Youtube-da tövsiyə olunan videolar arasında çıxa bilmək üçün nə etmək lazımdır?

Müəllif
8 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 10

Ödənişsiz Youtube pul qazanma kursunun 10 – cu dərsinə gəlib çatdınız. Kursun bu hissəsində, Youtube SEO başlayır və addım addım Youtube SEO – nu öyrənəcəksiniz. Bu dərsdə isə Youtube SEO-nun bir parçası olan və demək olarkı Youtube video izlənmələrinin böyük əksəriyyətinin qaynağı olan “ tövsiyə olunan videolar “ bölməsi haqqında danışacam. İlk olaraq tövsiyə olunan vodelar nədir? Bu sualı cavablayaq.

Youtube-da video izləyərkən izlədiyiniz videodan sonra avtomatik qoşulan, və ya ondan sonra gələn digər videolar tövsiyə olunan videolar hesab olunur. Bundan başqa sizin kanala abunə olmayan istifadəçilərin Youtube ana səhifəsində videonuzun görünməsi də tövsiyə olunan video kimi hesablana bilər.

Youtube-da tövsiyə olunan videolar arasında çıxa bilmək üçün edilməli olanlar.

Youtube – da tövsiyə olunan videolar arasında çıxa bilmək, Youtube kanal sahibləri üçün ən vacib amillərdən biridir. Youtube video izlənmələrinin böyük qismi tövsiyə olunan videolardan gəlir.  Youtube – da tövsiyə olunan videolar bölməsində çıxa bilmək üçün aşağıdakı 7 qızıl qaydanı yadda saxlamalısınız.

  1. Düzgün açar sözlərin istifadə olunması
  2. Hastagların düzgün istifadə olunması
  3. Video açıqlamasında, digər videolarınızın linklərinin yerləşdirilməsi
  4. Videoya bitiş ekranı əlavə edilməsi
  5. Videoya kartların əlavə olunması
  6. Videolarınızın playlistlərə əlavə edilməsi
  7. Düzgün video kategoriyyası seçmək.

Düzgün açar sözlərin istifadə olunması

Videonuzla bağlı düzgün açar sözlər istifadə etməklə həm axtarışlarda həm də tövsiyə olnunan videolar arasında çıxma ehtimalınızı artıra bilərsiz. Bunu üçün də, Youtube videolarınızı paylaşarkən açar söz araşdırması etməli və həmin açar sözlərdən istifadə edərək başlıq ( videonun adı ), açıqlama və etiketlər əlavə etməlisiniz. Youtube SEO dərslərimizdə Youtube videoları üçün açar söz araşdırması. haqqında daha ətraflı məlumat alacaqsız. Fərz edək ki siz bir komediyya videosu paylaşmısınız. Bu videonun tövsiyə olunan videolar arasında çıxması üçün alqoritmin necə işlədiyinə baxaq.

Bir istifadəçi Youtube-a daxil olub istənilən bir komediya videosunu açıb izləyir. İstifadəçinin izlədiyi videonun açar sözləri ilə sizin videonuzun açar sözləri uyğunlaşarsa videonuz bu videodan sonra ki videolar arasında çıxa bilər. Əsas məsələ təkcə açar sözlərin üst üstə düşməsi deyil. İzləyicinin sizin videoya qədər izlədiyi videolar ( Youtube keçmişi ) , izləyicinin maraq dairəsi də önəmli yer tutur. Dərsi sonuna qədər  oxusaz bu alqoritmin daha dəqiq necə işlədiyini öyrənəcəksiniz.

Hastagların düzgün istifadə olunması

Hastaglar video izlənmələrinə təsir edirmi? Ən çox verilən suallardan biri də budur. Cavab isə, bəli. Təsir edir. Düzgün hastaglar istifadə  edərək, həmin hastagları izləyən insanların qarşısına çıxma ehtimalınızı artıra bilərsiniz. Hastag təkcə izlənə bilən bir etiket deyil həm də ayrılıqda bir açar söz olaraq qəbul olunur. Youtube bir video üçün 30 hastag yazılmasına icazə verir. 30-dan artıq hastag yazmaq kanalı və ya videonu spama sala bilər. Ancaq bir çox Youtube SEO mütəxəsislərinin fikrinə görə, eləcə də mənim fikrimə görə bir videoda 30 hastag yazmaq belə videonu spama sala bilər. Nadir hallarda bu qədər çox hastag istifadə edən videolar popularlaşır. Mən sizə 6, 7 hastag istifadə etməyinizi tövsiyə edirəm. Maksimum 10 hastagdan artıq istifadə etməməyinizi isə qəti şəkildə tövsiyə edirəm.

Yerli yersiz hastaglar istifadə etməkdən qaçının. Videonuzun mövzusuna uyğun olan hastaglar istifadə etməyiniz, sizə daha çox fayda verəcək. Əgər bir hastag milyonlarla istifadəçi tərəfindən izlənirsə və bu hastag sizin videonuzun mövzusu ilə üst üstə düşmürsə, onu istifadə etməyin sizə heç bir faydası olmayacaq. Az izləyicisi olan ancaq videonuzla birə bir uyğunluğu olan hastaglar video performansınızı artıracaqdır. Dediyim kimi hastaglar ayrılıqda bir açar söz olaraq qəbul olunur. Yuxarıda açar sözlərin istifadə olunması paragrafında kı nümunə hastaglar üçün də keçərlidir. Bundan başqa, düzgün hastaglar istifadə etmək, kanalınıza abunə olmayan insanların Youtube ana səhifəsində sizin videolarınızın da görünmə ehtimalını artıracaq.

Video açıqlamasında, digər videolarınızın linklərinin yerləşdirilməsi

Kanalınızda paylaşdığınız digər videoların linklərini, videolarınızın açıqlama bölməsində qeyd etməyiniz kanalınızın performansını artıracaq amillərdən biridir. Bunu etməklə bir növ, öz videolarınıza referans vermiş olursunuz. Saytlarda olduğu kimi Youtube videoları üçün də bu cür referans linklər əvəzolunmaz trafik qaynağıdır. Bir izləyici sizin videonu izləyirsə, bu cür linklər həmin videodan sonrakı videonun da sizinki olma ehtimalını artırır. Yəni, alqoritm sizin videonu izləyən bir şəxə yenə sizin videonu tövsiyə edə bilər.

Videoya bitiş ekranı və kartların əlavə edilməsi

Bitiş ekranları və kartlar vasitəsi ilə, videonuzu izləyən şəxsə kanalınızdakı digər videoları da tövsiyə edə bilərsiniz. Kartlar bölməsinə əlavə etdiyiniz videolar, izlənən videonun sağ üst küncündə bildiriş olaraq görünür. Ancaq heç kimin sizə açmadığı bir sirri sizlərə açım. Bitiş ekranında və kartlarda verdiyiniz videoların linklərini açıqlama mətnində qeyd etsəniz, videonuzu izləyənlərə yenə sizin videonun tövsiyə olunma ehtimalını bir az daha artırmış olarsınız. Bir örnəklə izah edim

Fərz edək ki kanalınızda A, B, C videoları paylaşmısınız. İndi isə D videonuzu paylaşırsınız. D videonuzu paylaşarkən digər üç videonun ( A, B, C ) linklərini D videosunun açıqlama mətninə yazırsınız. Bundan başqa həmin bu üç videonu kartlar və bitiş ekranına da əlavə edirsiniz. Artıq alqoritm bu dörd videonun biri biri ilə əlaqələndirildiyini görür. Və izləyiciyə bu videolardan birini və ya hər üçünü də tövsiyə edir.

Videolarınıza kart və bitiş erkanı əlavə etməyi bilmirsinizsə, Youtube yardım mərkəzinin rəsmi Videolara bilgi kartı əlavə etməVideolara bitiş ekranı əlavə etmə məqalələrini oxumağınızı və məqalə içərisindəki rəsmi videonu izləməyinizi tövsiyə edirəm.

Videolarınızın playlistlərə əlavə edilməsi

Videolarınızı playlistlərə əlavə etməyiniz olduqca vacib amillərdəndir. Fərz edək ki siz komediyya videoları paylaşırsız. Burada “ gülməli uşaq videoları, gülməli heyvanlar, maraqlı anlar “ kimi fərqli playlistlər hazırlayaraq insanları həmin playlistə yönləndirə bilərsiniz və beləcə izlənmə performansınızı artıra bilərsiniz. Bundan başqa, videonuzu izləyən izləyiciyə, həmin playlistin göstərilmə ehtimalı çox yüksəkdir. Əgər dərs videoları və ya buna bənzər videolar paylaşırsınızsa, mütləq şəkildə playlist istifadə etməlisiniz. Beləcə videolarınızın ardıcıl izlənməsini təmin edə bilərsiniz. Aşağıdakı videoda playlistin necə hazırlandığını və həmin playlistə videoların əlavə olunmasını öyrənə bilərsiniz.

Düzgün video kateqoriyyası seçmək.

Video kateqoriyyası, videonuzun hansı auditoriyyaya uyğun olduğunu təyin edən bir seçənəkdir. Youtube Studioda 15 video kategoriyyası var. Bu kategoriyyalardan düzgün qaydada istifadə etsəniz videonuzun izlənmə performansını artıra bilərsiniz. Əgər videonuzun hansı kategoriyyaya uyğun olduğunu bilmirsinizsə, sizin videonuza bənzəyən digər videoların kategoriyyalarına baxa bilərsiniz. Bunun necə edildiyini Youtube SEO dərslərimizdə daha detallı izah etmişəm. Kursun dərslərini ardıcıl oxuduqca həm daha yaxşı öyrənmiş olacaqsınız həm də öyrənmə ardıcılığınız pozulmayacaq.

YouTube-da tövsiyə olunan videolar arasında yer almağın 7 qızıl qaydasını öyrəndik. Ancaq unutmayın ki, tövsiyə olunanlar bölməsində görünmək, videonun avtomatik olaraq izlənəcəyi anlamına gəlmir. Video tövsiyə edildikdən sonra onun izlənmə sayına təsir edən daha bir neçə vacib faktor var. Bu amilləri isə növbəti dərslərdə ətraflı şəkildə izah edəcəyəm. Oxumağa və öyrənməyə davam edin.

Bu məqaləni paylaş
Şərh edilməmiş