Veb sayt üçün Adsense – dən təsdiq almağın 10 qızıl qaydası

Müəllif
13 dəqiqə oxuma

Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 3

Əgər bir veb saytınız varsa onu Adsense hesabınızda təsdiqlətərək Google reklamlarını veb saytınızda yayımlaya bilər və beləcə Adsense -dən pul qazana bilırsiniz. Ancaq bu, düşündüyünüz qədər sadə və rahat deyil. Adsense həm reklamverənlərin həm də istifadəçilərin rahatlığını təmin etmək və şəffaf bir mühit yarada bilmək üçün bəzi qaydalar tədbiq etmişdir. Veb sayt sahibləri, Adsense müraciət edərkən bu qaydaları göz önündə tutmalı və maksimum dərəcədə bu qaydalara əməl etməlidirlər. Qaydalara əməl edən və Adsense proqram qaydalarına uyğun olan saytlar təsdiq ala bilər. Gəlin birlikdə Adsense -dən təsdiqi ala bilmək üçün hansı addımları atmalıyıq, nələrə diqqət etməliyik onları incələyək. Veb saytı Adsense -də təsdiqlətmək üçün vacib olan nüanslar aşağıdakılardır.

  1. Sayt dilinin dəstəklənən dildə olması
  2. Adsense reklam kodunu sayta düzgün şəkildə yerləşdirmək
  3. Ads.txt faylını sayta düzgün şəkildə yerləşdirmək
  4. Saytı SEO uyumlu hala gətirmək
  5. Saytda haqqımda, əlaqə və SSS bölmələri açmaq
  6. Saytda keyfiyyətli və orjinal yazılar paylaşmaq
  7. Saytda orijinal görüntü və səs fayllarını paylaşmaq
  8. Sayt trafikinin çoxluğu
  9. Saytın domen yaşı
  10. Saytın Google Search Console, Google analyticks və Google tag managerə əlavə edilməsi

Yuxarıda qeyd etdiklərim bir veb saytın Adsense -də təsdiq ala bilməsini təmin edən qızıl qaydalarıdır. Bunlara riayət edibdə təsdiq ala bilməyəcək bir sayt yoxdur deyə bilərəm. İndi isə bir bir bu nüansları incələyək.

Sayt dilinin dəstəklənən dildə olması

Google Adsnese bütün dilləri dəstəkləmir. Onun üçün də bir veb sayt açmamışdan əvvəl o saytın hansı dildə olacağına qərar verin. Əgər veb saytınız Google -un dətəkləmədiyi dildədirsə həmin sayt qətiyən təsdiq ala bilməyəcək. Google Adsense hansı dilləri dəstəklədiyini öyrənmək üçün buraya klik edə bilərsiniz. Fərz edək ki sizin veb saytınızın dili Google Adsense tərəfindən dəstəklənmir. Bu zaman alternativ olarak veb saytınızı iki və daha artıq dildə aça bilərsiniz. Saytın əsas dili ( birinci dili ) Google Adsense – in dəstəklədiyi dillərdən biri olarsa təsdiq ala bilərsiniz.

Adsense reklam kodunu sayta düzgün şəkildə yerləşdirmək

Bəzi hallarda istifadəçilər AdSense reklam kodlarını vebsayta düzgün şəkildə yerləşdirə bilmirlər. Nəticədə, AdSense botları bu kodları saytda aşkar edə bilmir və təsdiq prosesi uğursuz olur. Buna görə də, vebsaytınıza AdSense kodlarını əlavə edərkən diqqətli olmalı və kodları düzgün şəkildə yerləşdirməlisiniz. AdSense kodlarını əlavə etmək üçün istifadə etdiyiniz vebsayt platformasını nəzərə almaq vacibdir. Məsələn, Blogspot, WordPress və ya lokal hostingdə qurulan vebsaytlar üçün fərqli üsullar mövcuddur. Hər platforma üçün spesifik yanaşma tələb olunur ki, kodlar düzgün işləsin. “AdSense Kodlarının Vebsayta Yerləşdirilməsi” adlı dərsimdə bu proseslə bağlı bütün detalları addım-addım izah etmişəm. Daha ətraflı öyrənmək üçün keçidə daxil olub dərsi oxuya bilərsiniz.

Ads.txt faylını sayta düzgün şəkildə yerləşdirmək

Demək olar ki Google Adsense və buna bənzər digər reklam platformlarının hamısında Ads.txt faylı tələb olunur. Bu fayl əsasən reklam təhlükəsizliyini təmin etmək və etibarlı qazanc mühiti yaratmaq üçün vacib hesab edilən bir standartdır. Ads.txt faylının sayta yerləşdirilməsi adlı dərsimizdə faylı veb sayta yerləşdirməklə bağlı geniş izah vermişəm. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

Diqqət: Veb saytınıza Ads.txt faylını yerləşdirdikdən sonra Adsense hesabınızda Ads.txt faylı tapılmadı xəbərdarlığını görə bilərsiniz. Bu uzun müddət görünə bilər. Əgər hər şeyi düzgün etmisinizsə narahat olmayın. Həmin xəbərdar edici bildiriş yaxın zamanda yoxa çıxacaqdır. Əgər xəbərdar edici bildiriş bir aydan çox müddətdə görünürsə o zaman Ads.txt faylında və ya yerləşdirilməsində bir xəta etmisiniz deməkdir. Təcili olaraq düzəliş etməyinizi tövsiyə edirəm.

Saytı SEO uyumlu hala gətirmək

Bir veb saytın olmazsa olmazlarından biri həmin saytın SEO uyumlu olmasıdır. Bu həm Google Adsense həm də digər google platformları tərəfindən üstün tutulan cəhətdir. SEO həm veb sayt keyfiyyətinizi artırır həm də axtarış nəticələrində üst sıralarda çıxaraq veb sayt trafikini artırır. Uzun sözün qısası SEO veb saytınızın əsas dirəklərindən biridir. SEO tək bir iş görməklə gücləndiriləcək iş deyil. Bunun üçün bir çox SEO faktoruna diqqət yetirilməlidir. Əas diqqət etməli olduğunuz SEO faktorları aşağıdakılardır.

Veb saytın mobil uyumlu olması

Günümüzdə mobil cihazların daha çox istifadə edilməsi veb saytların mobil cihazlarda tam işlək olmasını mütləq edir. Google və digər axtarış sistemlərinin algoritimləri veb saytların mobil uyumlu olub olmadığını yoxlayır. Veb saytınızın mobil uyğunluğunu yoxlamaq üçün mobil uyğunluluq est alətlərindən birini istifadə edərək test edə bilərsiniz. Misal üçün smallseotools.com saytına keçid edərək veb saytınızın linkini tester qutucuğuna yerləşdirərək test edə bilərsiniz.

Sayt səhifələrinin sürətli yüklənməsi

Müasir dünyanın insanları səbirsizdirlər. Artıq gec yüklənən səhifələri gözləmək istəmirlər. Buna görə də saytların sürətli  işləməsi böyük üstünlük hesab edilir. Veb saytınızın sürətini ölçərək sürətli olub olmadığını test edə bilərsiniz. Əgər veb saytınızın sürətinə təsir edən amillər varsa bu neqativləri aradan qaldıraraq sürətli işləməsini təmin edə bilərsiniz. Google Page Speed Insights ilə veb saytınızın sürətini ölçə bilərsiniz. Bundan başqa Veb saytınızın sürətini artırmaq üçün aşağıdakı işləri də edə bilərsiniz.

  • Şəkilləri optimallaşdırın
  • Lazy load istifadə edin
  • Cache plugin-lərindən istifadə edin (məsələn, WP Rocket).
  • Hosting keyfiyyətli olmalıdır.
  • SSL sertifikatınızın olduğuna diqqət edin

Veb saytınızında SSL sertifaktının olması önəmlidir. Bu sertifikatla veb saytınızın təhlükəsiz olduğunu və eyni zamanda veb saytınızın özünün təhlükəsizliyni təmin edə bilərsiniz. Veb saytınızın SSL sertifikatının olub olmadığını sayt linkinizə baxaraq öyrənə bilərsiniz. SSL sertifikatı olmayan saytlarda sayt linkinin önündə HTTP yazılır. Bundan başqa bu sayt etibarlı deyil bildirişi də görünür. Ancaq SSL sertifikadının olduğu saytlarda HTTPS yazılır. Əgər veb sayt linkinizin önündə HTTPS yazılmayıbsa təcili olaraq bir SSL sertifikatı almağınızı tövsiyə edirəm.

Veb saytınızda paylaşılan yazılarda həm daxili həm də xarici backlinklərdən istifadə edin. Bundan başqa veb saytınıza aldığınız backlinklərə də diqqət etməyinizi tövsiyə edirəm. Google son algoritim güncəlləmələrində açar sözlərdən daha çox backlinklərə üstünlük verir. Aidiyyatı olmayan səhifələrə backlink verməkdən, məzmunlarınızla uyğun olmayan veb saytlardan, botlar vasitəsi ilə verilən backlinklərdən qaçının. Bu tip backlinklər sonrada Google-un Page Rank algoritmi tərəfindən aşkar edilir və sayt performansına mənfi təsir edir.

Sayt stukturu və menyular

Saytınızın görünüşü və istifadə edilən menyular istifadəçi dostu olmalıdır. Qarma qarışıq veb sayt menyuları istifadəçiləri bezdirə bilər və istifadəçini saytdan çıxmağa məcbu edər. Bu da istifadəçilərin veb saytda qalma müddətini qısa tutar. Nəticədə veb sayt performansınız mənfi təsir alar. Veb sayt menyularının istifadəçilər üçün asan istifadə edilə bilən olması, menyu keçidlərinin işlək olması mütləqdir.

Veb sayt sahibləri bəzi hallarda sayt linklərinin sturukturuna diqqət etmirlər. Düzgün qurulmuş link strukturu ilə veb sayt SEO performansını artıra bilərsiniz. Aşağıda yalnış və doğru link strukturunu görə bilərsiniz.

  • Yanlış:  www.sizinvebsayt.com/p123?=a23
  • Doğru:  www.sizinvebsayt.com/adsense-tesdiqi-qaydalari

Yuxarıda qeyd olunanlar bütövlükdə SEO faktorlarını təmsil etmir. Ancaq əsasən diqqət olunmalı məqamlar bunlardır. Google-un veb saytları sıralamaq üçün 200-dən çox SEO faktorundan istifadə etdiyi qeyd edilir. Mütəmadə araşdırmalar və sınaqlar apararaq mükmməl SEO performansları əldə edə bilərsiniz. Bunun üçün SEO ilə bağlı blog yazan veb saytlara müraciət edə bilərsiniz. Həmin veb saytlarda yazılan blogları oxuyaraq həm özünüzü həm də veb saytınızı təkmilləşdirə bilərsiniz. Örnək olaraq aşağıdakı 10 veb saytı tövsiyə edirəm.

Saytda keyfiyyətli və orjinal yazılar paylaşmaq

Veb saytınızda paylaşdığınız yazılar özünüzə məxsus olmalıdır. Hardansa kopyaladığınız yazılar və ya süni zəkalarla yazılan yazılar Adsense təsdiqi ala bilməməyinizə yol  aça bilər. Veb saytınızdakı yazıların minimum 600 sözdən ibarət olduğuna diqqət edin. Qısa yazılarla Adsense təsdiqi almaq demək olar ki mümkün deyildir. Veb saytınızda ən azı 25 – 30 yazınız olması mütləqdir. Bundan başqa yazılarınız istifadəçilərin maraqlarına uyğun olmalı, axtarılan mövzular olmalıdır. Qəti şəkildə başqalarının yazığı yazıları paylaşmayın. Bu, Adsense təsdiqi almağınıza mane olacaqdır.

Saytda orijinal görüntü və səs fayllarını paylaşmaq

Veb saytdakı yazılar qədər əhəmiyyətli ikinci nüans da yazı içərisində paylaşdığınız səs və görüntü fayllarıdır. Stok saytlardan aldığınız şəkilləri, videoları və səsləri istifadə etməməyinizi tövsiyə etmirəm. Əsasən də müəllif hüquqları qorunan fayllardan qəti şəkildə istifadə etməyin. Bunun yerinə şəkilləri, səsləri və ya videoları özünüz hazırlayın. Fərz edək ki siz hansısa bir youtube videosundan alıntı edib o video haqında hansısa şərh yazısı paylaşırsız. Bu zaman videonu Youtube -dan yükləyib saytınızda paylaşa bilməzsiniz. Ancaq həmin videonu link və ya yerləşdirmə kodu vasitəsi ilə saytda paylaşa bilərsiniz. Məqalələrinizin örtük şəkillərini isə Canva və ya ona bənzər digər süni zəka dəstəkli dizayn alətlərində hazırlaya bilərsiniz.

Sayt trafikinin çoxluğu

Yeni açdığınız veb saytın trafiki nə qədər çox olarsa həm saytınızın Adsense incələnmə müddəti sürətli olar həm də Adsense təsdiqi almaq bir o qədər asand olar. Veb sayt trafiki Adsense təsdiqi üçün olmazsa olmazlardan biridir. Heç kimin istifadə etmədiyi, sadəcə təsisçilərin girib çıxdığı sayta Adsense niyə reklam versin ki? Bu sualı özünüzə verin. Veb sayt trafikinizi artırmaq üçün müxtəlif yollar sınaya bilərsiniz. Örnək olaraq SEO uyumlu yazılar yazaraq axtarış sistemlərindən istifadəçi cəlb edə və ya sosial şəbəkələrdə olan qruplarda linklərinizi paylaşaraq saytınızın trafikini artıra bilərsiniz. Ancaq çalışın ki bütün trafikinizi sosial şəbəkələrdə paylaşdığınız linklərlə çəkməyəsiniz. Çünkü trafikin böyük qismi sadəcə paylaşılan linklərdən gələrsə, adsense bu trafiki faydasız hesab edəcək və təsdiq verməyəcək.

Diqqət: Veb saytınıza bot trafik çəkmək Adsense təsdiqi almağınıza mane olacaq. Bundan başqa Google algoritimləri bot trafikini aşkarlaya bilir. Bu kimi hallar işinizi asanlaşdırmaq əvəzinə sizi on addım geriyə atacaqdır. Oyunu qaydalarına görə oynamaq ən qısa yoldur.

Saytın domen yaşı

Google-un bir veb saytı etibarlı və real bir platforma olaraq tanıması üçün 4-6 ay ərzində saytı mütəmadi olaraq incələməsi vacibdir. Bu müddət ərzində saytın trafiki, paylaşım tezliyi və istifadəçilərin reaksiyaları diqqətlə ölçülür. Bu göstəricilərə əsaslanaraq, sayt Google tərəfindən qiymətləndirilir. Əgər sayt Google qaydalarına uyğun olaraq idarə edilirsə və SEO işləri düzgün həyata keçirilibsə, axtarış nəticələrində üst sıralarda yer alma şansı artır.

Google-un saytınızı tam şəkildə tanıya bilməsi üçün minimum 4 ay ərzində aktiv fəaliyyət göstərən bir veb sayt olması tövsiyə olunur. Saytın açıldığı ilk ayda AdSense-ə müraciət etməməyiniz məqsədəuyğun deyil. Domeni aldığınız gündən etibarən ən azı 4 ay ərzində saytın qurulması və keyfiyyətli paylaşımlarla zənginləşdirilməsi üzərində çalışmalısınız. Bu proses tamalandıqdan sonra AdSense müraciəti etməyiniz daha düzgün və effektiv nəticə verəcəkdir.

Saytın Google Search Console, Google analyticks və Google tag managerə əlavə edilməsi

Bir veb saytın olmazsa olmazlarından biri də Google ölçüm və analiz platformlarına əlavə edilməsidir. Veb saytınısı Google Search Console, Google analyticksGoogle tag managerə əlavə edərək həm saytınızın trafikini ölçə və analiz edə bilərsiniz həm də Google Adsense təsdiqi alma ehtimalınızı artıra bilərsiniz. Bu platformlar vasitəsi ilə Google -a veb saytınızın etibarlı və düzgün işləyən bir sayt olduğu mesajını verə bilərsiniz. Bu da Adsense təsdiqinə müsbət təsir göstərəcəkdir.

Yuxarıda qeyd etdiklərim həm veb saytınızın keyfiyyətini artıracaq həm də Adsense təsdiqi almağınızı asandlaşdıracaq. Bu dərsdə bir veb sayt üçün Adsense təsdiqi almağın 10 qızıl qaydasını izah etdim. Növbəti dərslərdə Adsense haqqında bilməli olduğunuz bütün məlumatları tapa bilərsiniz. Pulsuz adsense kursu bölməsindən digər dərsləri oxuya bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş