Youtube videoları hər 1000 izlənməyə nə qədər qazandırır?

Müəllif
7 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 5

Youtube-a yeni başlayanların və Youtube haqqında çox az məlumatı olanların səhf bildikləri bir məlumat var. Youtube hər 1000 izlənməyə 1$ qazandırır?. Bu tamamı ilə səhv məlumatdır. Fərz edək ki bu məlumat doğrudur. Bu zaman daha bir sual yaranır. 2 dəqiqəlik video 1000 baxışa 1$ qazandırırsa 1 saatlıq video 1000 baxışa nə qədər qazandırar? Öncə bu sualın cavabını verə bilmək üçün Youtube-un qazanc məntiqini başa düşmək lazımdır. Youtube qazanc məntiqini açıqladığım Youtube və Google Adsense qazanc məntiqi adlı dərsi oxuyaraq qazanc məntiqini öyrənə bilərsiniz. İndi isə qayıdaq əsas mövzuya. Youtube-da hər 1000 izlənən videonun qazancına təsir edən dörd əsas amil var. Qazanca təsir edən əsas amillər aşağıdakılardır.  

  • Videonun növü
  • Videonun hansı bölgəyə xitab etməsi
  • Videonun neçə dəqiqə izlənməsi
  • Videoda görünən reklama kliklənib kliklənməməsi

Gəlin bu amilləri bir bir incələyək və bir videonun 1000 izlənməyə nə qədər qazandığını təxmin edək

Videonun növü

Videonun növü o videoda hansı reklamların çıxacağını müəyyən edir. Yəni avtomobil videolarında çıxan reklamlarla avtomobil oyunu videolarında çıxan reklamlar eyni deyil və eyni qazancı təmin etmir. Fərz edək ki siz avtomobillərlə bağlı video çəkmisiz. Sizin videolarınızda aşağıdakı reklamlar çıxa bilər.

  • Avtomobil ehtiyyat hissələrinin satışı
  • Avtomobil təmiri
  • Avtomobil icarəsi
  • Avtomobil satışı edən elan saytları
  • Avtomobil sığortası reklamları

Bu və bunlara bənzər reklamların çıxma ehtimalı daha çoxdur. Ancaq avtomobil oyun videolarında bu reklamların çıxma ehtimalı çox aşağıdır. Ya da sıfıra bərabərdir. Avtomobil oyun videolarında isə aşağıdakı reklamlar çıxa bilər.

  • Digər avtomobil oyunlarının reklamları
  • Ümüumilikdə oyun videoları
  • Oyun konsolları satışı və buna bənzər məhsulların reklamları

Bu reklamlar fəqli olduğu kimi təmin etdiyi qazanc da fərqlidir. Real dünyada məhsul və ya xidmətlərin dəyəri fərqli olduğu kimi virtual dünyada da məhsul və ya xidmətlərin reklam dəyərləri də fərqli olur. Avtomobil satışı bahalı sektor olduğu üçün bu sektorun reklamları da bahalı olur. Ancaq Avtomobil oyun sektoru nisbətən ucuz olduğu üçün reklamları da ucuz olur.

Fərz edək ki avtomobil satışı edən şirkət bir reklamın hər 1000 görüntülənməsinə 50$ dəyər təyin edir. Bir başqa şirkət isə avtomobil oyunu videosu üçün 10$ təyin edir.  Buradan görünür ki hər iki reklamın qazancında 5 dəfə fərq var. Bu sadəcə örnəkdir. Ancaq real praktikada bu dəyərlərdən daha azını vəya daha çoxunu da görmək mümkündür. Reklamlar videoda görünməmişdən əvvəl bir saniədən də az vaxtda auksiyyona çıxır. Auksiyonda qalib gələn reklam videoda görünür. Auksionda bir videonun qalib gələ bilməsi üçün ya o videonun doğru açar sözlərlə, doğru hədəfləmə ilə doğru auditoriyyaya yönəlməsi və dəyər xalının yüksək olması  lazımdır. Ya da ən yüksək təklifi verməlidir. Ümumi xülasə isə belədir. Bir videonun növü o videoda çıxan reklamları, videoda çıxan reklamlar isə o videonun nə qədər qazanacağını təyin edir.

Videonun hansı bölgəyə xitab etməsi

Video növündən başqa həmin videonun hansı bölgədə, hansı ölkədə izlənməsinin də çox böyük önəmi var. Reklamlar təkcə biznes sektorlarına görə deyil həm də ölkələrə görə dəyər tapır. Azərbaycanda göstərilən reklamlarla Avropa ölkələrində, ABŞ və Avstralyada göstərilən reklamların dəyəri eyni deyil. Avtomobil satışı edən iki fərqli reklam düşünək. Biri ABŞ-da digəri isə Azərbaycanda yayımlanır. ABŞ-da yayımlanan reklamlar Azərbaycanda yayımlanan reklamlardan daha bahalıdır. Bunun isə əsas səbəblərindən biri ABŞ reklam bazarında rəqabətin güclü olması və nəhəng şirkətlərin bu bazarda reklam yayımlamasıdır. Ölkələrin reklam bazarındakı rəqabət Youtube qazanclarına da təsir edir. Onun üçün də bir çox Youtuber qlobala çıxmaq və bütün dünyadan izlnmələr əldə etmək üçün çalışır. Reklam bazarının bahalı olduğu ilk sırada olan 10 ölkə aşağıdakılardır.

  • Amerika Birləşmiş Ştatları
  • Kanada
  • Birləşmiş Krallıq
  • Avstraliya
  • Almaniya
  • Fransa
  • İtaliya
  • Yaponiya
  • Hollandiya
  • Yeni Zelandiya
  • Norveç
  • İsveç
  • İsveçrə

Videonun neçə dəqiqə izlənməsi

Fərz edək ki Youtube-da iki dəqiqəlik video paylaşmısız. İki dəqiqəlik video ilə bir saatlıq videoda görünən reklam sayı fərqlidir. Nəzərə alsaq ki Youtube-da qazanclar, baxış sayına görə deyil, reklamların görüntülənməsinə və kliklənməsinə görə əldə edilir. Bu zaman videoda çıxan reklam sayının nə dərəcədə önəmli olduğunu görə bilərik. Youtube-da 10 dəqiqəyə qədər olan videolarda 1, 2 və ən çoxu 3 reklam görünə bilər. 10 dəqiqədən uzun videolarda isə 7 və daha artıq reklam görünə bilər. Burada əsas olan videonun hansı uzunluqda olması deyil, izləyicinin o, videonun neçə dəqiqəsini izləməsidir.

Youtube-a yeni başlayanların ən çox etdikləri səhflərdən biri də yerli yersiz videonu 10 dəqiqədən uzun etməyə çalışmalarıdır. Videonun 10 dəqiqədən uzun olması o videodan çox qazanacağınız mənasını vermir. Yadda saxlayın ki, videonu boşu boşuna uzatmağınız o, videonu maraqsız edə bilər. Maraqlı olmayan video izləyicini yorar və videodan çıxar. Bu da videonun orta izlənmə faizini aşağı salar. Nəticədə videonuzun baxışları kəskin şəkildə azalar. Yəni 15 dəqiqəlik maraqsız vediodansa, 5 dəqiqəlik maraqlı video sizə daha çox qazanc gətirə bilər.

Videoda görünən reklama kliklənib kliklənməməsi

Youtube-da reklamların görünməsindən başqa o, reklamlara kliklənib kliklənməməsi də qazanca çox böyük təsir edir. Qazanclar hər 1000 görüntülənən reklama və hər kliklənən 1 reklama görə təyin edilir. Fərz edək ki videonuzda 1000 reklam görüntülənib. Bu 1000 reklam görüntülənməsi zamanı izləyicilər 10 dəfə reklama klik edib. Burada qazanc həm görüntülənmiş 1000 reklama görə, həm də kliklənmiş 10 reklama görə hesablanır. Yəni eyni anda iki fərqli istiqamətdən qazanc əldə edilir. Adətən klik sayına görə qazanılan qazanclar daha yüksək olur. Xülasə, videoda görünən reklamlarla yanaşı o reklamlara neçə dəfə klik edilməsi də qazanca təsir edir.

Diqqət: Öz videolarınızda çıxan reklamlara klik etməyiniz, videolarınızda reklamlara klik edin kimi təşviqedici üsullardan istifadə etməyiniz və ya buna bənzər davranışlar sərgiləməyiniz Youtube və Google Adsense proqram Politikaları ilə qadağan edilmişdir. Bu kimi davranışlar Youtube videolarınızda reklam görüntülənmələrinin məhdudlaşdırılmasına, Youtube kanalınızın pul qazanma funksiyyasının birdəfəlik bağlanmasına və Google Adsense hesabınızın blok olmasına gətirib çıxara bilər.

Bu dərsin əvvəlində olan sualı indi mən sizə verirəm. Cavabı, başa düşdüyünüz şəkildə şərhə yazın. Youtube hər 1000 izlənməyə nə qədər qazandırır?

Bu məqaləni paylaş
Şərh edilməmiş