Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 7
Bundan öncəki dərsimizdə Youtube müəllif hüquqları ( Telif hakkı ) nədir? sualına cavab tapmışdıq. Həmin dərsdə müəllif hüquqlarının pozulması nəticəsində Youtube – un nə kimi tədbirlər gördüyünü izah etmişdim. Əgər həmin dərsi oxumamısınızsa buradan keçid edərək oxuya bilərsiniz. Bu dərsdə isə, Youtube kanal sahiblərinin qorxulu yuxusu olan Telif hakkı ihtarı cəzasının nə olduğunu və bu cəzadan qorunmaq üçün hansı addımları ata biləcəyimizi öyrənəcəyik. Əvvəlcə Telif hakkı ihtarı nədir? Niyə Telif hakkı ihtarı cəzası tədbiq olunur? suallarını cavablayaq.
Telif hakkı ihtarı nədir? Niyə Telif hakkı ihtarı cəzası tədbiq olunur?
Telif hakkı ihtarı cəzası orijinal kontentləri qorumaq, həmin kontentlərin orijinal sahiblərinin hüquqlarını qorumaq və müəlliflərin hüquqularını pozan kanalları cəzalandırmaq üçün nəzərdə tutulmuş bir cəza növüdür. Telif hakkı və Telif hakkı ihtarı cəzası ilə bağlı YouTube Copyright School tərəfindən hazırlanmış aşağıdakı videonu izləyə bilərsiniz. Video İngilis dilindədir. İngiliscə bilməyənlər videonun Türkcə alt yazılı izləyə bilər.
Telif hakkı ihtarı cəsası almış kanallara bəzi məhdudiyyətlər tədbiq olunur. 90 gün ərzində 3 dəfə Telif hakkı ihtarı cəzası almış kanal Youtube tərəfindən birdəfəlik silinir. Gəlin hər Telif hakkı ihtarı cəzası aldıqda kanala hansı məhdudiyyətlərin tədbiq olunduğuna baxaq.
Birinci Telif hakkı ihtarı
90 gün ərzində ilk Telif hakkı ihtarı cəzası almış kanala bir həftəlik məhdudiyyətlər tədbiq olunur. İlk cəzanız olduğundan Youtube kanalınıza və Mail adresinizə bu cəza ilə bağlı bir bildiriş göndərir. İlk cəzanızı aldıqda bir həftəlik aşağıdakı məhdudiyyətlər təbiq olunur.
- Videopaylaşa və ya canlı yayım edə bilməzsiniz
- Planlanmış canlı yayımlarınızı paylaşa bilməzsiniz
- Planlanmış videolarınızı paylaşa bilməzsiniz
- Örtük şəkillərini dəyişə və ya icma paylaşımları edə bilməzsiniz
- Pleylistlərə yaratma, düzəliş etmə və ya ortaq çalışma şəxsi əlavə edə bilməzsiniz
Daha sonra Youtube müəllif hüquqları məktəbi adlı bir səhifəyə yönləndirilərək müəllif hüquqları haqqında bəzi dərs videolarını izləməyiniz və 3, 5 sualdan ibarət test imtahanı bitirməyiniz tələb olunur. Bir həftənin tamamnında bütün məhdudiyyətlər aradan qaldırılır, ancaq Telif Hakkı İhtarı cəzası 90 gün ərzində kanalınızda görünür.
İkinci Telif hakkı ihtarı
90 gün ərzində ikinci dəfə Telif hakkı ihtarı cəzası aldıqda yuxarıda sadalanan cəzaların eynisi 2 həftə boyunca tədbiq olunur. 2 həftə sonra bütün məhdudiyyətlər aradan qaldırılır, ancaq 2 Telif Hakkı İhtarı cəzası 90 gün ərzində kanalınızda görünür.
Üçüncü Telif Hakkı İhtarı
Üçüncü telif hakkı ihtarı aldıqda Youtube kanalınız və həmin kanala bağlı olan gmail ilə açılmış digər youtube kanallarınız birdəfəlik silinəcək. Həmin gmail ilə bir daha Youtube kanalı aça bilməyəcəksiniz.
Telif hakkı ihtarı cəzası aldıqda nə edilməlidir.
Əgər Youtube kanalınızda Telif İhtarı cəzası almısınızsa burada edə biləcəyiniz bir neçə addım var.
Qərara etitaz edə bilərsiniz.
Əgər verilən qərarla razı deyilsinizsə, kontentin yayım hüququna sahibsinizsə bu qərara etiraz edərək cəzanın qaldırılmasını tələb edə bilərsiniz. Əgər kontentin yayım hüququna sahib deyilsinizsə edəcəyiniz etiraz heç bir fayda verməyəcək. Əgər Telif ihtarı cəzası Youtube qaydalarını pozduğunuza görə verilibsə bu zaman yenə qərara etiraz edə bilərsiniz. Ancaq bu cür etirazlar çox vaxt faydasız olur.
İddiaçı tərəflə yəni kontentin orijinal sahibi ilə əlaqə qura bilərsiniz
Əgər kanalınıza verilən Telif Hakkı İhtarı cəzası videolarınızdan birinin orijinal sahibi tərəfindən silinməsi səbəbilə tətbiq edilibsə, həmin kontentin sahibi ilə əlaqə saxlayaraq silinmə qərarının geri götürülməsini xahiş edə bilərsiniz. Adətən Telif Hakkı İhtarı ilə bağlı qərardan sonra YouTube sizə qərarla bağlı açıqlayıcı bir e-mail göndərir. Bu e-maildə iddiaçı tərəfin yəni kontentin orjinal sahibinin əlaqə məlumatları, xüsusilə də e-maili yer alır. Həmin e-mail vasitəsilə qarşı tərəflə əlaqə yaradaraq razılaşma əldə edə və kontenti paylaşmaq üçün icazə ala bilərsiniz. Lakin qeyd etmək lazımdır ki, əksər hallarda bu üsul müsbət nəticə vermir.
Cəza müddətinin bitməsini gözləyə bilərsiniz.
Əgər 90 gün ərzində ard arda iki dəfə telif hakkı ihtarı cəzası almısınızsa 90 gün bitənədək yeni videolar paylaşmamağınızı tövsiyə edirəm. 90 gün sonra cəzanın vaxtı bitəcək və cəza kanalınızdan avtomatik silinəcək. Ondan sonra yeni videolar paylaşa bilərsiniz. 90 gün ərzində keçmiş paylaşımlarınızı incələməniz və həmin paylaşımlarda cəza ala biləcək görüntülərin olub olmadığını yoxlamağınız da sizin üçün faydalı olacaqdır.
Gələcəkdə əziyyətlə ərsəyə gətirdiyiniz Youtube kanalınızın birdəfəlik silinməməsi və yuxarıda saydığım məhdudiyyətlərlə qarşılaşmamaq üçün başqasına məxsus görüntü və səsləri paylaşmamağınız və Youtube-un qaydalarına tam əməl etməyiniz sizin üçün faydalı olacaqdır. Oyunu qaydalarına görə oynasaz daha tez uğur qazanacaqsız.


