Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 4
əgər bir veb saytınız varsa və bu saytdan Adsense reklamları ilə pul qazanmaq istəyirsinizsə sayta reklam kodunuzu yerləşdirməlisiniz. Bu kodlar Adsense tərəfindən sizə təqdim edilən HTML/JavaScript parçalarıdır. Bu kodlar, veb saytınıza avtomatik reklamların yerləşdirilməsi üçün lazımlıdır. Yəni kodu sayta yerləşdirdikdən sonra bütün işi Google sizin yerinizə edir. Hər dəfə reklamları yerləşdirməyə ehtiyyac qalmır. Adsense kodları həm reklamların avtomatik saytda yayınlanmasına nəzarət edir həm də bu reklamların şəffaflığını qoruyur. Əsas məsələ bu kodları saytda düzgün yerə düzgün qaydada yerləşdirməkdir.
Veb saytınızı hansı alt bünövrə ilə açmağınızdan aslı olaraq kodları yerləşdirmə fərqli olur. Aşağıda Reklam kodlarını saytınıza necə yerləşdirmək lazım olduğunu izah etmişəm. Adsense kodları haqqında daha ətraflı məlumatı Google Adsense tərəfindən yazılmış rəsmi məqalədən də əldə edə bilərsiniz. Həmin məqaləni oxumaq üçün buraya klik edin.
Adsense reklam kodlarını veb sayta yerləşdirmək hələ hər şey demək deyil. Saytınızın təsdiq ala bilməsi üçün etməli olduğunuz işlər var. Kodları sayta yerləşdirdikdən sonra Adsense saydınızı inçələyəcək. Əgər Adsense proqram politikalarına uyğundursa saytınız qəbul ediləcək və siz saytda reklam göstərərək pul qazana biləcəksiniz. Saytı adsense-də təsdiqlətmək üçün diqqət etməli olduğunuz bir çox məqam var. Veb sayt üçün Adsense – dən təsdiq almağın 10 qızıl qaydası adlı dərsimizdən diqqət etməli olduğunuz hər şeyi öyrənə bilərsiniz.
Blogger.com ilə açılmış sayta Adsense kodlarının yerləşdirilməsi
Blogger ilə yaradılmış saytlar da Google AdSense reklamları üçün müraciət edə bilər. Saytı AdSense ilə əlaqələndirmək üçün iki əsas üsul mövcuddur. Bu üsullar saytı təsdiq prosesinə daha düzgün hazırlamağa və reklamların problemsiz şəkildə göstərilməsinə kömək edir. Hansı üsuldan istifadə edəcəyiniz isə əsasən saytınızın domen növündən və texniki bilik səviyyənizdən asılıdır.
Blogger.com ilə Adsense əlaqələndirmək birinci üsul
Birinci üsulda heç bir kod əlavə etmədən birbaşa Blogger admin paneli vasitəsilə saytı AdSense hesabınıza bağlamaqdır. Bu üsul xüsusilə blogspot.com domenindən istifadə edən saytlar üçündür. Əgər saytınız blogspot.com domeni ilə fəaliyyət göstərirsə, adətən AdSense-ə müraciət etmək üçün saytın ən azı 6 ay aktiv olması və bu müddət ərzində davamlı paylaşımların edilməsi tələb olunur.
Blogger.com ilə Adsense əlaqələndirmək İnci üsul
İkinci üsul isə AdSense tərəfindən təqdim olunan reklam kodunu saytın HTML hissəsinə (tema kodları arasına) yerləşdirməkdir. Əgər saytınız üst səviyyə domen (məsələn, .com, .net, .org) üzərində qurulubsa, bu üsuldan istifadə etməyiniz tövsiyə olunur. Əgər üst səviyyə domen istifadə edirsinizsə, bu müddət daha qısadır və təxminən sayt açıldıqdan 1 ay sonra müraciət etmək mümkündür.
Aşağıdakı videoda saytınızı Blogger üzərindən Google AdSense ilə necə düzgün şəkildə əlaqələndirəcəyinizi addım-addım öyrənə bilərsiniz. Video vasitəsilə prosesi daha aydın şəkildə başa düşəcək və tətbiq edərkən səhvlərin qarşısını ala biləcəksiniz.
WordPress ilə açılmış veb saytı adsense-ə əlavə etmək
WordPress ilə yaradılmış veb saytlar da Google AdSense proqramına qoşularaq rahatlıqla Adsense dən pul qazanmaq olar. Bunun üçün əsasən iki üsuldan istifadə olunur: birinci üsulda AdSense tərəfindən təqdim olunan təsdiq və reklam kodu saytın `<head>` hissəsinə (tema faylları və ya xüsusi plugin vasitəsilə) əlavə edilir, ikinci üsulda isə reklam idarəetmə pluginləri ilə bu proses daha sadə və texniki müdaxilə olmadan həyata keçirilir. Aşağıda v yerləşdirilən izahlı videoda isə WordPress saytınızı AdSense-ə necə düzgün şəkildə əlavə edəcəyinizi addım-addım izləyə bilərsiniz.
Nəticə olaraq, Google AdSense kodlarının veb saytınıza düzgün şəkildə yerləşdirilməsi onlayn gəlir əldə etməyin ən vacib addımlarından biridir. İstər Blogger, istərsə də WordPress platformasından istifadə edin, əsas məqsəd kodları doğru yerə yerləşdirmək və saytı AdSense qaydalarına uyğun şəkildə hazırlamaqdır. Unutmayın ki, keyfiyyətli məzmun, istifadəçi təcrübəsi və texniki düzgünlük təsdiq alma prosesində həlledici rol oynayır. Bu qaydalara əməl etdiyiniz halda saytınızı uğurla təsdiqlədə bilər və davamlı gəlir əldə etməyə başlaya bilərsiniz.


