Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 6
Youtube – da, gün ərzində 3.7 milyon ədəd video paylaşılır. Bu, hər dəqiqə 2500 ədəd video paylaşılır deməkdir. Bu qədər videonun paylaşılmasına rəğmən Youtube, müəlliflərin hüquqlarını necə qoruyur? Bu dərsdə həm müəllif hüquqlarının necə qorunduğu həm də müəllif hüquqlarının pozulması zamanı hansı cəzaların tədbiq olunduğunu öyrənəcəksiz.
Müəllif hüquqları ( Telif hakkı ) nədir? Nə üçün lazımdır?
Youtube – dan pul qazanmağa çalışanların, Youtube kanal sahiblərinin demək olar ki 99% müəllif hüquqları ( telif hakkı ) problemi ilə qarşılaşıb. Bəzən videoda olan hər hansısa bir görüntü, bəzən də videoda istifadə edilən səsə görə müəllif hüququ bildirişini görə bilərik. Youtube, həm kontent sahiblərinin hüquqlarını qorumaq, həm də Youtube platformasını böyük bir zibilliyə çevrilməsinin qarşısını almaq üçün bu addımı atıb. Youtube -da müəllif hüquqları, Content İD sistemi tərəfindən qorunmaqdadır. Content İD sistemi videoların ( kontentlərin ) rəqəmsal barmaq izini yaratmaqla və məlmatlar bazasındakı digər rəqəmsal barmaq izləri ilə qarşılaşdırmaqla bir videoda müəllif hüququnun pozulub pozulmadığını aşkarlaya bilir. Bunu aşağıdakı nümunə ilə izah edə bilərəm
Nümunə : Fərz edək ki, siz Youtube – da bir video paylaşdınız. Videonu paylaşdıqdan sonra Content İD botları videonuzu səs və görüntü olmaqla iki hissəyə bölür və hər hissəsi üçün ayrı ayrılıqda rəqəmsal barmaq izi hazırlayır. Səs üçün ayrı, görüntü üçün ayrı rəqəmsal barmaq izi. Daha sonra hazırlanmış bu rəqəmsal barmaq izləri məlumatlar bazasındakı rəqəmsal barmaq izləri ilə qarşılaşdırılır. Yəni həmin gün, həmin saat, həmin dəqiqəyə qədər Youtube – da paylaşılmış videoların görüntü və səslərinin barmaq izləri ilə qarşılaşdırılır. Əgər qarşılaşdırma zamanı rəqəmsal barmaq izlərində eynilik olarsa, müəllif hüququ pozulub deməkdir. Content İD sistemi, müəllif hüquqlarının pozulub pozulmadığını bu üsulla aşkarlaya bilir.
Müəllif hüququ pozulubsa Content İD nə edir?
Əgər bir videoda müəllif hüququ pozulubsa həmin videoya müəllif hüququnun pozulması ilə bağlı bir xəbərdarlıq bildirişi göndərilir. Eyni bildiriş kontentin orijinal sahibinə də göndərilir. Artıq burada həm kontentin orijinal sahibinin həm də kontenti paylaşan tərəfin edə biləcəyi bir neçə addım var.
Müəllif hüququnu pozan tərəfin edə biləcəkləri.
- Verilən qərara etiraz edə bilər. ( əgər həmin kontentin yayım hüququna sahibdirsə )
- Youtube studioda, videonun müəllif hüququ iddiası alan hissəsini kəsə, səsini ala və ya başqa bir səs əlavə edə bilər.
- Videonu silib yenidən montaj edib videodakı xəbərdarlıq alınan hissəni kəsib başqa bir görüntü və ya səs ilə dəyişib yenidən paylaşa bilər.
- Kontentin orijinal sahibi ilə əlaqə saxlayıb ondan razılıq ala bilər və yayımlanmasına icazə ala bilər. %90 hallarda bu seçənək işə yaramır.
Kontentin orijinal sahibinin edə biləcəkləri.
- Həmin bildirişin videodan silinməsinə icazə verər, kanalı ağ siyahıya əlavə edər və həmin videodan qazanılan gəlirdən pay istəməz.
- Həmin kontentin paylaşılmasına icazə verər ancaq qazanılan qazancdan pay alar. Adətən qazancın %50 – i kontentin orijinal sahibinə çatır.
- Həmin videonun Youtube – dan silinməsini tələb edə bilər.
Burada ən təhlükəlisi üçüncü seçənəkdir. Əgər kontentin orijinal sahibi, videonun Youtube-dan silinməsini tələb edərsə Content İD sistemi bu tələbi qəbul edib videonu siləcək. Video silindikdən sonra kanala Telif İhtarı adlı bir cəza veriləcək. Telif ihtarı cəzası Youtube-un ən təhlükəli cəzasıdır deyə bilərəm. Bu dərsdən sonrakı dərsdə Telif İhtarı haqqında daha geniş məlumat verəcəm. Mövzunu dəyişmədən Müəllif Hüququ dərsini davam edək. Müəllif, kontentin silinməsini tələb etdikdə ona iki seçənək daha verilir.
- Videonu indi sildir
- Videonun silinməsi üçün 7 gün vaxt ver.
Hər iki halda iddia irəli sürən tərəfin tələbi yerinə yetirilir. Yəni video silinir. Ancaq kontentin orjinal sahibi videonu indi sil seçənəyini seçsə, video həmin an silinəcək və qayda pozuntusu edən kanala az öncə dediyim, Telif ihtarı cəzası veriləcək. Yox əgər videonun silinməsi üçün 7 gün vaxt versə, və qayda pozuntusu edən tərəf 7 gün ərzində videonu silsə heç bir cəza verilməyəcək. Əksər hallarda müəlliflər birinci seçənəkdən istifadə edirlər.
Müəlliflər hansı hallarda şikayət edə bilər?
Bu sualın qısa və konkret cavabı var. Əgər bir kontent ( səs və ya görüntü ) sahibinin icazəsi olmadan paylaşılırsa, kontentin orjinal sahibinin yəni müəllifin şikayət etmə haqqı var. Əgər kontentin orjinal sahibi deyilsinizsə, ya da yayım hüququna sahib deyilsinizsə və sizdən şikayət edilibsə burada %100 uduzan tərəf siz olacaqsız. Onun üçün də müəllif hüquqularına diqqətlə yanaşmalısınız.
Fərz edək ki siz bir musiqiçisiniz. Pianoda ifa edib, videoya çəkib həmin videonu öz Youtube kanalınızda paylaşırsınız. Bu halda müəllif hüququ iddiası ilə qarşılaşa bilərsinizmi? Əlbətdə ki qarşılaşa bilərsiz. Bir musiqini ifa etməyiniz, o musiqinin yayım hüququna sahib olduğunuz anlamına gəlmir. Musiqinin orjinal sahibi, yəni musiqinin ifaçısı, bəstəkarı və ya yayım hüququ olan şirkət müəllif hüququ iddiası irəli sürə bilər. Bu halla tez tez qarşılaşılmasa da təcrübədə belə hallar baş verib və yenə bu cür halların baş vermə ehtimalı var. Aşağıda yazacağım hadisə buna örnək ola bilər.
“Tenet” filminin musiqilərini ifa edib, Youtube kanalında paylaşan Philip Pietrason adlı bir istifadəçi, Warner Bros tərəfindən şikayət edilmişdi. Content İD bu şikayət əsasında, müəllif hüququ iddiası irəli sürülən bütün musiqilərin kanaldan silinməsi üçün 7 gün vaxt verdi. Philip Pietrason musiqilərin yayım hüququna sahib olmadığı üçün videoları kanalından silmək məcburiyyətində qaldı. Bu cür hadisələr adətən YouTube-un müəllif hüquqları siyasəti çərçivəsində, məhkəməyə müraciət edilmədən həll olunur.
Müəllif hüquqlarını pozmadan başqasının videosunu və musiqisini necə istifadə edə bilərəm?
Bir çox müəlliflər var ki onlar öz kontentinin istifadə edilməsinə icazə verir. Ancaq bəzi kontent sahibləri bu icazəni o şərtlə verir ki, istifadəçi kontenti birbaşa müəllif ilə əlaqələndirməlidir. Yəni, fərz edək ki siz videonuzda bir musiqi istifadə edirsiniz. Bu musiqinin müəllifini videonuzun açıqlama hissəsində qeyd etməlisiniz. Bəzi kontent sahibləri bunu tələb etmir. Bu cür tələblərin edilmədiyi kontentləri, müəllifi qeyd etmədən rahatlıqla videonuzda istifadə edə bilərsiniz. Bu kontentləri haradan tapa biləcəyinizi aşağıda görə bilərsiniz.
Müəllif hüququ olmayan musiqilər.
- Youtube musiqi kitabxanası
- Youtube – da no copyright sounds başlıqlı musiqi paylaşımı edən kanallar
- Ödənişli və lisenziyalı musiqi satan saytlar. Envato, Sutherstock və bunlara bənzər saytlar.
- Ödənişsiz və lisenziyyasız musiqi təmin edən aşağıdakı saytlar.
- pexels.com
- pixabay.com
- və süni zakalar vasitəsi ilə hazırladığınız səslər və müsigilər
Müəllif hüququ olmayan görüntülər ( video və şəkil ).
- pexels.com
- pixabay.com
- freepik.com
- canva.com
- və süni zakalar vasitəsi ilə hazırladığınız görüntülər
Youtube – a yeni başlayan və hal hazırda kanal sahibi olanlar, unutmayın ki, real dünyadan fərqli olaraq virtual dünyada hüquqlar tam qorunur.


