23 Dərsdə Profesianal Youtuber ol

Kanalınızı gəlirli bir biznesə çevirmək üçün 5 moduldan ibarət 23 əhatəli dərs

Social Skill Shop tərəfindən təşkil olunan ödənişsiz YouTube-dan pul qazanma kursuna xoş gəlmisiniz. Bu kursda siz YouTube üzərindən necə gəlir əldə etməyi addım-addım öyrənəcəksiniz. Kanalın sıfırdan açılmasından başlayaraq, monetizasiya mərhələsinə və real qazanc əldə etməyə qədər bütün prosesi sizə sadə və praktik şəkildə izah edəcəyəm. Aşağıda sizin üçün sistemli və ardıcıl bir kurs planı hazırlanıb. Plan üzrə irəliləsəniz və öyrəndiklərinizi paralel şəkildə tətbiq etsəniz, qısa müddət ərzində siz də YouTube-dan gəlir əldə etməyə başlaya bilərsiniz.

Modul 1

YouTube Platformasına Giriş. YouTube Əsasları, Qazanc Məntiqi və qaydaları haqqında əsas məlumatlar.

İnsanların YouTube haqqında inandığı bir çox məlumat əslində qulaqdan-qulağa yayılan və reallığı əks etdirməyən miflərdir. Dildən-dilə dolaşan bu yanlış inanclar isə gələcəkdə kanalınız üçün ciddi problemlər yarada, hətta hesabınızın risk altına düşməsinə səbəb ola bilər. Əziyyətinizin boşa getməməsi və qurduğunuz kanalı təhlükəyə atmamaq üçün ilk növbədə bu mifləri tanımaq, daha sonra isə platformanın rəsmi qaydalarını və siyasətlərini düzgün şəkildə öyrənmək vacibdir.  Məhz buna görə tövsiyəm budur ki, kursun ilk modulundakı dərsləri əvvəldən sona qədər diqqətlə və ardıcıllıqla öyrənəsiniz. Bununla kifayətlənməyin öyrəndiklərinizi paralel şəkildə praktikada tətbiq edin. Bu yanaşma mövzunu həm daha sürətli, həm də daha qalıcı mənimsəməyinizə kömək edəcək və sizi gələcək səhvlərdən qoruyacaq.

Youtube haqqında doğru hesab edilən yalnışlar və yalnış hesab edilən doğrular.
YouTube qaydaları və siyasətləri haqqında ümumi məlumat.
YouTube kanalının yaradılması və diqqət edilməli məqamlar
Youtube və adsensedən qazanc məntiqi . Adsense niyə insanlara pul verir?
Youtube videoları hər 1000 izlənməyə nə qədər qazandırır?
Youtube müəllif hüquqları ( Telif hakkı ) nədir? Müəllif hüquqlarının pozulması və kanala zərərləri haqında ümumi məlumat
Telif hakkı ihtarı nədir? Telif hakkı ihtarının Youtube kanalına zərəri varmı?

Modul 2

YouTube Alqoritminin İş Prinsiplərini Kəşf Edin – Platformanın Necə İşlədiyini Öyrənin

YouTube-dan pul qazanmaq üçün sadəcə video çəkib paylaşmaq kifayət etmir. Uğur qazanmaq üçün platformanın necə işlədiyini, məzmunu necə dəyərləndirdiyini və hansı meyarlara üstünlük verdiyini anlamaq vacibdir. Bu modulda siz YouTube alqoritminin iş prinsiplərini öyrənəcəksiniz. Bunun sayəsində videoları planlaşdırarkən, çəkərkən və paylaşarkən nələrə diqqət etməli olduğunuzu dəqiq biləcək, məzmununuzu daha strateji və məqsədyönlü şəkildə hazırlaya biləcəksiniz. Bu biliklər isə gələcəkdə daha çox izlənmə və daha sabit gəlir əldə etməyinizə kömək edəcək.

Youtube algoritmi videolar və kanallar üzərində necə işləyir?
Youtube Shorts videolarının alqoritmi neçə işləyir?
Youtube-da tövsiyə olunan videolar arasında çıxa bilmək üçün nə etmək lazımdır?
Youtube shorts video izlənmələrini artırmaq

Modul 3

Youtube SEO – ya giriş. YouTube SEO və Analitika Alətləri haqqında ətraflı məlumat

YouTube-dan pul qazanmaq üçün videolarınızın izlənməsi vacibdir. Videoların izlənməsi üçün isə sistemin onları tanıması lazımdır. YouTube, videolarınızı həmin video üçün etdiyiniz SEO optimizasiyası vasitəsilə tanıyır. Bu modulda siz videolarınızı sistemə düzgün şəkildə tanıtmaq üçün SEO optimizasiyasını necə tətbiq etməli olduğunuzu ətraflı öyrənəcəksiniz.

Youtube SEO nədir? SEO necə işləyir? Youtube SEO haqqında ümumi məlumat.
Vidİq SEO aləti nədir? Vidİq nə üçün istifadə olunur. Vidİq SEO aləti haqqında ümumi məlumat.
Vidİq ilə Youtube rəqib araştırması etmək.
Youtube videoları üçün açar söz araşdırması. Vidİq ilə açar söz araştırması
Youtube analitikasını başa düşmək. Youtube kanal və video analitikasını təhlil etmək haqqında ümumi məlumat.
Youtube videolarını necə analiz etmək olar?
Youtube ümui kanal analizi

Modul 4

YouTube Video Hazırlığı, Dizayn və Texniki məsələlər.

Video yalnız telefon kamerası ilə çəkilə bilən bir şey deyil. Bunun üçün istifadə edə biləcəyiniz xüsusi texnikalar və üsullar mövcuddur. YouTube pul qazanma kursunun bu modulundakı dərslərdə siz bu texnikaları öyrənəcəksiniz. Bundan əlavə, videolarınızı YouTube-da paylaşarkən istifadə edə biləcəyiniz örtük şəkillərinin necə hazırlanacağını və bütün bunların niyə vacib olduğunu da bu moduldakı dərslərdə geniş şəkildə öyrənə biləcəksiniz.

Youtube videolarını hansı proqramla montajlaya bilərəm ?
Youtube üçün Video çəkiliş texnikası və avadanlıq tövsiyələri
Youtube örtük şəkilləri və video başlıqları haqqında ipucları

Bonus Dərslər

YouTube-dan pul qazanmaq yalnız video paylaşmaqdan ibarət deyil. Eyni işi müxtəlif istiqamətlərdən həyata keçirərək özünüzə əlavə gəlir mənbələri də yarada bilərsiniz. Bu modulda siz yalnız YouTube-un verdiyi gəlirləri deyil, həm də fərqli qazanc mənbələri yaratmağın yollarını öyrənəcəksiniz.

YouTube Kanalını AdSense Hesabına Bağlamaq. Addım-addım izah
Youtube-da fərqli gəlir qaynaqları qurmaq