Youtube kanalı işlədirsinizsə mütləq rəqibləriniz olacaqdır. Ancaq bir şeyi yaxşı başa düşmək lazımdır. Sizə rəqib olan kanal sizinlə eyni potensiala sahib olan kanaldır. Yəni əgər siz Youtube – a yeni başlamısınızsa 3 ildir bu işi edən kanalla rəqib ola bilməzsiniz. Sizdən əvvəl açılmış youtube kanalları sizin rəqibiniz deyil sizə örnək ola biləcək kanallardır. Siz o kanallara o vaxt rəqib olarsınız ki, ən az onlarınkı qədər abunəçiniz, paylaşılmış kontentiniz və aktivliyiniz olar. Dərsimizin adı Youtube rəqib araşdırması olsa da yeni başlayanlar üçün bu, tam da rəqib araşdırması sayılmır. Ancaq hər bir halda sizin konseptinizlə eyni konseptə sahib olan digər youtube kanallarını da araşdıracağıq. Deyə bilərsiniz ki, o kanal mənim rəqibim deyilsə niyə onu araşdırıram? Bu qün ola bilər o kanallar sizə rəqib deyil ancaq böyük bir kanal ola bilməyiniz üçün o kanalları izləməyiniz, araşdırmağınız lazım olacaq.
Youtube – da rəqib araşdırması edərkən nələrə diqqət edilməlidir?
Rəqib araşdırması etmək düşündüyünüz qədər çətin deyil. Ancaq araşdırmalardan əldə edəcəyiniz məlumatları istifadə edə bilmək sizin bacarıqlarınızdan aslıdır. Youtube – da rəqib araşdırması edərkən öncə aşağıdakı seqmentləri göz önündə tutmalısınız.
- Rəqibləri ( araşdıracağınız kanalları ) düzgün seçmək
- Rəqib kanalların başqa hansı sosial şəbəkələrdə aktiv olduğunu bilmək
- Rəqiblərin istifadə etdiyi açar sözləri, haştagları analiz etmək
- Rəqiblərin videolarındakı SEO dəyərləndirmə xallarına diqqət etmək
- Rəqiblərin kontent strategiyyasını analiz etmək
Gəlin birlikdə bu seqmentləri nə üçün araşdırıldığını və bunları araşdırarkən nələrə diqqət etməli olduğumuzu öyrənək
Rəqibləri ( araşdıracağınız kanalları ) düzgün seçmək
Konseptinizlə eyni olan digər kanalları taparaq həmin kanalları özünüzə rəqib seçə bilərsiniz. Fərz edək ki Youtube kanalınız səyyahət vlogları paylaşan bir kanaldır. Youtube axtarış bölməsində səyyahət vlogu yazıb axtarın. Axtarış nəticələrində çıxan videoları paylaşmış kanalları və ekranın sağ tərəfindəki Vidİq panelində tövsiyə olunan üç kanalı özünüzə rəqib olaraq seçə bilərsiniz.

Rəqib kanalların başqa hansı sosial şəbəkələrdə aktiv olduğunu bilmək
Youtube videolarınızın izlənmələrini artırmaq, izləyici kütlənizi ( abunəçilərinizi ) artırmaq üçün mütləq şəkildə digər sosial şəbəkələrdən də istifadə etməli olacaqsınız. Youtube -da olan rəqib kanallar digər sosial şəbəkələrdə də rəqibiniz olacaq. Onun üçün də həmin kanalların sosial şəbəkə hesablarını analiz edib kontent strategiyyalarına baxmaq lazım olacaq. Bunun üçün rəqib kanala daxil olun. Kanal haqqında olan hissədə ətraflı yazısına bir dəfə klik edin

Ardından açılan pəncərədə həmin kanal sahibinin sosial şəbəkə hesablarını görə biləcəksiniz.

Rəqiblərin istifadə etdiyi açar sözləri, haştagları analiz etmək
Rəqiblərin hansı videoda hansı açar sözlərdən istifadə etdiyini, hansı haştagları istifadə etdiyini öyrənmək üçün rəqib kanalın, sizinkinə bənzər bir videosunu açmaq lazımdır. Videonu açdıqdan sonra ekranın sağ tərəfində Vidİq panelini görəcəksiz. Vidİq panelində “genel görünüm” bölümünə klik edin

Daha sonra bir az aşa düşsəz həm kanalın həm də videonun etiketlərini görə bilərsiniz.

Video və kanal etiketlərini kopyala işarəsinə ( ❐ ) klik edərək kopyalaya və videonuzun etiketlər bölümünə yaza bilərsiz. Etiketlər arasında #1 işarəsi haştag deyil. O, həmin açar sözlə axtarıldığında youtube axtarışlarında neçənci sırada çıxdığını göstərir.
Rəqiblərin videolarındakı SEO dəyərləndirmə xallarına diqqət etmək
Rəqiblərin videolarında, Vidİq tərəfindən verilmiş SEO dəyərləndirmə xallarını incələyərək həmin videonun izləyicilər üçün nə qədər maraqlı olduğunu təxmin edə bilərsiz. Bir videonun SEO xalı nə qədər yüksək olarsa bir o qədər, izləyicilərin marağını çəkir deməkdir. Videonun sol tərəfindəki Vidİq panelində həmin videonun 100 üzərindən neçə xalla dəyərləndirildiyini görə bilərsiniz.
Vidİq SEO Skoru
Vidİq SEO Skoru, bir Youtube videosunun SEO dəyərinin 100 üzərindən neçə xalla dəyərləndirildiyini göstərir. SEO dəyərinin yüksək olması, video izlənmələrinin artmasına ciddi təsir edir.

Actionable
Bu bölmə, video üçün SEO işlərində edilən fəaliyyətin dəyərləndirməsini göstərir. Yəni başlıqda neçə açar sözdən istifadə edilib, açıqlamada neçə açar sözdən istifadə edilib, yazılan açar sözlərin axtarılma həcmi və bu kimi fəaliyyətlərin ümumi dəyərləndirməsi “Actionable” bölməsində əks olunur.

Performans
Performans bölməsində isə videonun ümumi performans dəyərləndirməsini görə bilərik. İzlənmələr artdıqca performans dəyəri də artır. Eyni zamanda bu bölmədə rəqibin istifadə etdiyi rütbəli etiket ( # ) sayını və istifadə edilmiş etiketlərin axtarılma həçminə görə dəyərləndirməsini də görə bilərik.

Bu məlumatlar əsasında paylaşacağınız videonun SEO – sunu yüksəldə və izlənmələrinizi artıra bilərsiniz. Bor növ rəqiblərinizi örnək ala bilərsiniz.
Rəqiblərin kontent strategiyyasını analiz etmək
Rəqib araşdırması təkcə açar sözləri ya da analitikaları oxumaq deyil. Rəqib araşdırması rəqəmləri analiz etməkdən daha çoxudur. Özünüzə bir rəqib təyin etmisinizsə, onun kontent strategiyyasını da öyrənməlisiniz. Bunun üçün rəqiblərinizin həm youtube kanalındakı kontentlərini həm də sosial şəbəkə hesablarındakı kontentlərini də izləməlisiniz. Bunu etməklə, yeni kontent fikirləri əldə etmiş olacaqsınız. Rəqiblərinizin hansı mövzularda videolar çəkdiyini, həmin videolarda hansı nüansları göz önündə saxladığını, videolarda istifadə olunan danışıq üslubunu, video çəkiliş və montajlama texnikasını öyrənə bilərsiniz. Sosial şəbəkə hesablarından youtube kanalına hansı kontentlər vasitəsi ilə göndərmələr etdiklərini də öyrənə bilərsiniz. Bunları öyrənərək eynisini təkrarlamaq yerinə fərqli ama daha yaxşı kontenlər də hazırlaya bilərsiniz. Ümumilikdə rəqib analizində işinizi asandlaşdırmaq üçün aşağıdakı cədvəli istifadə edə bilərsiniz. Aşağıdakı yüklə butonuna klikləyərək cədvəli yükləyə bilərsiniz.


