızsa buraya klik edərək həmin yazıya keçid edə bilərsiniz. Bu dərsdə isə Youtube-da hansı qazanc modelləri qura bilərsiniz onu izah edəcəm. Youtube-da pul qazanmağın bir neçə fərqli yolu var. Ancaq bəzi üsullar bir çox ölkələrdə ya işləmir ya da çox az işləyir. Aşağıdakı üsullar demək iolar ki bütün ölkələrdə işləyən üsullardır. Əlbətdə ki bunlar öndə gedən qazanc modelləridir. Bunlardan başqa da qazanc modelləri qura bilərsiniz. Bu artıq sizin kreativ düşüncənizdən asılıdır. Hal hazırda ən çox istifadə edilən qazanc modellərindən dördü aşağıdakılardır.
- Adsense reklamları
- Sponsorlu reklamlar
- Affilate marketing
- Məhsul satışı
Gəlin birlikdə bu qazanc modellərini incələyək.
Youtube – dan Adsense reklamları ilə pul qazanmaq
Adsense reklamları Google tərəfindən kanalınızda yayımlanan reklamlardır. Adsense ilə qazanc məntiqini Youtube və Google Adsense qazanc məntiqi adlı yazıya keçid edərək daha ətraflı öyrənə bilərsiniz. Youtube-dan Adsense vasitəsi ilə pul qazanmaq üçün Youtube-un təyin etdiyi şərtlərə əməl etmək lazımdır. Bu şərtlər aşağıdakılardır. Qeyd edim ki bu dərs yazısı 2026 -cı ildə yazılmışdır. Ola bilər ki bu dərs yazısının yazılmasından sonra Youtube, qaydalarında dəyişikliklər edə bilər. Hazırda Youtube-dan pul qazanmaq üçün aşağıdakı şərtlər keçərlidir.
- Kanalınızın ümumilikdə 1000 abunəçisi olmalıdır,
- Son 365 gündə kanalınızın toplamda 4000 saat izlənməsi olmalıdır.
- Ya da, son 3 ay ərzində 10 milyon Youtube qısa video ( Youtube Shorts ) izlənməniz olmalıdır.
- Videolarınız özünüzə məxsus olmalıdır
Videolarda istifadə etdiyiniz musiqilər özünüzə məxsus olmalıdır və ya hamıya açıq müsiqilərdən istifadə edilməlidir. Ya da stok musiqi satın alaraq o musiqinin yayım hüququna ( lisenziyyasına ) sahib olmalısız. Yuxarıdakı şərtlərə əməl etməklə siz Youtube-dan Adsense vasitəsi ilə pul qazana bilərsiniz. Sözü gedən şərtlər haqqında daha ətraflı məlumatı ödənişsiz Youtube kursumuzun bu dərsindən əldə edə bilərsiniz
Youtube – dan Sponsorlu reklamlar ilə pul qazanmaq
Sponsorlu reklamlar ən çox qazandıran reklamlardır deyə bilərik. Bir çox şirkət öz məhsul və ya xidmətlərini tanıda bilmələri üçün auditoriyyası böyük olan influencerlərdən istifadə edirlər. İnfluencer nədir? İnfluencerlər kimlərdir? Qısaca bu sualın cavabını belə izah edim. İnternet üzərində məhşur olan, bəlli bir kütlə tərəfindən izlənən, bloger, vloger, tiktoker kimi tanıdığımız insanların hər biri influencerdir. Əlbətdəki hər bir influencerin özünün bir izləyici kütləsi var və bu kütlənin də hansısa maraq dairəsi var.
Şirkətlər satış etdikləri sektora uyğun olan influencer ilə işləyirlər. Yəni əgər bir influencer daimi olaraq yemək bişirmə videoları paylaşırsa ya da yemək retsepləri paylaşırsa o influencer qida məhsullarını reklam edə bilər. Ya da, bir influencer avtomobil ilə bağlı videolar çəkirsə o artıq avtomobil təmiri, avtomobil ehtiyyat hissələri və bu kimi avtomobillə bağlı xidmət göstərən ya da məhsul satan şirkətlər üçün reklam edə bilər. Adətən şirkətlər özləri influencerlərə sponsor olmağı təklif edirlər.
Siz də gələcəkdə bu kimi təkliflər almaq istəyirsinizsə tövsiyə edirəm ki Youtube kanalınızda və ya digər sosial şəbəkə hesablarınızda sizinlə rahat əlaqə saxlanıla bilməsi üçün əlaqə vasitələri qeyd edəsiniz. Bundan başqa, müəyyən bir mövzu üzrə davamlı video çəkmək də çox önəmlidir. Konkret sahəyə fokuslanan kontent həm auditoriyanızı formalaşdırmağa, həm də həmin sahədə fəaliyyət göstərən brendlərin diqqətini çəkməyə kömək edir.
Youtube – dan Affilate marketing ilə pul qazanmaq
Affiliate marketing nədir? Əvvəlcə bu anlayışı izah edək. Affiliate marketingə çox vaxt satış ortaqlığı da deyilir. Sadə şəkildə desək, affiliate marketing başqa bir şirkətin məhsulunu və ya xidmətini tanıtmaq və həmin məhsul satıldıqda komissiya qazanmaq modelidir.
Məsələn, fərz edək ki, sizin 100 min abunəçisi olan bir YouTube kanalınız var. Bu halda siz öz auditoriyanızı internet üzərində müxtəlif məhsul və xidmətlərə yönləndirə bilərsiniz. Məhz bu gücdən istifadə edərək affiliate marketing vasitəsilə gəlir əldə etmək mümkündür.
Bir çox böyük satış platformalarında affiliate marketing proqramı mövcuddur. Siz bu platformalarda qeydiyyatdan keçərək özünüzə bir profil yaradırsınız. Daha sonra həmin platformadakı məhsullar üçün xüsusi referal (affiliate) linkləri əldə edirsiniz. Bu linkləri izləyicilərinizlə paylaşdığınız zaman:
- İzləyiciləriniz link vasitəsilə məhsula daxil olur
- Məhsulu satın alır
- Siz isə həmin satışa vasitəçi olduğunuz üçün məhsulun qiymətindən müəyyən faiz komissiya qazanırsınız.
Qazanılan komissiya faizi məhsul kateqoriyasına və platformaya görə dəyişə bilər. Hər satış platformasının affiliate marketing üçün müəyyən etdiyi öz qaydaları və şərtləri var və bu qaydalar bütün platformalarda eyni olmur. Buna görə də əvvəlcə hansı platforma ilə işləmək istədiyinizə qərar vermək, sonra isə həmin platformanın qaydalarını diqqətlə öyrənmək vacibdir.
Yəqin ki, bir çoxunuz Instagram, TikTok, Youtube və digər sosial şəbəkələrdə belə paylaşımlar görmüsünüz. Bir blogger internetdən aldığı məhsulu təqdim edir, onun haqqında qısa təqdimat videosu çəkib paylaşır və məhsulu almaq istəyənlər üçün bir link paylaşır. Məhz bu üsul affiliate marketingin ən sadə və ən çox istifadə olunan formalarından biridir.
Youtube – dan məhsul satışı edərək pul qazanmaq
İnsanlar YouTube-dan pul qazanmaq deyəndə çox vaxt yalnız reklamlardan gələn gəliri düşünür. Halbuki YouTube bundan daha böyük imkanlar təqdim edir. Bu platforma vasitəsilə bir çox kiçik, orta və böyük biznes sahibləri öz məhsullarını tanıdır və satışını həyata keçirirlər. Burada sahibkar dedikdə yalnız şirkət sahibləri nəzərdə tutulmur. Kiçik istehsal işi ilə məşğul olan ustalar da YouTube vasitəsilə pul qazana bilərlər. Məsələn, siz mebel ustası ola bilərsiniz, evdə dekorativ aksesuarlar hazırlaya bilərsiniz və ya əl işi boyunbağılar düzəldə bilərsiniz. Siz onsuz da bu işi hər gün edirsiniz.
Əgər bu işin yanına sadəcə video çəkməyi və paylaşmağı da əlavə etsəniz, eyni fəaliyyətdən bir neçə fərqli istiqamətdə gəlir əldə edə bilərsiniz. YouTube sizə imkan verir ki,
- Videolarınızı yayımlayaraq reklam gəliri (AdSense) qazanasınız
- İstifadə etdiyiniz materialları istehsal edən şirkətlərlə sponsorlu əməkdaşlıq edəsiniz
- Öz hazırladığınız məhsulları birbaşa sata biləsiniz
- Hətta zamanla məhsulunuzu şəxsi brendə çevirəsiniz
Yəni YouTube sadəcə video izləmə platforması deyil. Düzgün istifadə edildikdə, burada özünüz üçün birdən çox qazanc mənbəyi yarada biləcəyiniz böyük bir imkan dünyası mövcuddur.


