Youtube haqqında doğru hesab edilən yalnışlar və yalnış hesab edilən doğrular.

Müəllif
8 dəqiqə oxuma
Highlights

    Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 1

    Youtube haqqında dildən dilə çox məlumat dolaşır. Ancaq bu məlumatların bir çoxu yalnışdır və heç bir əsası yoxdur. Youtube pul qazanma kursumuzda yer alan dərslərdə yalnış məlumat almamanız və ən doğru məlumatla yola başlamağınız üçün əlimdən gəldiyi qədər aydın izah etməyə çalışacam. Ödənişsiz youtube pul qazanma kursumuzun ilk dərsində, yayılan və qarışıq fikir yaradan bu məlumatları aydınlaşdıraraq, hansıların həqiqət, hansıların isə yanlış olduğunu açıq şəkildə ortaya qoyacağam.

    Youtube haqqında doğru hesab edilən yalnışlar

    Öncə Youtube haqqında doğru hesab edilən yalnışlardan başlayaq ki gələcəkdə bu yalnışlara inanaraq yalnış addımlar atmayasız.

    Youtube videoları hər izlənməyə görə pul qazandırır.

    Bu yalnış məlumatdır. Youtube pul qazanma kursumuzun ilk dərslərindən biri olan Youtube niyə insanlara pul verir? adlı dərsimizdə Youtube pul qazanma məntiqi haqqında ətraflı məlumat vermişdim. Ancaq yenə qısa bir məlumat vermək istəyirəm. Youtube hər video izlənməsinə görə deyil, videolarda görüntülənən və kliklənən reklam sayına görə ödəniş edir. Əslində bu ödənişləri Youtube deyil Google Adsense edir.

    Youtube videolarını eyni cihazdan neçə dəfə izləsən izlənmə olaraq sayılır

    Bir youtube videosunu eyni cihazdan və eyni İP adres üzərindən neçə dəfə izləməyiniz deyil, hansı aralıqlarla izləməyiniz daha önəmlidir. Yəni, fərz edək ki siz Youtube-da paylaşdığınız bir videonu gün ərzində 10 dəfə izlədiniz. Youtube algoritmi bu izlənmələrin sadəcə birini izlənmə olaraq hesab edəcək. Geri qalanlarını isə spam davranış hesab edərək izlənmə sayğacında göstərməyəcək. Bu kimi davranışlar Youtube videolarınıza fayda vermək əvəzinə böyük zərərlər vura bilər. Ancaq eyni İP adresindən izlənən video sayları fərqli cihazlar vasitəsi ilə izləndikdə izlənmə sayı kimi hesablanır.

    Fərz edək ki  bir kafenin Wi-Fi şəbəkəsinə 30 nəfər qoşulub. Həmin 30 nəfərin hər biri öz cihazında ( telefon, planşet və ya komputerində ) eyni videonu izləyir. Burada bir Wi-Fi bir İP adres olaraq görünür. Ancaq 30 fərqli cihaz 30 fərqli şəxs olaraq görünür. Ona görə də hər izləyən şəxsin izlənməsi sayğaclarda görünür.  Youtube algoritmi bu yolla süni izlənmələrin qarşısını alır və Youtube platformasını daha da istifadəçi dostu halına gətirir.

    Youtube kanalını Amerika qeydiyyatlı açsam daha çox qazanaram.

    Bu tamamı ilə yalnış məlumatdır. Fərz edək ki siz Azərbaycanda yaşayırsız. Ancaq kanalınızı hansısa üsullarla amerika telefon nömrəsi ilə, Amerikada imiş kimi geydiyyatdan keçirirsiz. İrəliləyən zamanlarda videolarınızı Azərbaycan İP adresi ilə paylaşdığınızda Youtube algoritmi İP adrsinizə görə sizin hansı ölkədə olduğunuzu təyin edə biləcək. Bu kimi davranışlar Youtube kanalını inkişaf etdirmək əvəzinə daha da dibə çəkə bilər.
    Bundan başqa, Youtube – da globalda izlənə bilmək üçün və ya daha çox qazana bilməyiniz üçün hansı ölkədə kanal açmağınızın fərqi yoxdur. Globalda izlənə bilmək üçün Youtube videolarınızın bütün dillərdə başa düşülməsi vacibdir. Əgər Azərbaycan dilində video çəkirsinizsə Youtube sizi Çin izləyicilərinə tövsiyə etməyəcək. Çünkü video danışıq dili həm ölkə üçün yaddır. Özünüz özünüzə bu sualı verib düşünün və cavabı da şərhlərə yazın. “Əgər mən Azərbaycan dilində video çəkirəmsə bir Çinli niyə mənim videomu izləsin ?”

    Youtube plaketlərini aldıqda pul mükafatı verilir

    Youtube plaketləri, kanal sahibləri üçün həvəsləndirici hədiyyələrdir. Kanal sahiblərinə, plaketlər vasitəsi ilə bir hədəf verilir və bu hədəfə çatan kanal sahiblərinə mükafatlar verilir. Alınan plaketlərlə yanaşı kanal sahiblərinə heç bir pul mükafatı verilmir. Bu məlumat yalnışdır. Youtube plaketləri haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, Youtube məzmun yaradıcı mükafatları adlı, Google tərəfindən rəsmi yayımlanmış məqaləni oxuya bilərsiz.

    Youtubedan pul qazanmaq çox rahatdır

    Youtube -dan pul qazanmaq, düşündüyünüz qədər rahat deyil. Bunun üçün əzmlə çalışmaq və gün keçdikcə videolarınızda düzəlişlər etmək lazımdır. Sosial şəbəkələrdə gördüyünüz videolara inanıb işə başlamayın. Sosial şəbəkələrdə Youtube haqqında elə danışılır ki sanki bir video paylaşsam milyonçu olacağam hissi yaranır. Bəzi videolarda fərqli fərqli Youtube kanallarının analizi edilir. Bu kanal ayda bu qədər izlənir bu qədər qazanır kimi videolar həmin kanalları Socialblade ilə analiz edir. Socialblade algoritmi Youtube algoritmindən ayrı işləyir. Social blade kanallar haqqında sadəcə təxmini analizləri təxdim edir. Orada olan məlumatlar dəqiq deyil və heç bir həqiqəti əks elətdirmir.

    Keyfiyyətli ya da keyfiyyətsiz olmasını bir önəmi yoxdur əsas video olsun

    Youtube videolarının keyfiyyəti algoritim tərəfindən ölçülür və dəyərləndirilmə edilir. Bir videonun səsi və görüntüsü keyfiyyətli olarsa algoritim videonu önə çəkir və daha ço izlənməsini təmin edir. Ancaq bir videonun milyonlarla baxış alması üçün təkcə səs və görüntü deyil eyni zamanda videonun mövzusu da keyfiyyətli olmalıdır. Əgər siz Youtuber olmaq istəyirsinizsə və keyfiyyətli çəkiliş edə biləcək avadanlıqlarınız yoxdursa, keyfiyyətli mövzunuzun olması ilkin addım üçün kifayət edir. Bu gün məşhur Youtuberlərin ilk paylaşdıqları videolara nəzər salsaq görərik ki onlar da ilk başladığı vaxtlarda çox keyfiyyətsiz videolar çəkiblər. Ancaq vaxt keçdikcə həm mövzularında həmdə video keyfiyyətində təkmilləşdirmələr ediblər. Yəni videolarınızın keyfiyyətli olması çox böyük üstünlükdür, ancaq əsla barier deyildir.

    Youtube haqqında yalnış hesab edilən doğrular.

    Shorts videoları uzun videolara təsir edir

    YouTube-da standart videoların izləyiciləri ilə Shorts videolarının izləyiciləri arasında fərqlər mövcuddur. Bəzi izləyicilər yalnız qısa videolar izləməyi üstün tutur və uzun videolar onlar üçün maraqlı olmur. Eyni kanalda həm Shorts, həm də standart videolar paylaşdığınız zaman kanalınızın abunəçi sayı Shorts sayəsində arta bilər. Lakin bu abunəçilərin böyük bir hissəsi yalnız qısa video həvəskarları olur və sizin uzun videolarınızı izləmirlər. Nəticədə, alqoritm uzun videolarınızı göstərsə belə, izləyici maraqlanmayacaq, klikləməyəcək və videonuzun göstərilmə və klikləmə dəyərləri aşağı düşəcək. Bu da zamanla alqoritmin videolarınızı daha az insana göstərməsinə səbəb olur. Buna görə videolarınızı paylaşarkən iki strategiyadan birini seçmək faydalıdır:

    1. Yalnız Shorts və ya yalnız standart videolar paylaşmaq.
    2. Standart videolara uyğun Shorts videolar hazırlamaq.

    Məsələn:

    Fərz edək ki, yemək kanalınız var və “Evdə Pizza necə hazırlanır?” adlı uzun video paylaşmısınız. Eyni mövzuya uyğun bir Shorts video da hazırlaya bilərsiniz. Lakin bu Shorts-da pizzanın hazırlanmasını tam göstərmək əvəzinə, yalnız son nəticəni göstərərək belə deyə bilərsiniz:

    Mən bu pizzanı evdə hazırladım. Hazırlanma prosesini öyrənmək istəyirsənsə, kanalıma keçib ‘Evdə Pizza necə hazırlanır?’ videosunu izləyə bilərsən.

    Beləliklə, Shorts izləyicilərini uzun videolarınıza yönləndirə, həm videolarınızın izlənməsini, həm də kanalınızın ümumi performansını artıra bilərsiniz.

    Bu dərsdə YouTube ilə bağlı yayılan ən çox qarşılaşılan yalnış məlumatları və doğru hesab edilən yanlışları aydın şəkildə izah etdik. İndi siz bilirsiniz ki, hər izlənmə pul qazandırmır, Shorts videolarının uzun videolarınıza təsiri var, plaketlər pul mükafatı vermir və kanalın harada açılması qazancı dəyişdirmir.

    Unutmayın: Məlumatlı olmaq, doğru addımlar atmaq və davamlı inkişaf etmək YouTube-da uğurun ən əsas açarıdır. İndi növbəti addım sizin əlinizdədir – öyrəndiklərinizi tətbiq edin və kanalınızı inkişaf etdirin!

    Bu məqaləni paylaş