YouTube Kanalını AdSense Hesabına Bağlamaq. Addım-addım izah

Müəllif
3 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 22

YouTube’da məzmun yaratmaq yalnız bir hobbi deyil, həm də ciddi bir gəlir mənbəyi ola bilər. Ancaq videolarınızdan pul qazana bilmək üçün YouTube kanalınızı bir AdSense hesabına bağlamalısınız. Bu dərsdə, YouTube kanalınızı Google AdSense hesabına necə bağlayacağınızı, hansı şərtləri yerinə yetirməli olduğunuzu və bütün prosesi addım-addım, tam aydın şəkildə öyrənəcəksiniz.

YouTube Kanalını AdSense Hesabına Bağlama Şərtləri

YouTube kanalınızı bir AdSense hesabına bağlamaq üçün öncə YouTube-un İş Ortağı Proqramı (YPP) şərtlərini yerinə yetirməli və müraciət prosesinə başlamalısınız. Birbaşa bir vebsayt kimi AdSense-ə daxil olub kanalı bağlaya bilməzsiniz. Proses YouTube Studio üzərindən həyata keçirilir. AdSense bağlantısını başlada bilmək üçün aşağıdakı iki seçimdən birindəki rəqəmlərə çatmış olmanız vacibdir.

  • Seçim A: 500 Abunə + Son 12 ayda 3.000 saat baxış.
  • Seçim B: 1.000 Abunə + Son 12 ayda 4.000 saat baxış (və ya son 90 gündə 10 milyon Shorts baxışı).

Seçim A: “Yolun Yarısı” (Fan Fonlaması)

Bu seçim, hələ çox böyük kütlələrə çatmamış, amma sadiq izləyiciləri olan kanallar üçün “erkən yaşda təqaüdə çıxmaq” kimi bir imkandır. Bu mərhələdə AdSense-i bağlaya bilərsiniz, amma hesabınıza daxil olan pul reklamlardan gəlməz. Yalnız izləyicilərinizin sizə göndərdiyi “Super Təşəkkür”, “Üzvlüyə qoşulun” kimi birbaşa ödənişlər AdSense hesabınızda toplanır. YouTube, Fan Fonlaması xüsusiyyətlərini (Seçim A) mərhələli şəkildə dünyaya yayır. Fan formasının hələ ki Azərbaycanda istifadə oluna bilmir. Ona görə də Azərbaycanlı Youtuberlər üçün Youtube dan tək qazanc B seçənəyidir. Fan formasının hansı ölkələrdə aktiv olduğunu öyrənmək üçün buraya
klikləyin.

Seçim B: “Tam Yetki” (Reklam Gəlirləri)

Bu, YouTube-un ənənəvi və əsas hədəf olan mərhələsidir. Reklam payından pay almağa başladığınız yer buradır. YouTube kanalınız 1.000 Abunə + Son 12 ayda 4.000 saat baxış və ya 10 milyon Shorts baxışı əldə edibsə, YouTube videolarınızda çıxan reklamlardan pul qazana bilərsiniz. Rəqəmlərə çatmış olsanız belə, aşağıdakı maddələrdən biri əskikdirsə, AdSense bağlantısı qurula bilməz:

  • 18 yaşdan kiçiksinizsə
  • YouTube kanalınızda 2 Addımlı Doğrulamanı etməmisinizsə
  • Kanalınızda aktiv bir xəbərdarlıq varsa

Bu hallardan biri mövcuddursa, kanalınızı AdSense hesabınıza bağlaya bilməz və reklam gəlirlərindən yararlana bilməzsiniz.

YouTube kanalını AdSense hesabına bağlamaq haqqında detallı məlumat

YouTube kanalınızı Google AdSense hesabınıza bağlamaq üçün lazım olan bütün addımları aşağıdakı videodan öyrənə bilərsiniz. Əgər video sizin üçün uyğun dildə açılmasa, video ayarlarından dili dəyişdirə və göstərilən addımları izləyərək YouTube kanalınız ilə AdSense hesabınızı problemsiz şəkildə bağlaya bilərsiniz. Video dilini dəyişdirmək üçün aşağıdakı ekran görüntüsünə diqqət edin.

Bu dərsdə, YouTube kanalınızı Google AdSense hesabınıza bağlamaq üçün lazım olan şərtləri, seçimləri və addım-addım prosesi öyrəndiniz. Artıq kanalınızın hansı mərhələdə olduğunu qiymətləndirə, Fan Fonlaması və ya reklam gəlirləri seçimlərindən sizə uyğun olanı seçə və AdSense bağlantısını problemsiz şəkildə tamamlayabilirsiniz. Müntəzəm və keyfiyyətli məzmun yaratmağa davam edərək gəlir əldə etmə səylərinizi etibarlı şəkildə davam etdirə bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş