Youtube analitikasını başa düşmək. Youtube kanal və video analitikasını təhlil etmək haqqında ümumi məlumat.

Müəllif
4 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 16

Youtube analitikasını təhlil etmək və təhlillərdən əldə etdiyiniz məlumatları düzgün dəyərləndirmək Youtube kanalınızın inkişafı üçün çox vacibdir. Yeni başlayanlar üçün Youtube analitikası bir az qarmaşıq görünə bilər. Ümüd edirəm ki, bu dərsdən sonra Youtube analitikası sizin üçün qarmaşıq görünməyəcək. Youtube analitikasına baxdıqda bir çox analitik nəticələri, statistikaları görə bilərik. Bunların hamısı bizə lazımdırmı? əlbətdə ki yox. Youtube analitikasında təhlil edə biləcəyiniz bir neçə bölmə var. İstər hər hansısa videonuzun analitikasını təhlil edin istərsə də bütövlükdə Youtube kanalınızı təhlil edin, bu bölmələri ələ alıb işləsəz işiniz daha rahat olacaq. Həmin bölmələr haqqında növbəti dərsdə daha geniş məlumat verəcəyəm. Bu dərsdə niyə Youtube kanalımızı analiz edən deyilik ancak analiz edərkən hansı faktorları göz önündə tutmaq lazım olduğunu öyrənəcəyik. Əsas 5 faktor aşağıdakılardır.

  • İzləyici davranışlarını ölçmək, auditoriyyamızı tanımaq
  • Kontent strategiyyalarınızı hazırlamaq
  • SEO strategiyyalarınızı hazırlamaq
  • Qazancları optimallaşdırmaq
  • Gələcəklə bağlı ümumi planlamalar etmək.

Bu 5 faktoru incələdikcə niyə əsas olduğunu və bu faktorlar sayəsində kanalınızı necə böyüdə biləcəyinizi öyrənəcəksiniz. Gəlin birlikdə 5 faktorun nə işə yaradığını incələyək.

İzləyici davranışlarını ölçmək, auditoriyyamızı tanımaq

İzləyici davranışlarını ölçərək auditoriyyanızın kanalınıza və videolarınıza maraqlı olub olmadığını öyrənə bilərsiniz. İzləyicilərin kanalınıza və videolarınıza hansı reaksiyyanı göstərdiyini öyrənə bilərsiniz. Ümumi kanal analitikasında izləyicilərinizin, yaşı, cinsi, coğrafi mövgeyi kimi göstəriciləri analiz edərək kontentlərinizi həmin auditoriyaya uyğun olacaq şəkildə hazırlaya bilərsiniz. Video analizlərinizdə isə izləyicilərin videoya verdiyi reaksiyyaları bəyənmə, şərh yazma, paylaşma, abunə olma kimi davranışları ölçərək hansı videolarınızın bəyənilib bəyənilmədiyini ölçə bilərsiniz

Kontent strategiyyalarınızı hazırlamaq

Yuxarıda geyd etdiyim istifadəçi davranışları kontent strategiyanızı hazırlamaq üçün sizə böyük fayda verəcək. Bir videonun bəyənilmə sayına əsasən hansı mövzunun daha çox diqqət çəkdiyini və bəyənildiyini öyrənə bilərsiniz. Videolarınıza yazılan şərh sayı və həmin şərhlərin neqativ ya da pozitiv olduğunu incələyərək izləyicilərin videoya hansı reaksiyya ilə yanaşdığını öyrənə bilərsiniz. Bundan başqa videolarınızın ortalama nə qədər izləndiyini, izləyicilərin hansı dəqiqədən sonra videodan çıxdığını öyrənərək növbəti videolarınızda, video uzunluğunda düzəlişlər edə bilərsiniz.

SEO strategiyyalarınızı hazırlamaq

Youtube videolarınızın SEO optimizasiyyasını artırmaq çox vacibdir. Youtube analitikası vasitəsi ilə hansı videolarınızın hansı açar sözlərlə axtarışlarda çıxdığını öyrənə bilərsiniz. Popular açar sözləri əldə etdikdən sonra həm keçmişdə paylaşdığınız videolarınızın, həm gələcəkdə paylaşacağınız videolarınızın həm də ümumi kanalınızın SEO optimizasiyyasını edə bilərsiniz.

Qazancları optimallaşdırmaq

Youtube videolarınızın sizə nə qədər qazandırdığını öyrənmək, kanalınızın gəlirlərini optimallaşdırmağa imkan verəcək. Hansı mövzulu videoların nə qədər qazandırdığını analiz edərək həmin mövzulara daha çox üstünlük verə bilərsiniz. Beləliklə videolarınızdan əldə edəcəyiniz qazancları artıra bilərsiniz.

Gələcəklə bağlı ümumi planlamalar etmək.

Yuxarıda geyd etdiklərimi bir yerə toplayaraq gələcək planlamalarınızı edə bilərsiniz. Bir video hazırlayarkən, keçmiş videolarınızın analitikasını göz önündə tutmağınız həmin videonun popular olmasına gətirib çıxara bilər. Yəni videolarınızın izlənmə sayı, bəyənilmə və şərh sayı, qazandırdığı qazanc, izləyicinin videonu nə qədər izlədiyi məlumatlarını toplayıb yeni videonuzda istifadə edə bilərsiniz.

Bu dərsdə YouTube kanalınızı və videolarınızı analiz etməyin vacibliyini və əsas faktorları müzakirə etdik. İzləyici davranışlarını ölçməkdən tutmuş kontent və SEO strategiyalarını hazırlamağa, gəlirlərinizin optimallaşdırılmasından gələcəklə bağlı ümumi planlamalar etməyə qədər hər bir addımın kanalınızın inkişafı üçün necə kritik olduğunu öyrəndik. Analitika məlumatlarından düzgün istifadə edərək, izləyicilərinizin maraqlandığı kontentləri daha yaxşı anlamaq, kanalınızın SEO-sunu optimallaşdırmaq və gəlirlərinizi artırmaq mümkündür. Gələcək videolarınızı hazırlayarkən bu analitik məlumatları nəzərə alaraq, daha uğurlu və populyar bir kanal yarada bilərsiniz. Növbəti dərslərdə bu faktorları daha ətraflı öyrənəcək və praktiki misallarla necə tətbiq edə biləcəyinizi müzakirə edəcəyik. Unutmayın, analitika məlumatları kanalınızın inkişafında güclü bir alət ola bilər. Analitik məlumatlardan istifadə edərək, məqsədlərinizə çatmaq və uğurlu bir YouTube kanalı yaratmaq sizin əlinizdədir.

Bu məqaləni paylaş
Şərh edilməmiş