



Social Skill Shop tərəfindən təşkil olunan ödənişsiz YouTube-dan pul qazanma kursuna xoş gəlmisiniz. Bu kursda siz YouTube üzərindən necə gəlir əldə etməyi addım-addım öyrənəcəksiniz. Kanalın sıfırdan açılmasından başlayaraq, monetizasiya mərhələsinə və real qazanc əldə etməyə qədər bütün prosesi sizə sadə və praktik şəkildə izah edəcəyəm. Aşağıda sizin üçün sistemli və ardıcıl bir kurs planı hazırlanıb. Plan üzrə irəliləsəniz və öyrəndiklərinizi paralel şəkildə tətbiq etsəniz, qısa müddət ərzində siz də YouTube-dan gəlir əldə etməyə başlaya bilərsiniz.
İnsanların YouTube haqqında inandığı bir çox məlumat əslində qulaqdan-qulağa yayılan və reallığı əks etdirməyən miflərdir. Dildən-dilə dolaşan bu yanlış inanclar isə gələcəkdə kanalınız üçün ciddi problemlər yarada, hətta hesabınızın risk altına düşməsinə səbəb ola bilər. Əziyyətinizin boşa getməməsi və qurduğunuz kanalı təhlükəyə atmamaq üçün ilk növbədə bu mifləri tanımaq, daha sonra isə platformanın rəsmi qaydalarını və siyasətlərini düzgün şəkildə öyrənmək vacibdir. Məhz buna görə tövsiyəm budur ki, kursun ilk modulundakı dərsləri əvvəldən sona qədər diqqətlə və ardıcıllıqla öyrənəsiniz. Bununla kifayətlənməyin öyrəndiklərinizi paralel şəkildə praktikada tətbiq edin. Bu yanaşma mövzunu həm daha sürətli, həm də daha qalıcı mənimsəməyinizə kömək edəcək və sizi gələcək səhvlərdən qoruyacaq.
YouTube-dan pul qazanmaq üçün sadəcə video çəkib paylaşmaq kifayət etmir. Uğur qazanmaq üçün platformanın necə işlədiyini, məzmunu necə dəyərləndirdiyini və hansı meyarlara üstünlük verdiyini anlamaq vacibdir. Bu modulda siz YouTube alqoritminin iş prinsiplərini öyrənəcəksiniz. Bunun sayəsində videoları planlaşdırarkən, çəkərkən və paylaşarkən nələrə diqqət etməli olduğunuzu dəqiq biləcək, məzmununuzu daha strateji və məqsədyönlü şəkildə hazırlaya biləcəksiniz. Bu biliklər isə gələcəkdə daha çox izlənmə və daha sabit gəlir əldə etməyinizə kömək edəcək.
YouTube-dan pul qazanmaq üçün videolarınızın izlənməsi vacibdir. Videoların izlənməsi üçün isə sistemin onları tanıması lazımdır. YouTube, videolarınızı həmin video üçün etdiyiniz SEO optimizasiyası vasitəsilə tanıyır. Bu modulda siz videolarınızı sistemə düzgün şəkildə tanıtmaq üçün SEO optimizasiyasını necə tətbiq etməli olduğunuzu ətraflı öyrənəcəksiniz.
Video yalnız telefon kamerası ilə çəkilə bilən bir şey deyil. Bunun üçün istifadə edə biləcəyiniz xüsusi texnikalar və üsullar mövcuddur. YouTube pul qazanma kursunun bu modulundakı dərslərdə siz bu texnikaları öyrənəcəksiniz. Bundan əlavə, videolarınızı YouTube-da paylaşarkən istifadə edə biləcəyiniz örtük şəkillərinin necə hazırlanacağını və bütün bunların niyə vacib olduğunu da bu moduldakı dərslərdə geniş şəkildə öyrənə biləcəksiniz.
YouTube-dan pul qazanmaq yalnız video paylaşmaqdan ibarət deyil. Eyni işi müxtəlif istiqamətlərdən həyata keçirərək özünüzə əlavə gəlir mənbələri də yarada bilərsiniz. Bu modulda siz yalnız YouTube-un verdiyi gəlirləri deyil, həm də fərqli qazanc mənbələri yaratmağın yollarını öyrənəcəksiniz.

Hesabınızda oturum açın